Yol polisini maşınla sürüyüb xəstəxanalıq etdilər

  • 09 yan 2016, 10:45

Bakıda yol polisinin xəsarət alması ilə nəticələnən hadisə baş verib.

Musavat.com-un məlumatına görə, hadisə Yasamal rayonu, Ə.Salmanzadə küçəsi 2-də baş verib.

DYP əməkdaşları Ağdam rayon sakini, 1991-ci il təvəllüdlü Elmir Niyazi oğlu Səfərovun idarə etdiyi "Hyundai Sonata" markalı 90 CD 093 dövlət nömrə nişanlı maşını saxlayıblar.

Bu zaman məlum olub ki, maşının ödənilməmiş cəriməsi var. DYP-nin baş serjantı Rəmal İsayev sürücünün sənədləri olmadığından maşının cərimə meydançasına aparılmasını istəyib. Bu zaman sürücü mübahisə etməyə başlayıb. Maşından düşmək istəməyən sürücü qaçmağa çalışıb.

Bunun qarşısını almaq istəyən polis baş serjantı avtomobilin qarşısına keçib. Maşın polisi bir neçə metr sürüyüb. Polis əməkdaşının daban sümüyü sınıb, bədən xəsarətləri alıb. O, DİN-in hospitalına yerləşdirilib.