Nardaranda növbəti əməliyyat: Bir nəfər saxlanılıb

  • 08 yan 2016, 17:54

Nardaranda növbəti əməliyyat keçirilib. 

Musavat.com xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsi Nardaranda əməliyyat keçirib. 

Nardaran qəsəbəsi, A.Zeynallı küçəsində yaşayan 1992-ci il təvəllüdlü Sahib Əliyevin evinə baxış keçirilib. 

Baxış zamanı evdən 13 ədəd 12 kalibrli patron, 1 ədəd qələm formalı tapança, 7,65 kalibrli patron gilizi və 1 ədəd plastmas maska aşkar edilərək, götürülüb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci maddəi ilə cinayət işi açılıb. Sahib Əliyev tutulub.