Nardaran polis bölməsinə rəis müavini təyin edildi

  • 30 dek 2015, 21:52

Nardaran qəsəbəsində yeni yaradılmış 42-ci polis bölməsinə təyinat olub.

Sabunçu Rayon Polis İdarəsi 13-cü polis bölməsinin rəis müavini Tərxan Əhmədov tutduğu vəzifədən azad edilərək 42-ci polis bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bir neçə gün əvvəl açılışı olan 42-ci polis bölməsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovniki Azər Cahangirova həvalə edilib (APA).

Oxşar xəbərlər