Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:41 - 13.11.2019  
Mərkəzi Bank bazara 100 milyon dollar çıxardı
Tarix: 29-12-2015, 20:59 | Bölmə: Xəbərlər » Ölkə içi

Bayram günləri yaxınlaşdıqca,ölkədə dollar panikası ciddiləşir. Bəzi ekspertlər bayram günləri dolların bahalaşacağını, "qara bazar”dabir dolların iki manata qədər dəyər qazanacağını proqnozlaşdırırlar. Mərkəzi Bank isə bu kimi narahatlıqlar səbəbindən mütəşəkkil banklararası bazarda növbəti valyuta intervensiyasını həyata keçirib. 

Dekabrın 29-da keçirilən hərracda Mərkəzi Bank kommersiya banklarının sifariş və qiymət təklifləri əsasında 100 milyon ABŞ dolları həcmində valyuta kütləsi satıb. Nəticədə Mərkəzi Bank kommersiya banklarının dollara olan cari tələbatının 50 faizini (dekabrın 28-də- 46 faizini) ödəyib. 

Ekspert Vüqar Bayramov isə məsələ ilə bağlı bildirib ki, manatın dollara nisbətən məzənnəsinin 50 faiz aşağı salınması ilə bağlı Mərkəzi Bankın son addımı ötən həftə sonu Bakıda və eləcə də rayonlarda uzun illərdən sonra yenidən "qara bazar” formalaşdırıb: "Üzən valyuta siyasətinə keçdiyini bəyan edərək devalvasiyaya gedən Mərkəzi Bankın manatı kəskin dəyərsizləşdirməsi milli valyutaya olan inamın tamamilə sarsılmasına səbəb olub. Vətəndaşlar manatın yeni və daha kəskin devalvasiyasından ehtiyatlanaraq əllərindəki pullarını kütləvi şəkildə dollara dəyişməyə çalışırlar. Mərkəzi Bankın ötən həftəsonu bazarda olmaması isə dollara olan tələbin ödənilməsinə imkan vermədi. Ötən həftənin iş günlərində 300 milyon dollara intervensiya edən adıçəkilən bank bazardan çəkiləcəyi halda manatın kəskin dəyər itirəcəyini proqnozlaşdırmaq çətin deyil". 

Mərkəzi Bank bazara 100 milyon dollar çıxardıEkspert deyib ki, Bakıda heç də bütün valyuta dəyişmə məntəqələri işlərini bərpa etməyib: "Mərkəzi Bankın intervensiya xərcləri göstərir ki, ikinci devalvasiya dollara olan tələbi azaltmayıb. Üçüncü devalvasiyanın baş verməsi isə yumşaq desək, bank sektorunun çökməsinə gətirib çıxara bilər. Qarşıdan bayram günlərin gəldiyini nəzərə alsaq, Mərkəzi Bank hökmən qeyri-iş günlərində də intervensiyasını davam etdirməlidir. Çünki əgər bayram günlərdə Mərkəzi Bank bazara çıxmazsa, o zaman iki manata belə bir dollara tapmaq mümkün olmayacaq və bu milli valyutanın "qara bazar”da kəskin ucuzlaşmasına səbəb olacaq. Buna görə də, indiki halda ən məqbul yol xarici borclanmağa getməklə Mərkəzi Bankın dollara tələbini qarşılamaq və manatın siterilizasiyası hesabına dollarlaşma prosesini başa çatdırmaqdır. 17 milyard dollardan 5 milyard dollaradək valyuta ehtiyatları azalan Mərkəzi Bankın bazara müdaxilə imkanları getdikcə məhdudlaşır. Buna görə də, Mərkəzi Bank əlavə rezervlər cəlb etməlidir. Mərkəzi Bank öncədən bayram günləri fəaliyyət göstərəcəyini bəyan edib ilin sonu və yeni ilin əvvəlləri bazarı dollar ilə təmin etməkdə davam etməlidir. Əks halda bayram günləri istənilən inzibati metodlar ilə "qara bazar”ın və o cümlədən dolların bahalaşmasının qarşısını almaq mümkün olmayacaq”.

Qeyd edək ki, manatın ucuzlaşması dollarla olan kreditlərin ödənməsini daha da çətinləşdirib. Artıq kreditlərin 1 milyard 301,9 milyon manatının ödəmə vaxtı keçib. "Marja”nın xəbərinə görə, bankların müştəriləri devalvasiyaya görə, artan borclarını ödəmək imkanlarının olmadığını bildirirlər. Məlumata görə, kreditlərin xeyli hissəsi tək şəxsiyyət vasitəsi ilə verilən kreditlərdir. Əhali gözləmə mövqeyindədir. Cəmiyyətdə yayılmış söz-söhbətlərə görə, Mərkəzi Bank dolların qalxması nəticəsində vətəndaşların artan kredit yükünü ödəyə bilər. Digər bir iddiaya görə, banklar borcları köhnə məzənə ilə qəbul edə bilərlər. Bu səbəblərdən də, pulu olan bir çox borclular da borcunu qaytarmağa tələsmirlər. 

Digər bir məlumata görə, banklar da ödəməni gecikdirən müştəriləri ilə əlaqə saxlamağa da tələsmirlər. Borcların vaxtında ödənilməməsinin bankların maliyyə vəziyyətini daha da pisləşdirəcəyi gözlənilir. Noyabrın 1-nə olan məlumata görə, ölkədə kredit qoyuluşları 18 milyard 566.4 milyon manatdır. O cümlədən ev təsərrüfatlarına (istehlak kreditləri) 7 milyard 557,1 milyon manat kredit verilib. Cəmi 18 milyard 566.4 milyon manat olan kreditlərin 11 milyard 281,7 milyon manatı milli valyutada, 7 milyard 284,7 milyon manatı xarici valyutada olub. Kreditlərin 1 milyard 301,9 milyon manatının ödəmə vaxtı keçib. Noyabrın əvvəlində 1 dollar 1,05 manata bərabər idi. Həmin vaxt xarici valyutada olan 7 milyard 284,7 milyon manatlıq kredit 6,85 milyard dollar edirdi. Bu gün 6,85 milyard dollar 10,6 milyard manatdan çoxdur. Beləliklə, manatın dekabrın 21-dəki devalvasiyasından sonra dollardakı borclar manatda ifadədə 3,4 milyard manat artıb.

Röya
Xəbər 2856 dəfə oxunub






Oxşar xəbərlər

ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)
Azərbaycan müharibəyə hazırlaşır?
Səfir: “Fransa və Azərbaycanın strateji maraqları üst-üstə düşür"
Qazaxda raket tapılıb
Ümumdünya Şahmat Olimpiadası Naxçıvanda keçirilə bilər
ABŞ Paşinyana əvəz axtarır
"Alışanov üçün 100 min “semiçka puludur"" - Qulu Məhərrəmli
Əli İnsanovun müxalifətlə bir araya gəlməsinə etirazlar
Gəncə sakini kanalizasiya quyusuna yıxılıb
Müsavatın mitinq məktubuna meriyadan cavab verildi
Nəcati Şaşmazın qardaşı barədə şok İDDİA
İnam Kərimov Vaşinqtonda - KT sahəsində əməkdaşlıq
9 nəfərə "Əməkdar jurnalist” adı verildi (SƏRƏNCAM)
Xaçmazın yeni icra başçısı niyə hoteldə qalır?
Oktay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür etdi - VİDEO
Azərbaycanlı Rusiyada vəzifəyə seçilib
Həzi Aslanova yeni vəzifə verildi
Eldar Əzizov icra başçılarını yanına topladı
Müsavat Partiyasının mitinqlə bağlı müraciəti cavablandırılıb
Nardaranlı Mirseymuru öldürən Çeçenistanda gizlənir - İDDİA
Gülalıyevin həyat yoldaşı: "Oqtay komadadır"
Tacir gileyləndi: “Bacısı Fədayə ilə görüşməyimizə imkan vermir”
Vilayət Eyvazov Sumqayıtda şikayətçiləri qəbul edəcək
Avropa bankları “Visa” və “MasterCard”dan imtina edir
DİQQƏT İNAM KƏRİMOVA! Aqrar mütəxəssis hazırlığı bu naziri də maraqlandırmırsa nə etməli...?!
Gəncədə yarıtmaz baş həkimin izi və yolu hara uzanır? - Şok Detallar
Milli Şuranın üzvü olan generalla bağlı şok faktlar - İNTİM SƏS YAZISI
Sinaqoqda terror aktı planlaşdıran şəxs saxlanılıb
Prezident “Azərxalça”ya iki milyon manat ayırdı
Uzun illərdir icra başçısı postunda işləyənlər – SİYAHI
İngiltərə MN 500-dən çox zirehli transportyor alır
Teymur Rəcəbov Qran-Pri turnirinə heç-heçə ilə başlayıb
İran kanalında azərbaycanlılar təhqir olundu
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
"SOCAR" Adnan Əhmədzadəyə yeni vəzifə verdi
Bürclər 5 noyabr
APOEL – “Qarabağ” matçı ona tapşırıldı
“Fondpulu” tələb edən sinif rəhbəri cəzalandırıldı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.36549] initstartout [0.00030] initstartin [0.00148] calstart [0.01670] calend [0.00098] topnewsend [0.00695] rsssend [0.00000] ehgend [0.00831] tagsstart [0.00097] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.32974]