Atəşkəs pozuldu-erməni itki verdi

  • 14 dek 2015, 19:10

Ermənistan Silahlı Qüvvələrinə məxsus daha bir uzun müddətli atəş nöqtəsi Silahlı Qüvvələrimizin bölmələri tərəfindən endirilən zərbə nəticəsində məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin saytı xəbər yayıb.Xəbərə əsasən,Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır. 


Müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin uzun müddətli atəş nöqtəsi sıradan çıxarılıb və məlumata görə o canlı qüvvə sarıdan ən azı 3 (üç) nəfər itki verib.
Oxşar xəbərlər