Snayperimiz erməni hərbçini məhv etdi

  • 12 dek 2015, 11:08

 

Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağda daha bir erməni hərbçi öldürülüb.

Modern.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, hadisə dekabrın 11-də yerli vaxtla saat 20:40-da qeydə alınıb. 

Erməni tərəfin iddiasına görə, Qarabağın şərq hissəsindəki hərbi hissələrdən birində qulluq edən 20 yaşlı Karen Qriqoryan Azərbaycan Silahlı Qüvvələrinin snayperi vurub. Əsgər elə vurulduğu yerdəcə ölüb.