Nardaranda silahı olan 30 nəfərin siyahısı var

  • 02 dek 2015, 22:58
Nardaranda silahı olan 30 nəfər siyahıya alınıb.

Bunu musavat.com-un Nardaranda olan reportyoruna kənd sakinləri deyiblər.

Əldə etdiyimiz məlumata görə, siyahıda olanların evlərinə baxış keçirilib. Lakin silahların tapılıb-tapılmaması haqda məlumat yoxdur.

Əməliyyat barədə rəsmi məlumat da verilmir. Daxili Qoşunlar kənddə qərargah qurub. Kəndin giriş və çıxışları polislər tərəfindən nəzarətdə saxlanılır.

Kənd ağsaqqalı Natiq Kərimov da açıqlamasında belə bir siyahının olduğunu təsdiqləyib.

Hazırda kənddə xeyli sayda şəxs saxlanılıb. Onların bəzilərinin evindən silah tapıldığı deyilir.

Xatırladaq ki, dekabrın 1-də Nardaranda Daxili Qoşunlar, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi birgə əməliyyat keçirib. İki gündür kəndə giriş-çıxış məhdudlaşdırılıb.
Oxşar xəbərlər