Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:14 - 21.05.2018  
"Bizim siyasətimizin mərkəzində ..."-İlham Əliyev
Tarix: 2-12-2015, 09:13 | Bölmə: Xəbərlər » Ölkə içi

"Bizim siyasətimizin mərkəzində ..."-İlham Əliyev"Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı dayanır. İnsan sağlamlığı üçün nə lazımdırsa Azərbaycanda biz bunu edirik”. APA-nın məlumatına görə, bu sözləri Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışında prezident İlham Əliyev deyib.
 
Dövlət başçısının  sözlərinə görə, son illər ərzində ölkə üzrə 500-dən çox tibb müəssisəsi tikilib və təmir edilib: "Ekologiya ilə bağlı məsələlər öz həllini tapır. Naxçıvanda bu problem yoxdur. Çünki burada çox gözəl, təmiz iqlim var. Amma bəzi yerlərdə, xüsusilə Bakıda, Abşeron yarımadasında ekoloji tədbirlərin görülməsinə böyük ehtiyac var idi”.

"Biz elə sistem yaratmalıyıq ki, əksinə xaricdən Azərbaycana müalicə və müayinə üçün gəlsinlər"

"Azərbaycanda səhiyyə ilə bağlı kompleks tədbirlər görülür. İlk növbədə səhiyyə infrastrukturu yaradılır. Bunsuz səhiyyəni inkişaf etdirmək mümkün deyil. Həkimlərin hazırlığı istiqamətində işlər aparılır. Müasir avadanlıq alınır. Yəni, bu sahədə görülən işlər əlbəttə ki, səhiyyə sisteminin təkmilləşməsinə gətirib çıxarıb. Ancaq görüləsi işlər hələ çoxdur. Biz elə etməliyik ki, Azərbaycanın hər bir yerində insanlar keyfiyyətli tibbi xidmət ala bilsinlər. Bəzi hallarda bəzi vətəndaşlar müalicə üçün xaricə üz tuturlar. Hesab edirəm, biz elə sistem yaratmalıyıq ki, əksinə xaricdən Azərbaycana müalicə və müayinə üçün gəlsinlər. Əminəm ki, bu xəstəxanada müalicə üçün qonşu ölkələrdə yaşayan, Naxçıvana yaxın bölgələrdən vətəndaşlar da gələ bilərlər və gələcəklər”, deyə prezident qeyd edib.

"Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır"

Prezident İlham Əliyev qeyd edib ki, indi dünyada maliyyə-iqtisadi böhran, bəzi ölkələrdə siyasi-hərbi böhran hökm sürür, neftin qiyməti kəskin şəkildə aşağı düşüb: "Buna baxmayaraq, Azərbaycanda quruculuq və inkişaf sürətlə gedir. Hətta böhranlı illərdə bu gözəl xəstəxanaya böyük həcmdə maliyyə vəsaiti ayrılıb. Naxçıvanın içməli su şəbəkəsinin yaradılmasına da çox böyük həcmdə həm dövlət vəsaiti ayrılıb, həm də xarici banklardan kreditlər götürülüb. Yəni, biz bu siyasətdən kənarda qala bilmərik. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır. Buna nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır. Bu gün Azərbaycan iqtisadi inkişaf templərinə görə dünya miqyasında yenə də birincilər sırasındadır. Bunu statistika göstərir və bu, mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında qeyd edilir. Əminəm ki, biz gələn ili də uğurla başa vuracağıq, necə ki, 2015-ci il gözəl nəticələrlə başa çatır, iqtisadi artım, inflyasiyanın aşağı səviyyədə qalması. 2016-cı ildə də nəzərdə tutulmuş bütün proqramlar icra olunacaq, o cümlədən Naxçıvanda quruculuq, inkişaf davam etdiriləcək”.
 
"Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir. Naxçıvan rəhbərliyi çox uğurla, səmərəli işləyir. Naxçıvanın siması dəyişir. Bu gün Naxçıvan nəinki Azərbaycanda, bölgədə, dünya miqyasında ən abad şəhərlərdən biridir. Təkcə şəhərdə yox, bütün bölgələrdə də quruculuq, inkişaf işləri gedir”, deyə dövlət başçısı vurğulayıb.  
Demokratik.Az
Xəbər 1813 dəfə oxunub






Oxşar xəbərlər

Naftalanın yeni icra başçısı kimin oğludur?
QALATASARAY Türkiyə çempionu oldu
Gəncədə iki yük avtomobili yandı
Saxta əlilliklə bağlı araşdırmalar başladı – həbslər gözlənilir
ŞOK: - Ərdoğana sui-qəsd planlaşdırılıb
Tramp həyat yoldaşının adını səhv yazıb
ULDUZ FALINIZ – 20 may
Sabah 33139 abituriyenti imtahan verəcək
Donbasda NATO-nun üç hərbçisi öldü
Nəsimi Paşayev istefa verdi
Alpinist Babur Hüseynov Astarada dəfn olunub
Xaləddin İsgəndərov işdən çıxarıldı
Ramazan ayında cinsi münasibət necə tənzimlənməlidir? - QAYDALAR
Azərbaycan nümayəndə heyəti Ankarada görüşlər keçirir
İsmayıllıya yağan dolu fəsadlar törədib
Hindistanda körpü uçdu, ölənlər var - FOTOLAR
Mahmud Abbas xəstəxanaya yerləşdirildi
Ermənilər Xocalıda şadlıq evi tikir
"Sağlam ailəmi sənə borcluyam..." - Röya
“Saakaşvili Tiflisə qiyamla qayıdır” - Gürcüstan çalxalanır
Putinlə və Paşinyan Soçidə görüşəcək
Qubada xalça oğrusu tutuldu
Düşmən mövqelərimizi atəşə tutdu
“7 rayon təklifi” güzəşt deyil: Nikolun mövqeyi isə... – Ekspert
Tiflisdə əhali küçələrdə: böyük əməliyyat - Foto
Fazil Məmmədov AGF-dən ayrıldı
12 may - ULDUZ FALI
Rövşən Lənkəranskinin “qardaşı”nın neft milyonları müsadirə edildi
"ELDARGEYT" generalları nə vaxt rütbədən məhrum ediləcək?
"Real" Levandovskinin transferindən imtina etdi
Şəmkirdə balıq istehsalı və emalı müəssisəsi yaradılır
Şirməmməd Hüseynovun qızına yüksək vəzifə verildi - SƏRƏNCAM
Ermənilər “Komsomolski pravda”nın redaksiyasına hücum edib
ABŞ-ın İran sanksiyaları bizə qazanc gətirir (açıqlama)
Bakıda zavod işçiləri aksiya keçirdi: – VİDEO
Ziya Məmmədov HİCRƏT edəcək?!
Kürəkən onunla sevişmək istəyən qayınanasını boğaraq öldürüb
Prezident Bakıda otel açılışında iştirak edib
Ebru Gündeş 200 min dollar xərclədi
Ayaz Mütəllibovun sabiq mətbuat katibi şikayətini geri çəkdi
“Qaqaş” ləqəbli narkotacir tutuldu – FOTO
“AZAL-ın borcu 1 milyarda çatıb” - RƏHBƏRİNİN AİLƏ BİZNESİ İSƏ ÇİÇƏKLƏNİR!
“Üçüncü dünya müharibəsi olmayacaq.”–Bəşər Əsəd
“Mən o dəhşətli günləri yaxşı xatırlayıram…” – İlham Əliyev
Lalə Məmmədova: “Həmkarlarımın intim videolarını …”
MM Heydər Əliyevin 95 illiyi ilə bağlı xüsusi iclas keçirdi
Gömrükçü general ev dustağı edildi – şok gəlişmə
Bürc nə deyir? – 11 may
Mehriban Əliyeva 3 nəfəri təltif edib
Nigeriyalı diplomat Sudanda öldürüldü
Aslan İsmayılov Eldar Əzizovu təhqir etdi - "ailəsinə sahib durmağa ağlı çatmayan"..
Məşhur alimin evtanaziya ilə ölümü - 104 YAŞINDA
XİN rəsmisi Paşinyana CAVAB verdi
Pensiya məbləğinin hesablanmasındakı nöqsanlar olub
Əli Əhmədov və Hadı Rəcəbli toyda rəqs etdi - VİDEO
Paşinyan diqtə etdi - 2 məmur işdən getdi
DTX-nın tutduğu baş redaktor məhkəmə zalından azadlığa buraxıldı - Hökm
Vladimir Putin: “Heydər Əliyev əsl lider olub”
Pandalar kütləvi şəkildə qırılır
Bakıda daha bir zorlanma xəbəri - İnternat məktəbində
Daşkəsəndə ana özünü və 6 aylıq uşağını yandırdı
Oqtay Şirəliyev baş həkimi işdən çıxartdı
Rauf Talışinski "Qurd qapısı" qəbirstanlığında dəfn olundu
Kəmaləddin Heydərovun Göygöldəki üzüm bağına xəstəlik yayılıb
Eldar Mahmudovun qızı UDUZDU – Qətnamə ləğv olundu
Qobustan sakini yanıq xəsarəti alıb
Qızıl 2 dollara yaxın bahalaşıb
Hesablama Palatası Milli Məclisdə hesabat verəcək
Kim Çen In Trampla görüşü müsbət dəyərləndirib
Bürclər – 10 may

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13448] initstartout [0.00015] initstartin [0.00084] calstart [0.00954] calend [0.00057] topnewsend [0.00323] rsssend [0.00000] ehgend [0.00669] tagsstart [0.00061] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11280]