Nardaranlılar meydanı boşaldır

  • 29 noy 2015, 21:52
Nardaran kəndində ağsaqqalların davam edən toplantısı qərarla başa çatıb. 

Kənd ağsaqqalları çıxışlarında bildiriblər ki, hökumətin təklifi dəyərləndirilməlidir

Ağsaqqalların sözlərinə görə, hökumətdən gələn təklif, "İmam Hüseyn" meydanın boşaldılması və cənazələrin geri qaytarılmasıdır.

Kənd ağsaqqalları bildiriblər ki, meyitlər verildikdən sonra 5 nəfər kənd ağsaqqalı hökumət nümayəndələri ilə danışığa gedəcək.

"İmam Hüseyn" meydanı boşaldıldıqdan sonra kənd ağsaqqalları hökumətin işıq, su məsələsini həll edəcəyini, yollarda qurulan postların götürüləcəyini ümid edirlər.

Danışıqların sonunda yekun qərar verildi və "İmam Hüseyn" meydanı bu gün boşaldılır.

Bir neçə nəfər hökumətin danışıqlarda necə mövqe göstərəcəyindən ehtiyatlanır. Onlar bu danışıqlara heç kimin zəmanət verməməsindən narahatdırlar. /musavat.com/
Oxşar xəbərlər