Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:05 - 18.10.2019  
Səlim Müslümovun idarəsində narazılıq
Tarix: 29-11-2015, 11:36 | Bölmə: Xəbərlər » Ölkə içi

Səlim Müslümovun idarəsində narazılıqSəlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunandan sonra öz komandasını formalaşdırmağa başladı. Daha doğrusu, Dövlət Sosial Müdafiə Fondunun sədri işləyərkən yaratdığı komandanın üzvlərinin bir neçəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) transfer etdi. Həmin şəxslərdən biri də nazirliyin Dövlət Sosial Təminat Xidmətinin (DSTX) rəisi Çingiz Əliyevdir. Qeyd edək ki, Çingiz Əliyev bu vəzifəyə qədər Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin direktoru işləyirdi. Səlim Müslümovun nazir təyin olunması bu şəxsin karyera yolunu daha da genişləndirdi. Deyilənə görə, o, nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevin xeyir-duası ilə xidmət rəisi vəzifəsinə yüksəlməyi bacardı. Amma Dövlət Sosial Təminat Xidmətinin fəaliyyəti haqda o qədər də yüksək fikirlər səsləndirmək mümkün deyil. Axı erməni ilə dostluq əlaqəsi saxlayan birinin çalışdığı dövlət xidmətinin hansı fəaliyyətindən danışmağa dəyər? Bəli, düz eşidirsiniz. Dövlət Sosial Təminat Xidmətində sosial yardımların təşkil olunması sektoruna rəhbərlik edən Salam Rzayev erməni Qriqorla sosial şəbəkələr vasitəsilə əlaqə saxlayır. Nə var, nə var onlar tələbə yoldaşı olublar. Bu barədə bir qədər sonra danışacağıq. Bayaq vurğuladığımız kimi, DSTX-nin fəaliyyətində kifayət qədər problemlər mövcuddur. Hərçənd ki, oktyabrın 22-də Dövlət Sosial Təminat Xidmətinin bu ilin 9 ayında gördüyü işlərə həsr olunmuş hesabat iclasında həmin nöqsanlara toxunulmadı. Hesabat məruzəsi ilə çıxış edən xidmət rəisi Çingiz Əliyev bildirdi ki, şəffaflığın və ünvanlılığın təmin olunmasına ciddi nəzarət nəticəsində dövlət sosial yardımı alan ailələrin sayı 9 ayda 16,7 faiz azalıb, hazırda 498410 nəfər ailə üzvünü əhatə edən 114050 ailəyə hər ay orta hesabla 153 manat ünvanlı sosial yardım ödənir. Xidmət rəisi bildirib ki, prezidentin 20 iyun 2014-cü il sərəncamına uyğun olaraq müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri uğurla yerinə yetirilir: "Bu ilin ötən dövründə 150-dən çox müharibə əlili və şəhid ailəsi yeni mənzillə təmin olunub. Müharibə əlilləri və onlara bərabər tutulanların minik avtomobilləri ilə təminatında da mühüm addımlar atılır. Ümumilikdə indiyədək dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunan 5650 nəfər imtiyazlı şəxsin 32,4%-nə, yəni 1833 nəfərinə maşın keçən il və cari ilin ötən dövründə təqdim edilib". Xidmətin fəaliyyəti ilə bağlı olan real mənzərə isə rəisin hesabatı ilə uyğun gəlmir. Aparılan araşdırmalar göstərir ki, DSTX əhalinin aztəminatlı təbəqələrinin, tək ahıl vətəndaşların, sosial reabilitasiyaya xüsusi ehtiyacı olan şəxslərin sosial müdafiəsi tədbirlərini istənilən səviyyədə həyata keçirə bilmir. Nazirliyin keçmiş rəhbərliyinin dövründə ciddi problemə çevrilmiş ünvanlı sosial yardımlar hazırda da qalmaqallı məsələlərdən hesab edilir. Dövlət tərəfindən bu sahədəki problemlərin həllinə kifayət qədər diqqət ayrılsa da, istənilən müsbət nəticələr qeydə alınmayıb. Araşdırmalara əsasən, aztəminatlı ailələrə verilən sosial təminatda rayonlarla müqayisədə bəzi uyğunsuzluqlar mövcuddur. Müvafiq rəqəmlərin təhlili göstərir ki, ünvanlı sosial yardımlar təyin edilərkən ədalət prinsipi nəzərə alınmır. Əldə etdiyimiz bilgilərə görə, Çingiz Əliyev xidmət rəisi təyin olunandan sonra müharibə əlillərinin də sosial müdafiəsi xeyli zəifləyib: "Cənab prezident ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Bu barədə prezidentin sərəncamında 2014-cü il yanvar aynın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 5731 nəfər bu kateqoriyadan olan şəxslərin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub. Bu kateqoriyadan olan vətəndaşların mənzillə təmin olunması məsələsində şəffaflıq gözlənilmir. Nazirliyə təqdim olunan siyahıya elə şəxslərin adı salınır ki, onların əlilliklə heç bir əlaqəsi olmur. Bəzi hallarda yerli icra orqanları mənzil müqabilində vətəndaşlardan nəysə umurlar. Dövlət Sosial Təminat Xidmətinin əməkdaşları belə hallara qarşı mübarizə aparmaq əvəzinə, insanların hüquqlarının pozulmasına şərait yaradırlar. Müharibə əlillərinə avtomobillərin paylanmasında da qanun pozuntuları mövcuddur". İndi isə qayıdaq Salam Rzayevlə bağlı olan məsələyə. Qəzetimizin əvvəlki saylarında sektor müdirinin Qriqor adlı erməni ilə sosial şəbəkələr vasitəsilə yazışması, dostluq münasibətinin olması barədə tənqidi yazılar dərc etmişdik. Buna baxmayaraq, DSTX-nin rəisi Çingiz Əliyev hələ də bu məsələyə münasibət bildirməyib. Durumla bağlı nazir Səlim Müslümova da müraciət etdik, amma ondan da səs çıxmadı. Bu şəxslərin sərgilədiyi münasibət göstərir ki, erməni Qriqorun dostu Salam Rzayev nəinki DSTX-də, bundan böyük vəzifələrdə də çalışmağa layiqdir. Biz isə bir şeyi bilirik ki, ermənidən heç vaxt azərbaycanlılara xeyir gəlməyib və gəlməyəcək də. Çingiz Əliyev, Salam Rzayev bunu bilmirsə, Xocalıda xalqımızın başına gətirilən müsibətləri bir daha nəzərdən keçirsinlər. Qarşı tərəflərin də mövqeyini dərc edə bilərik. 
Xəbər 2836 dəfə oxunub






Oxşar xəbərlər

12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.37198] initstartout [0.00027] initstartin [0.00140] calstart [0.01644] calend [0.00098] topnewsend [0.00833] rsssend [0.00000] ehgend [0.03138] tagsstart [0.00114] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.31197]