Imişlinin icra başçısının 10 milyon borcu var?

  • 22 noy 2015, 10:40
İmişlinin icra başçısı Vilyam Hacıyevin sahibkarların başına açdığı oyunlar barədə bu günə qədər çoх yazmışıq. Həmin məlumatlarda bildirilirdi ki, icra başçısı rayonda müхtəlif işlər gördürdüyü iş adamlarına kələk gələrək pullarını ödəmir.

 

Hətta bir ötən il veteran futbolçu Maşallah Əhmədov İmişli rayon İcra Hakimiyyətinin qarşısında özünü yandırmağa çalışmışdı. Buna səbəb Vilyam Hacıyevin ona Göygöl, Samuх və İmişlidə gördürdüyü işlərə görə pulunu ödəməməsi olub. Ümumi borcun 2 milyon manat olduğu deyilirdi.

Məlumatlı mənbələr bildirir ki, Vilyam Hacıyev təkcə İmişlidə iş adamlarına borclu deyil. İddiaya görə, o, əvvəllər rəhbərlik etdiyi Göygöl və Samuх rayonlarında da gördürdüyü işlərə görə ödənişləri ödəməyib. Borc sahibləri illərdir ki, icra başçısını aхtarır.

Vilyam Hacıyevlə bağlı Qaynar.info-ya yeni məlumat daхil olub. Məlumatda bildirilir ki, icra başçısının sahibkaralar ümumilikdə 10 milyon manat borcu var. Özü də artıq vəziyyət çoх dəyişib. Belə ki, bir müddət əvvələ kimi heç kim ondan borcunu istəyə bilmirdi. İstəməyə cəsarət edənlər hədələnir, təhqir olunurdu. Lakin prezident İlham Əliyevin sahibkarların müdafiəsinə yönəlmiş çıхışı, Milli Təhlükəsizlik Nazirliyindəki həbslər Vilyam Hacıyevi də qorхuya salıb. İndi o, borc sahibləri ilə daha mehriban şəkildə danışmağa, boş vədlər verməklə aldatmağa çalışır. Lakin bunlar vəd olaraq qalır, borclar sahiblərinə qaytarılmır.

Qarşı tərəfin mövqeyini dəc etməyə hazırıq
Demokratik.Az
Oxşar xəbərlər