Yeni nazirlik yaradılır-iddia

  • 15 noy 2015, 23:14
Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnolgiyalar Nazirliyi birləşə bilər. Bu barədə "Azadlıq”a məlumat verən mənbə bildirir ki, artıq bir neçə gündür Nəqliyyat Nazirliyində hər kəs adıçəkilən nazirliklərin birləşdiriləcəyindən danışır.

 

"Işçilər hamısı deyir ki, yaxın vaxtlarda Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşəcək. Bunun nə vaxt baş verəcəyi dəqiq bilinmir. Həmçinin bu söhbətin necə yayıldığı da bəlli deyil”, – deyə mənbə bildirib.

Araşdırmalar zamanı məlumatın əsaslı olub-olmadığını öyrənə bilmədik. Lakin onu öyrəndik ki, belə təcrübə xarici ölkələrdə var. Yəni, bir çox ölkələrdə bu iki sahə bir qurumda birləşdirilib.