Eldar Mahmudovun təqdimatı ilə icra başçısı təyin olunanlar işdən qovulacaq

  • 11 noy 2015, 14:03

Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən qovulan keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov özünə yaxın şəxsləri  dövlətin müxtəlif  qollarına, o cümlədə icra hakimiyyətlərinə yerləşdiribmiş.


Yayılan məlumata görə, hazırda Eldar Mahmudovun təqdimatı ilə rayonlara təyin edilmiş icra başçıları araşdırılır. 

Məlumatlara görə, Eldar Mahmudovun xətti ilə icra başçısı olmuş şəxslərin sırasında daha çox Ağdam rayonunun icra başçısı Raqub Məmmədovun adı hallanır. Kənd Təsərüffatı Akademiyasını bitirən,  21 il  Milli Təhlükəsizlik orqanlarında işləmiş Raqub Məmmədov   2014-cü ildə Ağdam rayonuna icra başçısı təyin edilib. 

Əldə etdiyimiz məlumata görə, Eldar Mahmudovun  şəriki, Bakıda bir neçə avtomobil salonlarının sahibi "Ağdamlı Dəmir" kimi tanınan Dəmir Abdullayevi də  ilk dəfə  Raqub Məmmədov nazirlə  tanış edib. Raqub Məmmədovun keçmiş nazirin ən etibarlı adamlarından olduğu qeyd edilir.

Raqub Məmmədovun icra hakimiyyəti işlədiyi  dövrdə  Eldar Mahmudovun tapşırığı əsasında  bir neçə "reket" jurnalisti nəzarətdə saxladığı, onlara aylıq "paket" verdiyi  və həmin "jurnalistlər"in vasitəsi ilə bir çox iş adamlarının şantaj edildiyi bildirilir. 

Məlumatlara görə, Eldar Mahmudovun nəzarətində olan icra başçıları haqqında görüləcək tədbirlər Raqub Məmmədovla yekunlaşmayacaq. Yaxın günlərdə Eldar Mahmudovun nəzarətində olan icra başçılarının işdən qovulacağı bildirilir.
 
Demokratik.Az
Oxşar xəbərlər