Daşkəsən Təhsilində ŞOK KORRUPSİYA

  • 02 noy 2015, 21:28

Demokratik.Az-a Daşkəsən rayon Təhsil şöbəsində aparılan Maliyyə yoxlamalarının şokedici bilgiləri daxil olub.Aldığımız bilgilərə görə, 1 aya yaxındır ki, Maliyyə Nazirliyinin Təhsil şöbəsində aşkara çıxardığı maxinasiyalar Təhsil müdiri Nazim Verdiyev üçün acı sonluqla nəticələnəcək...

Artıq yayılan ilkin məlumatlarda deyilir ki,yoxlamanı həyata keçirən müfəttiş İbad Aslanov aşkar edib ki, Maliyyə Nazirliyindən inventara ayrılmış pullar dəfələrlə şişirdilib.Bazarda Nootbukun birinin qiyməti 500 manat olduğu halda bu qiyməti 5 dəfə şişirdilərək 2500 manat , komputerin qiyməti 300 manat olduğu halda 1500 manat , voleybol topunun qiyməti 1 manat 50 qəpik olduğu halda 15 manat və başqa şeyləri yazaraq kobud maliyyə pozuntusuna yol verilib.O da bildirilir ki,Təhsil Şöbəsinin müdürü məktəblər üzrə yalançı dərs saatları yazdıraraq da qanunsuzluqlar edib,nəticədə dövlət büdcəsinə küllü miqdarda ziyan vurularaq pullar mənimsənilib. Məktəb direktorları arasında yayılan şaiyyələrə görə bu rüşvətxorluğu, koorrupsiyanı ört basdır etmək üçün Nazim Verdiyev risqə getmək qərarı alıb.Rayonun bütün müəllimlərinin 1 aylıq maaşlarını direktorlar vasitəsilə toplayaraq müfəttişə verməklə cinayət məsuliyətindən yaxa qurtarmaq fikrinə düşüb.Hətta verməyənlər işdən qovulacağı,dərsləri kəsiləcəyilə hədələnib. 

Demokratik.Az-a verilən məlumatda o da deyilir ki,Daşkəsənin "mütləqi-hakimi"Əhəd Abıyev baş verənlərdən xəbərdardır və Nazim Verdiyevi çətin vəziyyətdən xilas etmək barədə düşünür,bununçün yollar axtarır.Çünki indiki halda Daşkəsən TŞ-nin korrupsiya sirləri deşifrə olunarsa,bu Əhəd Abıyev karyerasına da ağır zərbə vuracağı şübhəsizdir.

Onu da xatırladaq ki, təhsil müdiri Daşkəsəndə xüsusi söz sahibi olan,Torpaq şöbəsinin sabiq müdiri Şahbaz Mehdiyevin bibisi oğludur.Hazırda Daşkəsən İHB-nın müavinlərindən olan cənab Mehdiyev öz növbəsində Əhəd Abıyevin yaxın dostudur.Yaranmış vəziyyətdən qorxuya düşən məktəb direktorları da artıq "himayədar"axtarışına çıxıblar...

Mövzu diqqətimizdədir.

Demokratik.Az

Oxşar xəbərlər