"Azərbaycanda seçkilər sakit şəraitdə keçir" - Rusiya MSK

  • 01 noy 2015, 19:04

 

Azərbaycanda Milli Məclisə keçirilən seçkilər çox sakit şəraitdə keçir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu seçkilərdə səsvermə prosesini müşahidə etmiş Rusiya Mərkəzi Seçki Komissiyasının üzvü Sergey Danilenko deyib.

S.Danilenko bildirib: "Şəxsən mən artıq 8 məntəqədə olmuşam, məntəqələrin birinin açılışında da olduq. Hər yerdə hər şey yüksək səviyyədə təşkil olunub. Bütün məntəqələrdə müxtəlif partiya və namizədlərin müşahidəçiləri iştirak edirlər".

S.Danilenko qeyd edib ki, yerli müşahidəçilərin hər hansı problemlərlə qarşılaşdıqlarının şahidi olmadıq.