MSK sədrindən Pənah Hüseyn haqda: "Bülletenləri götürüb qaçıb"

  • 01 noy 2015, 13:30
Sabirabad birinci Seçki Dairəsində məntəqələrin birində deputatlığa namizəd Pənah Hüseynin səlahiyyətli nümayəndəsi seçicinin əlindən 2 bülleteni alaraq qaçıb.

Demokratik.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

"Bu məsələ diqqətimizə çatdırılıb. Dairələrin birində isə bir deputatlığa namizəd məntəqənin üzvini təhqir edib. Belə xoşagəlməz hallar olub, amma indiyədək nəticələrə təsir edə biləcək bir problem baş verməyib. Ümid edirəm ki, proses normal şəkildə davam edəcək".

Onun sözlərinə görə, indiyədək MSK-ya 34 müraciət daxil olub ki, bunların hamısı məlumatalma xarakterlidir