Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:12 - 18.09.2019  
Eldar Mahmudovun “brilyant əli” üzə çıxdı-“Təmizləmə” və istintaq davam edir
Tarix: 24-10-2015, 10:58 | Bölmə: Xəbərlər » Ölkə içi

Eldar Mahmudovun “brilyant əli” üzə çıxdı-“Təmizləmə”  və istintaq davam edirMTN-in daha 4 general işdən qovuldu: "təmizləmə” davam edəcək; Ölkə rəhbərliyi MTN-in bütün strukturlarında başlamış yoxlamaların mümkün qədər tez yekunlaşmasını istəyir ki, bu da səbəbsiz deyil - komandada gərginlik pik həddə; MTN-in Səfər Əbiyevi həbs etmək niyyəti olub, amma...; 2 milyard dollar ölkədən necə və hansı yolla çıxarılıb? 

 



Oktyabrın 17-də nazir Eldar Mahmudovun işdən azad edilməsi ilə başlamış "təmizləmə” Milli Təhlükəsizlik Nazirliyinin bütün strukturlarını əhatə etməkdədir. Baş Prokurorluqda nazirliyin ayrı-ayrı vəzifəli şəxsləri haqqında cinayət işi qaldırılıb, həbslərin davam edəcəyi bildirilir. İstintaq-əməliyyat qrupuna rəhbərlik baş prokurorun müavinin Rüstəm Usubova həvalə edilsə də,  məlumatlara görə, əsas iş Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini Bəylər Əyyubova tapşırılıb.

"Təmizləmə”  və istintaq davam edir


Yeri gəlmişkən, MTN-də əməliyyatlarla bağlı yeni məlumatlar yayılıb. Məlumatlarda deyilir ki, MTN-də xüsusi əməliyyat prezident İlham Əliyev Qazaxıstana getməmişdən öncə, dövlət başçısının birbaşa nəzarəti altında olduqca məxfi şəraitdə hazırlanıb və keçirilməsi üçün uyğun vaxt seçilib.

MDB dövlət başçılarının sammitindən qayıtdıqdan dərhal sonra prezident əvvəl Eldar Mahmudovu Prezident Administrasiyaya çağırtdıraraq, onun rəhbərlik etdiyi qurumda böyük cinayətlərə yol vermiş dəstənin törətdiyi və birbaşa ölkənin maraqları əleyhinə yönəldilmiş fəaliyyətlərini əks etdirən qovluğu ortaya qoyub, onu vəzifəsindən azad etdiyini bildirib və bu məsələdə hesabat verməsini tələb edib. Eyni zamanda, Xüsusi Dövlət Mühafizə Xidmətinə MTN-də və şəhərin bir neçə yerində qəfil əməliyyat keçirmək, artıq əvvəlcədən nəzarətə götürülən şəxslərin saxlanılaraq, istintaqa cəlb edilməsi göstərişini verib...

Məlumata görə, ilkin olaraq məhz o şəxslər saxlanılıblar ki, onların izahat və ifadələri MTN içərisindəki böyük bir qrupun illərlə törətdiyi bütün cinayətlərə aparıb çıxarmaq, onları çözmək imkanı verir və yəqin ki, çox yaxın gələcəkdə daha bir neçə general həbs olunacaq.  
Oktyabrın 23-də MTN-də daha bir neçə generalın işdən uzaqlaşdırıldığı məlum olub. Belə ki, Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov, Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov, Baş İdarə rəisi, general-mayor Pərviz Səfərov, Hərbi Hissə komandiri, general-mayor Vüqar Allahquliyev, MTN-nin Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev, Kadrlar İdarəsinin rəis müavini, polkovnik Tehran Babatov və Nazirliyin Xətai, Pirallahı, Masallı rayon şöbələrinin rəisləri tutduğu vəzifələrindən azad olunaraq sərəncama götürülüblər.


                   İqtidardaxili savaş niyə qızışıb?


"Yeni Müsavat”ın hakimiyyətə yaxın mənbələrdən əldə etdiyi bilgilərə görə, ölkə rəhbərliyi MTN-in bütün strukturlarında başlamış yoxlamaların mümkün qədər tez yekunlaşmasını, qurumun stabil iş rejiminə qayıtmasını və proseslərin səngiməsini istəyir ki, bu da səbəbsiz deyil. 

Xəbərlərə görə, MTN-də baş verənlər hakimiyyətin içərisində gözlənildiyindən də daha artıq "bomba partlayışı” effekti yaradıb, "qəlpələri çox adamı yaralayıb”, bir sözlə, daxili qruplaşmalar arasındakı gərginliyi pik həddə artırıb. 11 ildir nazir olan və özünə proseslərə təsir edə biləcək şəbəkə yaratmış E.Mahmudovun qəfil sıradan çıxarılması iqtidardaxili balansı başqa oliqarx-qrupların xeyrinə dəyişib, bütün komanda silkələnib. 

Proseslərin axarından narazı olanlar səslərini çıxarmırlar və özlərini qorumağa çalışırlar. E.Mahmudovdan sitəm görənlər isə sabiq nazirin ən uzaq qohumunun belə vəzifədən uzaqlaşdırılmasını, onun daha sərt cəzalandırılmasını istəyirlər. E.Mahmudovun sıradan çıxarılmasından sonra onun rəhbərlik etdiyi struktur haqda demək olar ki, hər gün yeni-yeni ittihamlar yayılır, yeni faktlar ortaya çıxır.  

Eldar Mahmudovun “brilyant əli” üzə çıxdı-“Təmizləmə”  və istintaq davam edir

 

Səfər Əbiyevlə MTN-də "kəsişən yollar”...

Oktyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmədə də Eldar Mahmudova ünvanlı sensasion ittiham səslənib.

Mehman Səlimov məhkəmədə çıxış edərək MTN-i ittiham edib: "O vaxt məni MTN-də dindirəndə dedilər ki, Səfər Əbiyevin üzünə dur, mən durmadım. Çünki onu işdən azad edəndən sonra tutmaq istəyirdilər. Mən bunu etmədim, onun üzünə durmadım. Ona görə mənə cinayət işi açdılar”. 

S.Əbiyev işdən çıxarıldıqdan sonra Müdafiə Nazirliyində də həbslər başlamışdı və sabiq nazirin də hədəfdə olduğu iddia edilirdi. Hətta mediada MTN-in S.Əbiyevi ev dustağı etdiyi barədə iddialar da vardı. S.Əbiyevin həbsinin yalnız E.Mahmudovun marağında olduğunu iddia etmək real deyil. Çünki bu cür sanksiyalara MTN rəhbəri heç vaxt təkbaşına qərar verə bilməzdi. Amma nazirlərə aylıq haqq qoyduğu barədə iddialar gerçəksə, belə görünür ki, ölkə rəhbərliyinin yanındakı etimaddan yaralanan E.Mahmudov sabiq müdafiə nazirini bir neçə gün olsa belə MTN zirzəmisində saxlamağa həvəsli ola bilərdi.

Məlumat üçün deyək ki, onların hər ikisi nazir işlədiyi dövrdə bir-birləri ilə münasibətləri "salam-sağ ol”səviyyəsində olub, S.Əbiyev E.Mahmudovun hərbi hissələrə öz adamlarını yerləşdirməklə Müdafiə Nazirliyində baş verənləri nəzarətdə saxlamasından narahat və narazı olub. 2009-cu ildə Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayevin qətlindən sonra MTN-in də araşdırdığı cinayət işi ilə bağlı S.Əbiyevə narahatlıq yaradılıb.


Brilyant biznesini kimin adına çıxırmışlar?

 

Eldar Mahmudovun “brilyant əli” üzə çıxdı-“Təmizləmə”  və istintaq davam edir

 

Daha bir ilginc iddia isə MTN-in "brilyant əməliyyatı” ilə bağlıdır. Məlumatlara görə, sabiq nazirin əsas gəlir yerlərindən biri brilyant biznesi olub. Bu fakt bəzi dairələrə çoxdan məlum olsa da, bu biznesi işdən çıxarılanadək E.Mahmudovun nəzarətindən çıxarmaq mümkün olmayıb. MTN əməkdaşlarının aeroportda xüsusilə Dubaydan gələn sərnişinlərin ayaqqabısınadək axtarması yeni xəbər deyil. 

MTN-in icazəsi olmadan ölkəyə bir karat belə brilyant keçirmək mümkün deyilmiş. Gizli olaraq bu işə girişmək istəyənlərin isə axırı yaxşı olmayıb, aeroportda ələ keçənlərin təkcə gətirdikləri yox, bütün var-dövləti əlindən alınıb.

Üstəlik, daş-qaşla ələ keçən adamlara deyilirmiş ki, bu tapşırıq hakimiyyətdəki çox nüfuzlu bir soyaddan gəlib və MTN-in brilyant biznesinə heç bir aidiyyəti yoxdur. Xəbərlərdə deyilir ki, sabiq nazirin bu biznesinə nəzarəti bir neçə gün əvvəl həbs olunan MTN-in idarə rəislərindən birinin müavini Füzuli Ələsgərzadə və MTN-in Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev həyata keçirirmiş. Bu biznesdən ildə milyonlarla dolların qazanıldığı da deyilir. 


2 milyardı necə daşımaq olar?


İşdən çıxarılan və həbs edilənləri daha bir çətin sual da gözləyir. Eldar Mahmudovun Beynəlxalq Bank rəhbərliyində oturmuş qudası səbəbindən hökumətlə problemləri vardı, külli miqdarda kreditin həm də onun razılığı ilə müxtəlif adamlara verildiyi təsdiqlənmişdi. Bu ilin fevralında devalvasiya zamanı bunun baş verəcəyini öncədən bilən Mahmudov qudası, Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevlə əlbir olaraq, təxminən 2 milyard qazanc əldə edib və bu pulları təcili ölkədən çıxarıb ki,  "Yeni Müsavat” da bu barədə bir neçə yazı dərc edib. Tanınmış blogger Həbib Müntəzir isə iddia edib ki, bu pullar offşor zonalarda keçmiş nazirə məxsus olan 3 zavod və bir neçə şirkətə köçürülüb. Hazırda keçmiş nazirdən ilk növbədə həmin 2 milyardı qaytarmaq tələb olunur. Ehtimal edilir ki, bu pulları ələ keçməmək üçün ölkədən bank üzərindən deyil, gizli şəkildə nağd olaraq çıxarılıb. Amma hansı yolla, hansı nəqliyyatla və necə çıxarılması sirr olaraq qalır. 

"Yeni Müsavat”
Xəbər 2537 dəfə oxunub






Oxşar xəbərlər

Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli
Nazilə əri ilə şəklini paylaşdı - müzakirəyə səbəb oldu
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
101 il öncə - Bugün Bakının azad olunduğu gündür
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28647] initstartout [0.00026] initstartin [0.00228] calstart [0.01053] calend [0.00056] topnewsend [0.00479] rsssend [0.00000] ehgend [0.00603] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26133]