Deputatlığa namizədlər bir- birinin şəkillərini cırdırır

  • 22 okt 2015, 23:51

Ölkəmizdə bu ilin payızında baş tutan parlament seçkilərinə sayılı günlər qalıb.

Artıq bir müddətdir ki, qeydə alınmış namizədlər öz təbliğat-təşviqat proseslərinə başlayıblar. Demək olar ki, bütün qeydə alınmış namizədlərin dairələr üzrə şəkilləri asılıb. Bir sözlə, deputat mandatı uğurunda opponentlər arasında rəqabətə start verilib. Burada təəssüf doğuran məqam odur ki, bəzi namizədlər sağlam rəqabətdən qaçaraq ucuz mübarizə yolunu tuturlar. Belə ki, azyaşlı uşaqlara müəyyən məbləğdə pul verərək ciddi rəqib saydığı opponentinin şəkillərini cırdırırlar. Doğrudur, belə hallar yalnız indi deyil, əvvəlki seçkilərdə də müşahidə olunurdu. Lakin onda bu arzuolunmaz hadisələr gecə saatlarında baş verirdi. İndi isə günorta çağında, nümayişkaranə şəkildə namizədlərin şəkilləri korlanır. Maraqlıdır, görəsən, bəzi namizədlər niyə belə ucuz mübarizə yolunu seçirlər?

31ED8403-15DF-4998-8B62-140E6D421B5A_cx0_cy12_cw0_mw1024_s_n_r1Məsələyə münasibət bildirən Mərkəzi Seçki Komissiyasının sabiq katibi Ənvər ƏLİYEV mətbuata açıqlamasında söyləyib ki, bu qanunsuz davranışdır:

"Bəli, hüquq mühafizə orqanları buna nəzarət etməlidir. Polis orqanları onları qorumalıdır. Məncə, MSK-a da buna nəzarət etməldir. Bu onun borcudur. Ona görə ki, namizədlərə özlərini bərabər şəkildə təqdim etməyə imkan yaradılmalıdır”.

Ekspertin sözlərinə görə, şəkli cırılan namizəd məhkəməyə də müraciət edə bilər:

"Çox dözülməz vəziyyətdir”.

Orxan

Demokratik.Az