Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:23 - 21.08.2018  
Gəmi oğurluğu ilə bağlı İlham Əliyevə müraciət edildi
Tarix: 15-10-2015, 13:18 | Bölmə: Xəbərlər » Ölkə içi

"Cənab prezident, hər dəfə sizə müraciət edəndən sonra Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanovun adamları mənə zəng edir, problemin texliklə həll olunacağını deyir, amma nəticə yoxdur". Bu sözləri prezident İlham Əliyevə müraciətində "Yunıy moryak" adlı gəmisi oğurlanan Qəmbər Səfərov yazıb.

Gəmi oğurluğu ilə bağlı İlham Əliyevə müraciət edildi

 

Müraciətin bir surətini də İstiqlal.az saytına ünvanlayan Qəmbər Səfərov bildirir ki, gəminin Qüdrət Qurbanovda olması məhkəmə qərarları ilə təsdiq olunur: "Təsəvvür edin, deyirlər ki, gəmini təmir etmişik. Sual olunur, axı bu gəmi sizdə hardandı ki, onu təmir etmisiz. Bununla Dövlət Dəniz Administrasiyası faktiki olaraq gəmini oğurladığını etiraf edir. Bu cinayət əməlidir.  Mən dəfələrlə müraciət etmişəm ki, ya gəmini, ya da pulunu verin. Gəminin qaytarılması barədə Ali Məhkəmənin də qərarı var. Amma Qüdrət Qurbanov özünü qanunlardan üstün tutur".

Qəmbər Səfərovun sözlərinə görə, birinci məhkəmə instansiyasının qərarından sonra Qüdrət Qurbanov həftə möhdət istəyib: "Mənə rüsum ödətdirdilər. Dedilər ki, qərar icra olunacaq. Qüdrət Qurbanov da bir həftə möhlət istədi. Bu bir həftə 8 ay çəkdi. 8 aydan sonra isə qanunsuz olaraq apellyasiya şikayəti verdilər. Amma yenə də Qüdrət Qurbanovun saxtakarlığı üzə çıxdı. Ali Məhkəmə də gəminin qaytarılması barədə qərar çıxardı.

Cənab prezident, bu şəxs artıq məni intihar həddinə çatdırıb. Mənim gəmimi ələ keçirib, amma məsuliyyəti sizi şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun üzərinə atır. Deyir ki, guya gəmi ondadır. Mən onun bu sözlərinə inanmıram. Bilirəm ki, diqqəti özündən yayındırmaq üçün Bəylər Əyyubovun adını çəkir. Amma mənə maraqlıdır ki, bu adam nəyə, kimə güvənərək öz əməllərini general rütbəli bir şəxsin üzərinə atır".

Şikayətçi daha sonra deyib ki, Qüdrət Qurbanov bu məsələdə bir neçə dəfə Bəylər Əyyubovun adını çəkib: "Deyir, gəmi ağsaqqaldadır. Soruşuram ağsaqqal kimdir, cavab verir ki, Bəylər Əyyubov. Mən Bəylər müəllimin də bu məsələyə aydınlıq gətirməsini istərdim", - deyə Qəmbər Səfərov bildirib.

Qeyd edək ki, Dövlət Dəniz Administrasiyası saxta sənədlərlə Qəmbər Səfərova məxsus "Yuniy Moryak" gəmisinİ satıb. Qəmbər Səfərov məhkəməyə müraciət edib.

Səbail Rayon Məhkəməsi dəhşətli saxtakarlıqları üzə çıxarıb. Məhkəmə zamanı bəlli olub ki, Dövlət Dəniz Administrasiyasından gəminin sənədlərinin surətini əldə edən "Mərdəkan-Broyler" ASC saxta alğı-satqı müqaviləsi, saxta aktlar tərtib edib və bu saxtakarlığı o qədər biabırçı səviyyədə həyata keçirib ki, hakimlər özləri belə təəccübləniblər.

Məsələn, Qəmbər Səfərovla "Mərdəkan-Broyler" ASC arasında bağlanan saxta alğı-satqı müqaviləsinin tarixi 09 yanvar 2003-cü il olaraq göstərilib. 2003-cü ilin 20 fevralında Həştərxanda alınan, 28 fevralında təhvil-təslim aktı ilə əldə edilən və iyulun 24-də Bakı buxtasına daxil olmasıyla bağlı "Yük gömrük bəyannaməsi" olan "Yunıy maryak"ı Qəmbər Səfərov yanvarın 9-da "Mərdəkan Broyler"ə necə sata bilərdi? Belə çıxır ki, Q.Səfərov gəminin sənədlərini əldə etdiyi tarixdən (28 fevral) ay yarım əvvəl "həmin sənədlər əsasında" "Yunıy maryak"ı Aydın Əhmədova satıb?
Bundan başqa, Qəmbər Səfərovla Aydın Əhmədov arasındakı "alqı-satqı" müqaviləsinin tarixi 09 yanvar 2003-cü il, məkan isə Bakı şəhəri göstərilir, ancaq müqavilə rus dilində tərtib olunur və notarial qaydada deyil, yalnız "Mərdəkan-broyler"in möhürü ilə təsdiqlənir. İki Azərbaycan vətəndaşı arasında bağlanan alğı-satqı müqaviləsi niyə rus dilində tərtib olunmalıdır?
Üçüncüsü, müqavilədə tərəflər arasında qiymət razılaşması 180 min rus rublu olaraq göstərilir. Bakıda, bir Azərbaycan vətəndaşı - fiziki şəxslə digəri, Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxs arasında alqı-satqı müqaviləsində qiymət niyə rus rublu ilə müəyyənləşməlidir?
Dördüncü, həmin alqı-satqı müqaviləsinin 7.1-ci maddəsində göstərilir ki, "tərəflər arasında mübahisə Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq" Rusiya Federasiyasının məhkəməsində həll olunmalıdır.

Azərbaycan vətəndaşları arasında alqı-satqı müqaviləsindəki narazılıq niyə Rusiya Federasiyasının qanunvericiliyi ilə tənzimlənməlidir? "Mərdəkan-Broyler"in məhkəməyə təqdim etdiyi saxta "alqı-satqı" müqaviləsindəki hüquqi pozuntuların səbəbi odur ki, əslində, bu müqavilə Qəmbər Səfərovla "Yunıy moryak" gəmisinin rəhbəri arasında bağlanmış 20 fevral 2003-cü il tarixli müqavilənin kserosurətidir. "Mərdəkan-Broyler" yeni müqavilə yazmaq iqtidarından olmadığından və Qəmbər Səfərovun imzasını "daha səliqəli" saxtalaşdırmaq üçün hazır müqavilədəki tarixləri dəyişməklə rüsvayçı saxtakarlığa imza atıb. 

Dəhşətli məqam isə odur ki, bu cür saxtakarlıqla tərtib edilən sənədlər, gəminin əsas sənədləri, alınma və Bakıya gəlmə tarixləri ilə uyğunsuzluq təşkil etdiyi halda Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov həmin qanunsuzluqları qanuniləşdirib və gəmiyə şəhadətnamə verib.

Səbail rayon məhkəməsi sənəd saxtakarlıqları faktını aşkar etdikdən sonra Dövlət Dəniz Administrasiyasının "Yunıy moryak" ("Ramin") gəmisinə verdiyi saxta şəhadətnaməni ləğv edib, gəminin əsl sahibinə qaytarılması haqqında qərar çıxarıb. Lakin qərar icra olunmayıb.

Bir müddətdən sonra növbəti məhkəmə ilə qərar icraya yönəldilsə də, icra məmurları gəmini geri almaq imkanına malik olmadıqlarını, bu işin arxasında "naməlum gücün" dayandığını etiraf ediblər. Artıq Ali Məhkəmənin də bu işlə bağlı qərarı var. Lakin qərar icra olunmur.
Demokratik.Az
Xəbər 1536 dəfə oxunub






Oxşar xəbərlər

Heydər Əliyev Fondu tərəfindən ADAU-ya DƏSTƏK
İlham Əliyev Rusiyaya gedir – Üç mühüm məsələ
“Aİ 92 benzininin qiyməti artmayacaq” - Açıqlandı
Ermənistanın müdafiə naziri Rusiyaya gedib
Çingiz Mustafayev adına Fond yazı müsabiqəsi elan etdi
Bu tələbələr təhsilhaqqından azaddır - RƏSMİ
Çeçenistanda polis bölməsinə hücum olunub
Jurnalistin ağuya dönmüş çörəyi...(İntiharlardan)
Bu banklarımız zərərlə işləyir - SİYAHISI
Köçəryanın evində və ofisində axtarış aparıldı
Talıb Tale “Youtube”dan ayda nə qədər pul qazanır?
“Sevginin yerini qəzəb tutub" – Sabir Rüstəmxanlı NARAHATDIR
Heydər Əliyevin evindən eksklüziv - VİDEOREPORTAJ
Məmmədyarov supertunirə qələbə ilə başladı
Qaxda qeyri-adi heyvan tapıldı – FOTOLAR
İlham Əliyev Ərdoğanı təbrik edib
Atəşkəs rejimi 87 dəfə pozulub
“Azərbaycan ABŞ və İsrailin yanında olacaq…” - Şərh (II HİSSƏ)
QKÇP qiyamından 27 il keçdi
Günün qoroskopu - 19 Avqust
Rəsul Çunayevin rütbəsi artırıldı - FOTO
Həbsdən çıxmış müğənni “O səs Türkiyə”də oxuyacaq
Ərdoğan Volodinlə görüşdü
“Təranə Qumralı 3 ilədək həbs gözləyir”
Sabah Bakıda yağış yağacaq
Kəmaləddin Heydərov generalı sərəncama götürdü
Qəbiristanlıqda çətənə becərən şəxs tutuldu
Lukaşenko hökuməti “təmizlədi”
KOFİ ANNAN VƏFAT ETDİ
Gəncədə məktəb direktorunun OYUNLARI - arpası + yoncası + qoyunları (fotolar)
Türkiyədə ilahiyyatçıların savaşı: 5 ölü
"Lopabığ Nazimin cibi" və "Öpüş: 1 manata..." - Bakbulvarın qərarına ŞƏRHLƏR
Didərgin partiya sədri: "Torpaqlarımızı işğaldan azad etməliyik”
3 sabiq, oxşar karyera, fərqli aqibət...
CƏBHƏDƏ GƏRGİNLİK - ATƏŞKƏS YENƏ POZULUB
Türkiyə amerikalı keşişlə bağlı qərarını dəyişmədi
Qadın polis tanımadığı körpəyə "məmə" verdi
Qadınlar belə qocalır - 6 əlamət…
Rusiya ABŞ-a etiraz notası göndərib
"Yüksək bal toplayanlar artıbsa bu təhsilin keyfiyyətinin yüksəlməsi deyil" - Etibar Əliyev
"Twitter"-də problemlər yaşanıb - nasazlıq
Ermənilər Azərbaycan puluna görə bir-birinin qırır
Kişi həyat yoldaşını və qayınatasını güllələdi - Gəncədə
“Azərbaycan təcili Xəzər donanmasını gücləndirməlidir” - ekspertlər
Qurban kəsmək kimlərə vacibdir, kimlərə yox?
QOROSKOP - 18 AVQUST
47 azərbaycanlı məhbus İstanbulda aclığa başladı
Ərdoğan yeddinci dəfə baba oldu
Bütün Ermənistan küçələrə axışdı - CANLI YAYIM
Bokçularımız Rusiyada beynəlxalq turnirə qatılacaq
Putindən Avstriya nazirinə kreativ toy hədiyyəsi
Gəncə hadisələri ilə bağlı daha 2 nəfər həbs olundu - RƏSMİ
Qız bakirəliyini satışa çıxardı – FOTOLAR
ADAU rektoru tələbələrin validyenləri ilə görüş keçirib
Baş nazirdən KT Nazirliyi ilə bağlı QƏRAR
Misir Mərdanov: “Təhsil sistemindən danışmaq istəmirəm"
Putin və Ərdoğan Tehran sammitində ayrıca görüşəcək
Sülhəddin Əkbər Azərbaycan ətrafında gedən prosesləri şərh etdi
Hərbi Prokurorluq: Əsgər ölümünə görə 3 nəfər həbs edildi
Qoroskop - 17 avqust
Zabit Səmədov çempionu belə yendi – VİDEO
Payız yaxınlaşır - iqlim nələr vəd edir? - çoxlu yağışlar
“Hacı Mazan”ı yol polisi saxladı – FOTO
"Azərbaycan “Rus NATO-su”na üzv ola bilər" - İDDİA + ŞƏRHLƏR
Osman Nərimanoğlu - "Demokratik düşüncələrim" (2)
Robert Köçəryan məhkəmədə "Surətin qiyamı"ndan danışıb
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olundu
“Xəzər” maşınları nə vaxt ixrac ediləcək?
Hafiz Hacıyev bəzi xəbər saytlarını porno saytlara bənzətdi
MKİ-nin ən iri iflası: 30 Amerika agenti edam edildi

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12004] initstartout [0.00035] initstartin [0.00057] calstart [0.00739] calend [0.00039] topnewsend [0.00328] rsssend [0.00000] ehgend [0.01874] tagsstart [0.00054] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08875]