Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:58 - 18.06.2018  
Ziya Məmmədovun oğlunun oteli qapalı qaldı - niyə?
Tarix: 10-06-2015, 22:16 | Bölmə: Xəbərlər » Ölkə içi

Ziya Məmmədovun oğlunun oteli qapalı qaldı - niyə?Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, "Garant-Holdinq”in prezidenti Anar Məmmədovun Bakıdakı 33 mərtəbəli hotelinin açılışı ləngiyir. Məlumatlara görə, Bakının Nəsimi rayonunda, Həsən Əliyev küçəsində tikilmiş mehmanxana hələ bir ay əvvəldən açılış üçün tam hazırlanıb. 

Amma bu mehmanxanaya qədər Bakıda 4-dək hotelin açılışı gerçəkləşsə də, nazir oğlunun hoteli nədənsə, yada düşməyib. Qeyd edək ki, əvvəl "Baku Towers” adlanan mehmanxana sonradan Məmmədovların amerikalı milyarder şəriki Donald Trumpun istəyi ilə "Trump Towers" olaraq dəyişib.

Yelkən formasında tikilən bina 72 apartament və 189 hotel otağından ibarətdir. Sahələri 84-dən 890 kvadrat metrədək dəyişən 70-dən çox apartamentin uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulur. Hotelin ərazisində qapalı hovuzlu SPA-kompleks, fitnes mərkəzi, biznes mərkəzi və təmtəraqlı restoran inşa olunub. 

Hotelin 189 otağından ən kiçiyinin sahəsi 60 kvadrat metrdir. Hotelin birinci mərtəbəsində konfrans zalı, nahar zalı və bar, 500 kvadrat metr sahəsi olan qəbul zalı yerləşir. Hotel Dubaydakı kimi yelkənli qayıq formasındadır. Tikilinin dizaynı mənzil qərargahı Londonda yerləşən "Mixity Design Ltd” şirkəti tərəfindən hazırlanıb. Hotelin əsas səhmdarlarından biri rəsmi olaraq Anar Məmmədovdur və tikilini onun şirkəti həyata keçirib.

"Biz dünyada lüks sinifli tikinti işlərini həyata keçirən «Trump Organization» şirkəti ilə əməkdaşlıqdan son dərəcə şadıq. Bu, bizə Bakını ziyarət edən şəxslər və şəhər sakinlərinə yeni üslub nəslini, eksklüzivlik və nüfuzu simvolizə edən dünya dərəcəli apartament və hotel təqdim etməyə imkan verir” deyə, Anar Məmmədov müsahibələrinin birində deyib. Bu hotel istifadəyə verildikdən bir il sonra "Trump Hotel Collection”a məxsus hotellər şəbəkəsinə qoşulacaq. Vaşinqton və Vankuverdə, eyni zamanda Rio de-Janerio-da bu şəbəkədən olan hotellərdə hazırda tikinti işləri tamamlanmaq üzrədir. 

Yeni tikilən hotelin iyunda istifadəyə veriləcəyi məlum idi, bu barədə rəsmi mənbələr hələ bir il əvvəl məlumat yayılmışdı. Gözlənilirdi ki, Bakıya xüsusi bir yaraşıq verən bu hotel Bakı Avropa Oyunlarınadək istifadəyə veriləcək. Çünki yarışlarda Bakıya Avropa və dünyanın bir çox ölkələrindən minlərlə adam gəlir və bir sıra mehmanxanalarda artıq boş yer belə yoxdur. Məhz bu səbəbdən də hotel mayın ortasından açılış üçün tam hazır vəziyyətə gətirilmişdi. Avropa Oyunları "Trump Towers”in həm tanınması, həm də təbii ki, qazanc əldə etməsi üçün yaxşı şans yaradırdı. Artıq oyunların startına cəmi iki sutka qalıb və hotelin məhz bu günlərdə açılışı inandırıcı deyil. Xatırladaq ki, bir neçə ay əvvəl milyarderin qızı, "The Trump Organization”in vitse-prezidenti İvanka Trump da Bakıda olub və tikinti meydançasına şəxsən baş çəkmişdi. 

Ziya Məmmədovun oğlunun şərikli hotelinin açılışının hansı səbəbdən ləngiməsi barədə müxtəlif versiyalar var. Son aylar nəqliyyat nazirinin hakimiyyətdə mövqelərinin zəifləməsi barədə məlumatlar çoxalıb. Avropa Oyunlarından sonra mümkün kadr dəyişikliyi barədə iddialarda nəqliyyat nazirinin adı ilk üçlükdə çəkilir. İqtidarın Amerika-Azərbaycan Alyansının rəhbəri olan Anar Məmmədovun fəaliyyətindən narazı olduğu da gələn xəbərlər sırasındadır. Bugünlərdə isə məlum olub ki, nazir oğlu Makedoniyanın Azərbaycandakı fəxri konsulu təyin olunub. 

A.Məmmədovun konsul təyin edilməsi ilə bağlı bu ölkənin xarici işlər naziri Nikola Poposki Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarova göndərdiyi məktubda bildirib. Nikola Poposki xahiş edib ki, Anar Məmmədova Makedoniyanın Azərbaycandakı fəxri konsulu səlahiyyətlərini yerinə yetirməsi üçün şərait yaradılsın, həmçinin konsulluq münasibətləri haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, Azərbaycan ərazisində bütün imtiyazları təqdim edilsin. Bu isə diplomatik anlamda faktiki toxunulmazlıq statusu anlamına gəlir... (Yeri gəlmişkən, Ziya Məmmədovun keçmiş şəriki, "Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun oğlu da vaxtilə Xorvatiyanın Azərbaycandakı fəxri konsulu təyin olunmuşdu). 

Lakin bu məsələ ilə bağlı ortaya ciddi bir skandal da çıxıb. Belə ki, Makedoniya Türk Hərəkat Partiyasının üzvü, millət vəkili Enes İbrahim iddia edir ki, Anar Məmmədov bu adı rüşvətlə satın alıb. Bu barədə artıq Makedoniya qəzetləri də yazırlar. 

Daha bir maraqlı fakt. Vergilər Nazirliyinin vergi borcunu ödəməyən vergi ödəyiciləri barədə yaydığı son "qara siyahı” da Anar Məmmədova məxsus "Transqeyt” MMC-nin adı da vardı. 
Nəhayət, hotelin açılışının ləngiməsi amerikalı milyarder Donald Trumpla da bağlı ola bilər. Hazırda rəsmi Vaşinqtonla Bakı arasında münasibətlər soyuqdur. Doğrudur, Trump Obamaya müxalifətdə olan Respublikaçılar Partiyasının üzvüdür və 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə namizədliyini vermək niyyətindədir. Mümkündür ki, indi rəsmi Bakı amerikalı milyarderin mütləq iştirak edəcəyi mehmanxananın açılışını məqsədəuyğun hesab etmir... 
Xəbər 2881 dəfə oxunub






Oxşar xəbərlər

Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda
ULDUZ FALINIZ - 17 iyun
Abşeronda “Tavriya” qadını vurub öldürdü
Erməni ordusunda şok: Polkovnik həbs olundu
“Forbes” Rusiya baş nazir müavininin azərbaycanlı xanımından yazdı - foto
Bir gecə üçün milyona aldanan məktəbli qız
Kristiano Ronaldo tarixə düşdü
Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır
Dünyanın ən təhlükəli 5 gəmisi: 3-ü Rusiyanındır…
Elman Rüstəmov 3 il sonra etiraf etdi
RAMAZAN AYI haqqında bilmədiklərimiz
Paşinyan İlham Əliyevlə tanış oldu
Telefonda söyüş söyən, şantaj, təhqir edənlər...
Allahşükür Paşazadə Təzəpir məscidində namaza qatılıb - FOTOLAR
Həbs olunan Marneuli İH başçısı danışıb
Şeyximiz məzhəb mehribanlığından danışıb
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür
Bakının yeni silahları Paşinyanı QORXUYA SALDI
Generallardan Ərziman Əliyevə ağır sözlər- CİNAYƏT MƏSULİYYƏTİ VAR
Millət vəkili: DÇ-də “Real”a azarkeşlik edəcəm
"Hürriyet" Dəniz Baykalın son fotosunu yaydı
Ərəstun Oruclu Hərbi prokuror Xanlar Vəliyevi XƏYANƏTdə suçladı - Təfərrüat
“Etibar bəy və Surət Hüseynov qiyamda ortaq idilər“– İttihamlar
“Ermənistan prezidentinin Qarabağa səfəri qanunsuzdur” - Əli Əhmədov
Nazirdən Ordumuzun şəxsi heyətinə TƏBRİK
Əliyevlə Ərdoğan “İttifaq dövləti” qura bilərlər - Sensasiya
Bayram günlərinə olan hava proqnozu
Kənd təsərrüfatı nazirinə hollandiyalı məsləhətçi gəldi
Yəməndə həlledici döyüş başladı
Tiflisdən Bakı və Ankaraya qarşı erməni gedişi - nonsens
Ərdoğan Putinə "S-500"-lərin birgə istehsalı təklif edib
Azərbaycanda 5 günlük Ramazan tətili başlayır
Əhalimiz pulunu bunlara xərcləyir – Siyahı
Prezidentdən yeni - Təyinatlar
Ramazanın sonuncu günüdür: dua, imsak və..
Gürcüstanda hökumət böhranı - Baş nazir istefa verdi
“Bu da cəhənnəmə - 15 iyun nə deməkdir?” – Aqil Abbas
BMT Baş Assambleyası Fələstini müdafiə edib - QƏTNAMƏ
DÇ-2018 başladı - Təqvimi
Bu gün “Son zəng”dir
Ağcabədidə tank əleyhinə minanın partladıcısı tapılıb
FED uçot dərəcəsini artırıb
Xoşqədəm Hidayətqızının şairəyə atdığı "BUMERANQ" özünə qayıtdı - ŞOK VİDEOMÜRACİƏT
Uşaq zorakılığına görə tutulan tərbiyəçi: “Çox peşmanam”
Qafqazın Şeyxi Ramazan təbriki yaydı - MƏTN
Sabiq müdafiə naziri istintaqa çağırılıb - Ermənistanda
Tramp prezident İlham Əliyevə məktubu göndərib
Dövlət borcumuz 17 MİLYARDI keçdi
İlham Əliyevdən Ramazan bayramı TƏBRİKİ
6 minə yaxın müəllim işlədiyi yeri dəyişmək istəyir
Həddini bil Xoşqədəm - Nazilə Səfərli XƏBƏRDARLIQ edir -Video
Həmsədrlər Paşinyanla görüşüb
İlham Əliyev "rus canavar"la futbol oynadı - VİDEO

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [4.18916] initstartout [4.06806] initstartin [0.00069] calstart [0.00759] calend [0.00046] topnewsend [0.00320] rsssend [0.00000] ehgend [0.00494] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10355]