Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:06 - 18.09.2019  
İlham Əliyev yeni komandasını elan edəcək - Gözlənti
Tarix: 7-06-2015, 22:22 | Bölmə: Xəbərlər » Ölkə içi

İlham Əliyev yeni komandasını elan edəcək - Gözlənti2015-ci ilin ilk 5 ayı hakimiyyət üçün çətin sınaqlarla yadda qaldı. Qərblə münasibətlərin ilin əvvəlində yenidən kəskinləşməsi fonunda iqtidar-müxalifət danışıqları yenidən gündəmə gətirildi. Neftin kəskin düşməsi, nəhayət, fevralın 21-də manatın devalvasiyasını qaçılmaz etdi. Bu isə hakimiyyətin iqtisadi siyasətini tənqid hədəfinə tuş gətirdi. 

Mart ayında Beynəlxalq Bankda başlamış araşdırmalar oliqarxların kütləvi həbslərinə yol açdı. Bunun ardınca isə Binəqədi rayonunda binanın yanması yeni həbslərlə və dövlət büdcəsi hesabına bəzədilmiş yüzlərlə binaların üzlüklərinin sökülməsi ilə nəticələndi. 

Yanğınla bağlı yaradılmış Dövlət Komissiyasının iclasında prezident İlham Əliyev hakimiyyət komandasında problemlərə toxundu, ad çəkməsə də ayrı-ayrı məmurların özbaşınalığından, dövlət əmlakının mənimsənilməsindən danışdı, ona hətta doğru olmayan məlumatlar verildiyini söylədi və sərt cəza tədbirlərinin görüləcəyini dedi. 

28 mayla bağlı bayram törənində isə sanki həmin çıxışının davamı kimi ölkədaxili məsələlərdən danışarkən hakimiyyətdə olduğu illər ərzində bəlkə də ilk dəfə idarəetmədə ciddi islahatlara ehtiyac olduğunu bildirdi. "Prezident hər şeydən xəbərdar olmaya da bilər” - deyən dövlət başçısı ictimai nəzarətin gücləndirilməsinin zəruriliyindən danışdı. Bu, yanğından keçən son bir həftədə üçüncü siqnal hesab oluna bilər və aydındır ki, cəmiyyətə yönəlik sadəcə mesaj da deyil. Sanki artıq bəzi mexanizmləri hazırlanmış dəyişikliklərin işə salınacağının anonsudur.

Son beş ayda baş verənlər mühüm və qaçılmaz bir reallığı ortaya qoydu: yeni iqtisadi, sosial və siyasi gerçəklik dəyişiklik tələb edir. Öncə komandada, idarəetmədə və bunlarla paralel olaraq cəmiyyətdə ictimai nəzarət funksiyasını yerinə yetirən media və müxalifətdə...
Avropa Oyunlarından sonra hamı mümkün böhrandan danışır. Hətta ekspertlər parlament seçkiləri ərəfəsi (oktyabr-noyabr) manatın ikinci devalvasiyasını proqnozlaşdırırlar. Neftin qiymətinin hələ uzun müddət dövlət büdcəsinə arzuedilən gəlir gətirməyəcəyi də gözləniləndir. 

Faktiki ölkə iqtisadiyyatı neftin qiymətinin tənəzzülü ilə yeni mərhələyə adlayıb. Bu mərhələdə hakimiyyət artıq əvvəlki rahatlıqla dövlət büdcəsini yönləndirə və xərcləyə bilməyəcək. İndi daha rasional iqtisadi komanda formalaşdırılmalı, qeyri-neft sektorunun inkişafını sürətləndirə biləcək islahatlar aparmalı və bu islahatlara cavabdehlik "neft iyinə bulaşmamış” kadrlara həvalə edilməlidir. 

Məlumatlara görə, dövlət başçısı iqtisadi komandasını tam yenidən formalaşdırmaq niyyətindədir və bunun üçün ən radikal addımlara, hətta könüllü getmək istəməyən iri korrupsiyaçıları həbs etdirməyə belə qərarlıdır. Belə məlumatlar var ki, Avropa Oyunları bitəndən sonra bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, bəzilərinin isə səlahiyyətlərinin məhdudlaşdırılması üzrə təkliflər paketi hazırlanır. 

Dövlət Gömrük Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin ASAN xidmətə, bir qisminin isə Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi də müzakirə edilir. Bundan başqa, Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə veriləcəyi deyilir. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla ilə iş üzrə Dövlət Komitəsinin ləğvi nəzərdə tutulur. Bu proses isə təkcə lazımsız ştatların ləğvi ilə dövlət büdcəsinə qənaət deyil, həm də illərdir kreslolarından qopmayan korrupsiyaya bulaşmış böyük bir məmur ordusunun getməsi ilə nəticələnəcək. 

Məlumatlara görə, xüsusilə iqtisadi sferada iqtidarın yeni dövrlə ayaqlaşa biləcək kadr potensialı da nəzərdən keçirilib və nəticələr ümidvericidir. Bu komanda dəyişikliyi hakimiyyətin imici üçün də çox önəmlidir. (Norveçin ölkəmizdəki sabiq səfiri Steynar Gilin "mən Bakıda səfir işləyəndə də baş nazir Artur Rəsizadə idi” deməsini xatırlamaq kifayətdir).
Yeni iqtisadi və sosial reallıq iqtidarın daxili siyasətində də daha səriştəli addımların atılmasını şərtləndirir. 2015-ci il parlament seçkiləri ilə bağlı yayılan məlumatlar bir qədər ziddiyyətlidir. Amma ən son xəbərlərin təhlili göstərir ki, daxili siyasətdə mümkün dəyişikliklər, ilk növbədə, parlamentin yeni tərkibində özünü göstərməlidir. 

Bunun üçün isə yeni parlamentdə müxalifətə yer verilməlidir. Prezident ictimai nəzarət dedikdə həm də hakimiyyətin əsas qollarından biri olan parlamentin "dirildilməsini” nəzərdə tutduğu söylənilir.

Çünki müxalifətin sıxışdırılması, tənqidçi səsin boğulması ilə cəmiyyətdə ictimai nəzarət funksiyası itib və bəzi məmurlar özünü daha rahat, daha doğrusu, məsuliyyətsiz hiss edirlər. Müxalif tənqidin qayıtması ilə cəmiyyətdə bir canlanma da meydana gəlməli, məmur ordusunu daha məsuliyyətli olmağa vadar etməlidir. İkinci bir tərəfdən, yeni reallıqlar ən vacib bir məsələni - qanun islahatlarını həyata keçirməyi tələb edir ki, bunun da yolu parlamentdən keçir. 

Məlumdur ki, oliqarx-məmurlar monopolist və ya siyasi maraqlarına toxunan qanunları parlamentdən keçməyə qoymurlar (Məsələn, tütün mafiyası ictimai yerlərdə siqaret yasağının illərdir qanun kimi qəbul edilməsinə imkan vermir). Bu səbəbdən də noyabrda formalaşacaq parlamentin tərkibində dəyişiklik olmalı və real müxalifətə də tribuna verilməlidir. Bu, iqtidarla-müxalifət arasındakı disbalansı da, gərginliyi də azalda bilər.

Dəyişikliklər sırasında ictimai nəzarəti həyata keçirən güclü medianın rolunun artırılması da var. Prezidentin mətbuatın 140 illiyi ilə bağlı sərəncamı bu siyasətin yalnız bir işarəsidir. Yaxın vaxtlarda mediaya dövlət dəstəyinin daha da artırılacağı deyilir. 

Beləliklə, hakimiyyət ciddi dəyişikliklər ərəfəsindədir və bu dəfə daha qərarlı görünür... 

Xəbər 2847 dəfə oxunub






Oxşar xəbərlər

Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli
Nazilə əri ilə şəklini paylaşdı - müzakirəyə səbəb oldu
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
101 il öncə - Bugün Bakının azad olunduğu gündür
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28599] initstartout [0.00023] initstartin [0.00076] calstart [0.01042] calend [0.00052] topnewsend [0.00502] rsssend [0.00000] ehgend [0.00521] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.26313]