Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:30 - 12.11.2019  
Abid Şərifov, xəyali “Alabala” və gerçək “EVRASCON”
Tarix: 27-05-2015, 14:08 | Bölmə: Xəbərlər » Ölkə içi

Abid Şərifov, xəyali “Alabala” və gerçək “EVRASCON”Mayın 23-də baş nazirin müavini Abid Şərifovun jurnalistlərlə çox əsəbi tərzdə ayaqüstü söhbəti oldu. Bakıda, Binəqədi rayonu ərazisində baş vermiş faciədən sonra binanın yenidən qurulmasına cəlb ediləcək şirkətin seçiminə aid sual veriləndə baş nazirin müavininin əsəbləri dözmədi və məmur etikasına yaraşmayan ifadələr işlətdi. Bəziləri hökumət rəsmisinin bu hərəkətini mətbuata patoloji nifrətinin ifadəsi kimi də dəyərləndirdi: 2000-ci ildə Bakıda baş vermiş zəlzələdən sonra vəsaitlərin səmərəli istifadə olunmamasından dolayı KİV-də barəsində "çörəyi təbii fəlakətlərdən çıxan” epitetinə görə Şərifov bərk qəzəblənmişdi və lənətlər yağdırmışdı.

Bu dəfə açıq görünürdü ki, A.Şərifov ehtiyatlanır və hər hansı şirkətin adının ictimaiyyətə açıqlanmasını istəmir. Ona görə də hansısa xəyali "Alabala” şirkətinin adını çəkdi. 75 yaşlı Şərifovun jurnalistlərlə sininə və vəzifəsinə adekvat olmayan şəkildə davranması onları sanki şoka salmışdı. Media nümayəndələrini bu aciz durumdan çıxarmaq üçün qımışaraq, "mənəm, mənim şirkətimdir, yaz” – dedi və ortanı sərinlətmək istədi.
Necə deyərlər, hər zarafatda bir çimdik zarafat var. Güman ki, bu işlərə cəlb ediləcək şirkətin Abid Şərifova bağlılığı yoxdur. Amma 22 yaşından inşaat sektorunda çalışan cənab Şərifov özəl biznesə yad adam deyil.
Artıq 20 ildir baş nazirin müavini vəzifəsini tutan Şərifov bunadək Bakı Baş Tikinti Trestində, daha sonra isə "Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətində çalışıb. Özəlləşdirmə proqramının icrası ilə onun özəl sektora transformasiyası gerçəkləşib. Amma bütün məmurlar kimi, o da biznesi yaxın ətrafının adına rəsmiləşdirib.
Nədən hər kəs deyir ki, "Azərkörpü” Abid Şərifovundur?

100 nömrəli körpütikinti dəstəsi bir vaxtlar "Azərnəqliyyatyoltikinti” trestinə daxil olub və sonradan, yəni 2001-ci ildə "Azərkörpü” Açıq Səhmdar Cəmiyyətinə çevrilən bu komanda ilə Şərifovu möhkəm bağlar birləşdirir. İşçilərinin sayı 5 mini aşan, çoxlu sayda inşaat materialları (beton, yığma dəmir beton, metal konstruksiyaları, asfalt və s.) istehsalı sahələrinə, sayı bir neçə yüz ədədlə ifadə olunan nəqliyyat vasitələri və xüsusi inşaat texnikasına malik olan şirkətin fəaliyyəti Azərbaycanla məhdudlaşmır və ölkə hüdudlarından kənarda belə (Rusiya, Qazaxıstan, Özbəkistan və s.) bir çox infrastruktur obyektlərinin inşası ilə məşğuldur. Buna görə də 2013-cü ildə şirkət adını dəyişərək, "Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON” ASC oldu.

Abid Şərifov, xəyali “Alabala” və gerçək “EVRASCON”

Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı "EVRASCON” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir. Nominal dəyərlə, bu, 56 min manata yaxın bir məbləğ edir. Lakin nəzərə alsaq ki, təkcə 2012-ci ilin nəticələrinə görə bu şirkətin aktivləri 275,5 milyon manata çatmışdı, səhmdarlara aid kapital isə 120 milyon manata çatırdı, bu səhmlərin arxasında dayanan sərmayə haqda müəyyən təsəvvür yaranır. Söhbət Şərifovlara məxsus səhmlərin təxminən 14,5 milyon manat həcmində kapitallaşmasından gedir. 

Şərifovların "EVRASCON” ASC-yə birbaşa bağlılığını onların seçici siyahıları üzrə qeydiyyat ünvanı göstəriciləri də təsdiq edir. Onların hər ikisi Bakı şəhəri, Azadlıq prospekti, ev 144, mənzil 73 ünvanında qeydiyyatdadırlar. Bu, reyestr göstəriciləri ilə eynidir.

Abid Şərifov, xəyali “Alabala” və gerçək “EVRASCON”

Qanunvericiliyə əsasən, səhmdar cəmiyyəti illik hesabatını, o sıradan 10 faiz və ondan yuxarı səhmlərə sahib olan şəxslərin adlarını KİV-də, eləcə də korporativ elektron informasiya resursu olduqda orada açıqlamalıdır. Bundan başqa, "EVRASCON” ASC Azərbaycanda siyahısı birbaşa Nazirlər Kabineti tərəfindən tərtib olunan "Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumlar”dan biridir. İşçi sayına, dövriyyəsinə və aktivlərinin həcminə görə əhəmiyyətini vurğulamaq üçün təkcə onu demək kifayətdir ki, "Gilan Holding” və "Paşa Holding” kimi iri maliyyə-sənaye qruplarının daxil ola bilmədikləri (bəlkə də daxil edilmədikləri) bu siyahıya ölkə üzrə cəmi 20 dövlət və özəl şirkət salınıb. Maraqlıdır ki, "EVRASCON” ASC bu tələblərin yerinə yetirilməsindən yayınır və cəzasız qala bilir. Görünür, şəffaflıq tələblərinə əməl etməməklə cənab Şərifov bu şirkətə bağlılığının üzə çıxmasını istəmir.
Hərçənd, "Azərkörpü” ASC-nin uzun illər bir çox dövlət sifarişlərini birbaşa və tender yolu ilə əldə etməsini həm biznes dairələri, həm də ictimaiyyət tikinti sektorunu "kurasiya” edən Abid Şərifov faktoru ilə əlaqələndirirdi. Çox da uzaq olmayan 2011-ci ildə şirkət 260,2 milyon manatlıq, 2012-ci ildə isə 302,3 milyon manatlıq iş həcmi yerinə yetirib. Həm Şərifov, həm də şirkətin özü təbii ki, himayədarlıq faktını hər zaman inkar edib.  
"EVRASCON” ASC-nin nəzarət səhm zərfi (51,2%) cəmiyyətin Müşahidə Şurasının sədri İsmayıl Əfəndi İsmiyevə məxsusdur. İsmiyevin Türkiyədə "Effendi İnternational Group” inşaat-sənaye şirkətinə, eləcə də vaxtılə "Texnomost” adını daşıyan "Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” MMC-yə sahib olduğu bildirilir. Bu şirkət həm də "EVRASCON” ASC-nin 16,89 faizinə nəzarət edir. 
Şərifovları İsmiyevlərlə və başqaları ilə daha nə birləşdirir?
2008-ci ilədək ölkənin aztanınmış kommersiya banklarından biri olan "Azərnəqliyyatbank” ASC-nin səhmdarları sırasında Şərifovlar ailəsinin bütün üzvləri, o cümlədən həyat yoldaşı, 2 övladı, kürəkəni, qudası, iki qardaşı da vardı. Bankın payçıları arasında İsmiyevlər ailəsinin üzvləri də təmsil olunurdu. Sonradan bu bank hakim ailəyə məxsus olduğu bildirilən "ADOR” və "Azenco Group” şirkətlərinin nəzarəti altına keçdi. Beləliklə, bu iki ailə, eləcə də 50-dək digər payçılar bankdakı səhmlərini satdılar və "Azərnəqliyyatbank” adını dəyişərək, "Expressbank” ASC oldu. 
Amma Şərifovların bank sektorundan tam getdiyini demək olmaz. Elçin Abid oğlu Şərifov hazırda başı qalmaqallardan açılmayan "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Abşeron filialına rəhbərlik edir.  
Ailə biznesi
Abid Şərifovun ailə üzvlərinin səhiyyə və turizm sektorlarında da təmsil olunduğuna dair bilgilər var. Belə ki, Bakıdakı "Optimed” klinikasının onun kürəkəni, Ədliyyə Naziriliyinin Penitensiar Xidmətinin 16 nömrəli cəzaçəkmə müəsisəsinin rəisi vəzifəsini daşıyan Məmməd Mahmudova məxsus olduğu bildirilir. Nərimanov rayon İcra Hakimiyyəti də bu özəl klinikanın direktorunun Təranə Abid qızı Mahmudova olduğunu açıqlayır.  

Əslən Şəkidən olan Abid Şərifovun burada müasir və dəbdəbəli, "Şəki Parkı" adlanan istirahət mərkəzinə sahib olduğu deyilir. Mərkəz bu ilin martında istifadəyə verilib. Onun açılışına isə Şərifovla bərabər bir çox rəsmi şəxslərin gəldiyi də qeyd olunur. Şərifovların Marxal meşələri ərazisində daha böyük otel kompleksi inşa etdirdiyi, tikinti işlərinin hələ tamamlanmadığı da alınan məlumatlar arasındadır.

P.S. 2012-ci ildə A.Şərifovun üçmərtəbəli villasında yanğın olmuşdu, amma Şərifovun heç tükü də tərpənməmişdi. Jurnalistin məlum sualı isə ona yaman yer edibmiş...
Xəbər 3026 dəfə oxunub






Oxşar xəbərlər

Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)
Azərbaycan müharibəyə hazırlaşır?
Səfir: “Fransa və Azərbaycanın strateji maraqları üst-üstə düşür"
Qazaxda raket tapılıb
Ümumdünya Şahmat Olimpiadası Naxçıvanda keçirilə bilər
ABŞ Paşinyana əvəz axtarır
"Alışanov üçün 100 min “semiçka puludur"" - Qulu Məhərrəmli
Əli İnsanovun müxalifətlə bir araya gəlməsinə etirazlar
Gəncə sakini kanalizasiya quyusuna yıxılıb
Müsavatın mitinq məktubuna meriyadan cavab verildi
Nəcati Şaşmazın qardaşı barədə şok İDDİA
İnam Kərimov Vaşinqtonda - KT sahəsində əməkdaşlıq
9 nəfərə "Əməkdar jurnalist” adı verildi (SƏRƏNCAM)
Xaçmazın yeni icra başçısı niyə hoteldə qalır?
Oktay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür etdi - VİDEO
Azərbaycanlı Rusiyada vəzifəyə seçilib
Həzi Aslanova yeni vəzifə verildi
Eldar Əzizov icra başçılarını yanına topladı
Müsavat Partiyasının mitinqlə bağlı müraciəti cavablandırılıb
Nardaranlı Mirseymuru öldürən Çeçenistanda gizlənir - İDDİA
Gülalıyevin həyat yoldaşı: "Oqtay komadadır"
Tacir gileyləndi: “Bacısı Fədayə ilə görüşməyimizə imkan vermir”
Vilayət Eyvazov Sumqayıtda şikayətçiləri qəbul edəcək
Avropa bankları “Visa” və “MasterCard”dan imtina edir
DİQQƏT İNAM KƏRİMOVA! Aqrar mütəxəssis hazırlığı bu naziri də maraqlandırmırsa nə etməli...?!
Gəncədə yarıtmaz baş həkimin izi və yolu hara uzanır? - Şok Detallar
Milli Şuranın üzvü olan generalla bağlı şok faktlar - İNTİM SƏS YAZISI
Sinaqoqda terror aktı planlaşdıran şəxs saxlanılıb
Prezident “Azərxalça”ya iki milyon manat ayırdı
Uzun illərdir icra başçısı postunda işləyənlər – SİYAHI
İngiltərə MN 500-dən çox zirehli transportyor alır
Teymur Rəcəbov Qran-Pri turnirinə heç-heçə ilə başlayıb
İran kanalında azərbaycanlılar təhqir olundu
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
"SOCAR" Adnan Əhmədzadəyə yeni vəzifə verdi
Bürclər 5 noyabr
APOEL – “Qarabağ” matçı ona tapşırıldı
“Fondpulu” tələb edən sinif rəhbəri cəzalandırıldı
Vilayət Eyvazov vətəndaşları incidən polis mayorunu işdən çıxardı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.27039] initstartout [0.00022] initstartin [0.00105] calstart [0.01214] calend [0.00052] topnewsend [0.00496] rsssend [0.00000] ehgend [0.01084] tagsstart [0.00095] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23966]