Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:31 - 20.09.2018  
Bahalaşmanın pik həddi yaxınlaşır?
Tarix: 4-03-2015, 19:24 | Bölmə: Xəbərlər » Ölkə içi

Ekspertlər bildirirlər ki, inzibati yolla sabitlik müvəqqətidir, martın sonlarından sürətli bahalaşma olacaq...

 



Bahalaşmanın pik həddi yaxınlaşır?Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev manat dollar qarşısında ucuzlaşandan sonra verdiyi açıqlama ilə ölkəmizdə 50-60 faiz bahalaşma olacağını birbaşa olmasa da, dolayısı ilə təsdiqləyib. Aydın Əliyev bildirib ki, əvvəl necə ölkəyə daxil olan məhsullara görə xərc tələb edirdik, yenə də elə olacaq: "Gömrük rüsumları əvvəl də ABŞ dolları ilə hesablandığından manatın devalvasiyası gömrük sisteminə təsir göstərmir. ABŞ dolları ilə hesablanan rüsum və vergilər manatın məzənnəsi ilə toplanırdı. Gömrük faizləri istər idxal-ixrac, istərsə də əlavə dəyər vergisi və aksiz dərəcələri əvvəlki kimidir”. Bu isə o deməkdir ki, ölkəyə məhsul daxil olanda tələb olunan xərc dolların manat qarşısında yeni kursu ilə alınacaq. Deməli, yaxın günlərdə Azərbaycana xaricdən gətirilən bütün mal və məhsulları ən azı 50 faiz bahalaşma gözləyir.
 
Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Analitik.az-a bildirib ki, ödənilən xərclərin dolların məzənnəsinə uyğun olaraq manatla ödənilməsindən başqa gömrük sistemində və idxalda ən böyük problemdən biri inhisarçılıqdır: "İnhisar mövqeyindən çıxış edərək sahibkarlardan alınan əlavə ödənişlərdir. Məndə olan məlumata görə, hətta tələb olunan qeyri-rəsmi ödənişlər belə bu günkü məzənnənin kursuna indeksasiya edilib. Bu isə o deməkdir ki, ölkəyə məhsul gətirən sahibkarların gömrükdən başlayaraq xərcləri artıb. Sahibkarın xərci məhsulu aldığı mənbədən başlayır. Çünki alqı-satqı dollarla həyata keçirilir. Dollarla həyata keçildiyi üçün də sahibkar məhsul almaq üçün bazardan dolları baha alıb ödəyir. Digər tərəfdən isə gömrükdə tələb olunan qeyri-rəsmi ödənişlər də məhsulun üzərinə gəlir. Belə olduğu şəraitdə sahibkardan qiyməti artırma, deyə tələb etmək doğru deyil”. Ekspert bildirib ki, hazırda ən çox müzakirə olunan mövzulardan biri süni qiymət artımı söhbətidir: "Hazırda ölkədə daxili tələbatın azalması səbəbindən onsuz da şirkətlər öz mənfəətlərini aşağı salıblar. Salmağa da məcburdurlar. Belə olduğu təqdirdə mümkün deyil ki, süni qiymət artımı baş versin. Digər tərəfdən, bir çox şirkətlər var ki, öz məhsullarının maya dəyərini yenidən qiymətləndirirlər. Bu zaman ortaya çıxır ki, onların məhsullarında indiki şərtlər daxilində 50 faizə yaxın qiymət artımı baş verməlidir. Sahibkar məhsulun qiymətini artırandan sonra baxır ki, məhsulun qiyməti elə bir həddə çatır ki, azərbaycanlı istehlakçı bu məhsulu ala bilməyəcək. Nəticədə yenə də ziyan şirkətə dəyəcək. Məhz bu səbəbdən ehtiyac var ki, ən azı 30 faiz qiymət təbii şəkildə artırılsın, amma şirkət məcbur olub 15 faiz qiymət artırır. Qiyməti daha az artırmaqla zərərlərini nisbətən azaltmağa və bazardakı mövqeyini qoruyub saxlamağa çalışır”.

Ekspertin fikrincə, bu gün qiymət bahalaşmasına görə sahibkarların cəzalandırılması əslində düzgün deyil: "Belə davam edərsə, nəticədə ölkədə aktiv biznes səviyyəsi aşağı düşəcək. Bu isə bir müddətdən sonra ölkədə qıtlıq prosesinin başlayacağına işarədir: "Qıtlıq prosesi başlayan anda süni qiymət artımı ortaya çıxacaq. Bunu nəzərə almaq lazımdır. Bu günkü şəraitdə süni qiymət artımından söhbət gedə bilməz. Hazırda sahibkarları zərərlə işləməyə məcbur edirlər. Belə bir şəraitdə bu sahibkarlar öz fəaliyyətlərini ya dayandıracaqlar, ya da müflis olmaq dərəcəsinə gəlib çatacaqlar. Bir çox biznes qurumları iflasa uğrayacaq, bir hissəsi fəaliyyətlərini daraldacaq. Nəticədə ölkə daxilində ciddi qıtlıq yaranacaq. Əgər əvvəl yerli istehsal olunan məhsulların qiymətinin niyə artması sualı meydana çıxırdısa, belə olan şəraitdə isə bu məhsulların qiyməti süni şəkildə artacaq. O cümlədən də xaricdən gələn məhsulların qiymətində artım müşahidə ediləcək. Müşahidələr göstərir ki, bu günkü gediş cəmiyyətimizi buna doğru aparır. Düşünürəm ki, hazırda hökumət baş verən böhranı düzgün idarə etmir. Məhz bu səbəbdən qaynaqlanaraq istehlak bazarında ciddi problemlər yaranacaq”. 

Ekspert Samir Əliyev Musavat.com-a açıqlamasında bildirib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da devalvasiyadan sonrta qiymətlərin qalxması gözlənilirdi: "Bu, devalvasiyanın ilk günləri özünü daha qabarıq şəkildə büruzə verdi. Manat təxminən 34 faizə yaxın ucuzlaşdığı halda, qiymətlərin bahalanma səviyyəsi çox fərqli oldu. Haradasa 15-20 faizdən 50 faizə qədər bahalanma qeydə alındı. Bu, bazarın manatın ucuzlaşmasına olan ilkin reaksiyası idi. Sonradan təbii ki, hökumət qiymətlərin üzərinə düşdü. Nəzarəti gücləndirdi və nəzarət hesabına qiymət artımının qarşısı alındı. Amma bu qarşısı alınma daha çox inzibati xarakter daşıdı. Bir qayda olaraq müvəqqəti xarakter daşıyır. Çünki qiymətlər əgər bazar tərəfindən tənzimlənmirsə, əvvəl-axır artmalıdır. Bizdə də hökumət inzibati yollarla qiymət artımının qarşısını aldı. Əslində bu gün güclü nəzarət var. Mənim fikrimcə, qiymətin belə saxlanılması çıxış yolu deyil. Bu, qısamüddətli təsirdir. Amma uzunmüddətli dövrdə qiymətlərin tədricən artmasının müşahidə olacağını proqnozlaşdırardım”. 

Ekspert qiymətlərin mart ayının sonlarından daha da bahalaşacağını proqnozlaşdırdığını vurğulayıb: "Fikrimcə, qiymətlər ən yaxşı halda, inzibati yolla mart ayının sonuna qədər bu cür davam edəcək. Yəni Novruz bayramı bitənə qədər qiymətlərin sabit qalması təmin olunacaq. Gözləyirəm ki, bayramdan sonra artıq qiymətlərin bütün sahələrdə qalxmasını biz müşahidə edək. Burada bəzi kənd təsərrüfatı məhsulları istisna ola bilər. Bəzi məhsulların qiymətində mövsümi olaraq ucuzlaşma olur. Amma ümumən götürəndə, bizdə qeyri-ərzaq malları, geyim, ayaqqabı, digər mallar əsasən xaricdən gətirilir. Bu da avtomatik olaraq qiymətin qalxması deməkdir. Bizim ərzağa görə idxaldan asılılığımız 20 faizdən çoxdur. Elə məhsullar var ki, idxaldan asılılıq 60 faizdir. Hətta ölkədə şəkəri özümüz istehsal edirik, amma onun xammalı xaricdən gəlir. Daxili məhsulların da xammalı xaricdən gətirilir. Bütün məhsullarımız idxaldan bu və ya digər dərəcədə asılıdır. Ona görə qiymətlərin indiki sabitliyini müvəqqəti hesab edirəm. Bayramdan sonra bütün sahələrdə artım olacaq. O cümlədən qeyri- ərzaq məhsullarının qiymətinin artması gözlənilir”. 

Röya Rəfiyeva
Xəbər 2420 dəfə oxunub






Oxşar xəbərlər

BU GÜN AŞURADIR - ZİYARƏTGAHLARDA CANLANMA VAR
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama
İnam Kərimov Gəncədə - ADAU-da yeni dərs ilinin açılışında olub
Azərbaycana payız fəsli nə zaman gələcək?
18 yaşlı tələbə qız ölkə gözəli oldu - FOTO
Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə - VİDEO - FOTOLAR
Fövqəlnazirin yeznəsi DGK-da işdən çıxarıldı
Ağstafada ŞOK olay - iki maskalı avtomatdan atəş açdı və...
Türkiyədə “Resmi Gazete” bağlanıb
16 yaşlı gənc su quyusuna düşüb öldü
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16208] initstartout [0.00014] initstartin [0.00077] calstart [0.00853] calend [0.00069] topnewsend [0.00758] rsssend [0.00000] ehgend [0.03820] tagsstart [0.00075] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10538]