Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:04 - 30.01.2020  
Bakıda fövqəladə yanğın - “EuroHome” niyə kül oldu...
Tarix: 11-12-2019, 09:02 | Bölmə: Xəbərlər » Ölkə içi

Xırdalan dairəsi yaxınlığındakı tikinti materialları mərkəzində yanğın şəhərin bir hissəsində həyatı durdurdu, onlarla ticarətçiyə ciddi maddi ziyan dəydi...

Bakıda fövqəladə yanğın - “EuroHome” niyə kül oldu...Dekabrın 10-da Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Şiddətli yanğın nəticəsində bazar, demək olar ki, külə döndü, onlarla sahibkara zərər dəyib.

"Yeni Müsavat”ın əməkdaşı hadisə yerində olub, bir çox məlumatlar əldə edib.

Səhər saatlarında başlayan yanğın qısa müddət sonra bazarın bütün mağazalarını bürüyüb. Bazarda əsasən tikinti materialları satıldığı üçün yanğın sahəsinin genişlənməsi çox az zaman çəkib. Sahibkarların sözlərinə görə, hadisə yerinə dərhal gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yaxınlıqda su tapmaqda çətinlik çəkiblər. Daha sonra isə problem öz həllini tapıb. Ərazidə jurnalistlərə açıqlama verən Fövqəladə Hallar nazirinin birinci müavini Etibar Mirzəyev də bu faktı təsdiqlədi. O, aşağıdakıları söylədi: "İlkin vaxtlarda su çatışmazlığı vardı. Bunun qarşısını almaq üçün 3 helikopter, 1 təyyarə havaya qaldırdıq. Bu mərhələdə 150 tona yaxın su yanğın ərazisinə tökülüb. Hadisə yerinə 40-dan artıq yanğın texnikası, 250-dən artıq canlı qüvvə cəlb olunub, yanğının sahəsi 21 min kv metrdir. Yanğının səbəbləri hal-hazırda araşdırılır. Cənab nazir Kəmaləddin Heydərov prosesə şəxsən rəhbərlik edir”.

Nazirliyin yanğından sonra verdiyi açıqlamada isə bildirilib ki, ilkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.

Yanğının söndürülməsinə kömək məqsədilə dəmir yolunun iki yanğınsöndürmə qatarı da hadisə yerinə yollanıb. Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib.

Bildirilib ki, yanğının söndürülməsində su çatışmazlığı yarandığı zaman yanğınsöndürmə qatarındakı su ilə dolu çən vaqonlarındakı sudan istifadə olunub.

Orada olduğumuz zaman Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının ciddi səylə, peşəkarlıqla çalışdıqlarının şahidi olduq. Lakin bütün cəhdlərə rəğmən bazarın tez alışan materiallarla əhatələnmiş hissəsi qısa zamanda külə döndü. Geriyə qalan yalnız yanmayan dəmir konstruksiyalar oldu...

Bəs bazar necə yandı?

Bu sualın cavabı, hələ ki, rəsmi qaydada verilməyib. Bildirilir ki, araşdırma aparılır və yalnız bundan sonra fikir bildiriləcək. Lakin şahidlərin sözlərinə görə, bazarda yanğın səhər 05 radələrində başlayıb. Şahidlər söylədilər ki, ilk olaraq bazarın avtomobil yoluna yaxın olan hissəsində "Ekologiya postu” ilə üzbəüz olan mağazalarının birində kiçik yanğın başlayıb. Daha sonra isə bu yanğın bütün bazarı bürüyüb. Bazarda, yuxarıda da qeyd etdiyimiz kimi, tikinti materialları satılırdı. Ona görə də yanğının yayılmasının qarşısını almaq çətin olub. Hadisənin qısaqapanmadan olması ehtimal edilir. Lakin sahibkarlar bildirdilər ki, gecə saatlarında mağazalarında elektrik şəbəkəsinə qoşulu olan heç bir cihaz saxlamayıblar. Sahibkarlar bildirdilər ki, əksəriyyətinin sığortası olmayıb. Onların sözlərinə görə, ən az malı olana 20 min manatdan yuxarı məbləğdə zərər dəyib. Yanğından sonra sahibkarlar yığışıb, sakit halda yanan bazarın küllərinə tamaşa edirdilər. Səbuhi adlı sahibkar söylədi ki, səhər saat 9-a işləmiş xəbər tutub ki, kafel-metlax satılan dükanlardan biri yanır. Yanğın da məhz oradan başlayıb: "Bizim həm mağazadakı, həm də anbardakı malımız yanıb. Anbar da elə bazarın içərisində idi. Ona görə kimsənin malı çıxmayıb. Bazarda heç bir yanğın təhlükəsizliyi qaydasına əməl olunmamışdı. Yaxınlıqda nə su anbarı vardı, nə də mağazalarda yanğına qarşı hər hansı bir cihaz yox idi. Ona görə də qısa müddət ərzində bazar külə döndü. Bizi içəri buraxmasalar da bilirik ki, içəridə salamat malımız qalmayıb. Ona görə də heç içəri keçməyə cəhd də etmirik. Sığortamız da olmadığı üçün bilirik ki, hansısa yardım da alası deyilik. Çox çətin durumdayıq. Bu dəqiqə burada hər kəs dərdini yaşayır. Müvafiq qurumların əməkdaşları cavab versinlər ki, bazar niyə yandı”.

Hadisə yerinə təcili tibbi yardım maşınları da cəlb olunmuşdu. Ərazidə özünü pis hiss edən sahibkarlara yerindəcə tibbi yardım göstərilirdi. Hadisə yerində 6 nəfərə yerində yardım göstərilib. 2 nəfər isə  tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna aparılıb.

Ərazidə polis əməkdaşları da xidmət göstərib, asayişin qorunmasına, avtomobillərin hərəkətinə nəzarət edirdilər. Onu da bildirək ki, yanğın baş verən ilk saatlarda yaxınlıqdan keçən avtomobil yolunda hərəkət məhdudlaşdırıldı. Yanğının qarşısı alındıqdan sonra isə avtomobil yolunun bir hissəsi açıldı. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov hadisə yerinə gəlib. R.Zeynalov bildirib ki, ərazinin qarşısından keçən yolda hərəkətin tənzimlənməsi üçün şəxsi heyət cəlb olunub:

"Nə mümkündür əlimizdən gələni edirik. Xoşagəlməz bir haldır. Kiminsə diqqətsizliyi üzündən bu cür hadisə baş verib. Həm özlərinə, həm də ölkəyə iqtisadi ziyan dəyib”,-deyə general-mayor bildirib.

Yada salaq ki, bu il "Diqlas” ticarət mərkəzində, taxta bazarında, "X-lady” mağazasında, "Ağ çiçəyim” gül mağazasında şiddətli yanğın olub. Hadisələrin hamısının ehtiyatsızlıqdan baş verdiyi bildirilib. "Diqlas” ticarət mərkəzində zərərçəkən sahibkarlara dövlət tərəfindən maddi yardım edilib. Hazırda ticarət mərkəzi tamamilə sökülüb, yeri isə boş qalıb.

"EuroHome”da zərər çəkən sahibkarlardan bəziləri güman edirlər ki, onlara dövlət tərəfindən hər hansı bir yardım ediləcək. Sahibkarların sözlərinə görə, onlara "Diqlas”da malı yanan ticarətçilərdən daha çox zərər dəyib. Sahibkarlar komissiyanın yaradılmasını, onlara dəyən zərərin doğru-dürüst hesablanmasını da tələb edirdilər.

Bildirək ki, "EuroHome”da əsasən tikinti materialları satılırdı. Orada topdansatış qiymətinə mallar verildiyi üçün sahibkarların çoxu nisyə mal da verirdilər. Sahibkarlar söylədilər ki, nisyə dəftərləri də yandığı üçün borclarını necə yığacaqlarını bilmirlər...

"Eurohome”un rəhbəri iş adamı Azay Möhnətovdur. A.Möhnətov həmçinin AF Holdinq Şirkətlər Qrupunun prezidentidir. "Uğur-97" şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür. ”AF Hotel & Aqua Park"ın sahibidir.

Bakıda fövqəladə yanğın - “EuroHome” niyə kül oldu...

 


Xəbər 1403 dəfə oxunub






Oxşar xəbərlər

Gəncədə rütbə itirən "polkovnik" Qılıncbəylidə ferma uçurur - VİDEOŞİKAYƏT
Pensiyaçılara şad xəbər - 14 % artım...
Zeynəb Xanlarovanın konsertinə bilet alan yoxdur
Türkiyədə azərbaycanlını döyüb öldürdülər
Əli Əhmədov müxalifəti İTTİHAM ETDİ: “Az qala...”
Əliyar Ağayev Super Liqa matçına təyinat aldı
Bakıda - Nənə nəvələrini və özünü öldürdü
“Qarşıdakı bir ildə Qarabağ problemini həll etməyə çalışacağıq” - Çavuşoğlu
Nərminin nənəsindən gözlənilməz etiraf: "Qızım və kürəkənimdə də günah var"
Paşinyanın sirli xəstəliyi - İrəvan Qarabağla və odla oynayır
Daşkəsənin Zəylik kəndində bələdiyyə seçkiləri ZAY KEÇİB - ŞOK ŞİKAYƏT
Zəlzələ Yunanıstanı da silkələdi
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
278 nəfər deputatlığa namizədliyini geri götürdü
Yol polisi sürücüləri belə tələyə salır - VİDEO
“O NAMİZƏDLƏRİN ÜSTÜNDƏN XƏTT ÇƏKİLƏCƏK” - MSK
Azərbaycanda yüksək maaşlar olan sahələr açıqlanıb – SİYAHI
SOCAR-ın 2023-cü ilədək ümumi kapital qoyuluşu 14 mlrd. manat olacaq - “Fitch”
Türk baş konsulu erməni terrorçu belə qətlə yetirib – 47 il…
Əhaliyə 60 faizlə pul verən kredit təşkilatı haqqında ŞOK İDDİA
“Əli Həsənovun himayəçiliyi altında 10 il deputat olan..."
Ədəbiyyat müəlliməsi 7200 manatı maklerə verib jurnalisti niyə şərləyir? MÜƏMMALI İTTİHAM
Ərdoğan Merkelə maraqlı hədiyyələr verib- FOTO
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
İranla ticarətə davam edən ölkələrə sanksiya gəlir
Soros yeni inqilaba hazırlaşır 1 milyardlıq ŞOK PLAN
"İlkinin vəziyyəti yaxşı deyil, onu "toka" verib, dözülməz işgəncələr ediblər" Vəkildən VİDEOAÇIQLAMA
Şok fakt! Əli Həsənovun “WikiLeaks” yazışmaları da üzə çıxdı
Renka: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi"
Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI
35 saylı DSK sədri istefa verdi
Qu quşu Əməkdar artistin əlini dişlədi
Azərbaycanda qadın üç dəfə zorla ərə verilib
Hafiz Hacıyev YAP-çı opponentini NİYƏ və necə təhqir edir? - VİDEO
Goranboyun Meşəli kəndində direktor Fəxrəddin Musayevin "AİLƏ MƏKTƏBİ" - FAKTLAR
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı
Ermənilərdən növbəti Qarabağ təxribatı - Şuşa qalası erməniləşdirilir...
Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR
Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI
İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.30894] initstartout [0.00019] initstartin [0.00068] calstart [0.00949] calend [0.00051] topnewsend [0.00410] rsssend [0.00000] ehgend [0.02496] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26832]