“Gültəkin Hacıbəyli bir nəfərin ağzına baxır…”

  • 09 dek 2019, 22:26
"Gültəkin Hacıbəyli iki dəfə mandat alıb. Elə düşünür ki, Azərbaycanda hamı onun kimi mandat alıb, heç bir iş görməyə bilər. Yəni öz təcrübəsinə əsaslanaraq bunu deyir. Onu da qınamıram. Çünki həyatda başqa heç nə görməyib. Onun kimi nüfuzu, ciddi siyasi keçmişi olmayan bir insan parlamentə düşübsə, düşünür ki, hamı belə bir addım ata bilər”.

Bunu ReAl Partiyasının icra katibi Natiq Cəfərli deyib.

N.Cəfərli qeyd edib ki, ReAl partiyası səs toplayıb, parlamentdə yer qazanmaq istəyir: "Biz mandat almaq yox, qazanmaq istəyirik. Gültəkin xanım bu kateqoriyalarla düşünə bilmir. Çünki həyat təcrübəsi ona mandat qazanmaq haqqında düşünməyə imkan vermir”.
ReAl partiyasının nüfuzssuz, İlqar Məmmədovdan ibarət partiya olması ilə bağlı iddialara gəlincə, N.Cəfərli deyib ki, bu məsələdə Gültəkin Hacıbəyli həyatının son təcrübələrinə əsasən çıxış edir: "Bu gün təmsil olunduğu siyasi qurum bir nəfərdən ibarətdir. Gültəkin Hacıbəyli də o bir nəfərin ağzına baxır. Ona görə son dövrlərin şəxsi təcrübəsindən çıxış edir. ReAl həmişə kollektiv kimliyi ilə tanınıb. Bu gün də bu belədir, sabah da belə olacaq. ReAl partiyasının sədri, hətta həbsdə olan vaxtı təkliflər göndərib və onlar İdarə Heyətindən keçməyib. Gültəkin xanım barmağını qatlayıb, bircə fakt sadalaya bilməz ki, onun təmsil olunduğu Milli Şurada belə hal olub. Əslində Milli Şura yoxdur, AXCP var. Bu partiyanın liderinin hər hansı bir təklifinin keçmədiyi halı Gültəkin xanım söyləyə bilməz. Xatırlayıram ki, İlqar Məmmədovun 11 təklifi İdarə Heyətindən keçməyib. Bu gün də partiyada kollektiv qərar verilir. Bir sözlə, Gültəkin Hacıbəylinin açıqladığı fikirləri öz həyat təcrübəsinin güzgüdə əksi kimi təsəvvür etmək mümkündür”. azvision.az
Oxşar xəbərlər