Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:01 - 13.11.2018  
Abutalıbovun kadrı sürücüsünün adına 5 milyonluq mülk alıb
Tarix: 28-02-2015, 19:31 | Bölmə: Xəbərlər » Ölkə içi

Abutalıbovun kadrı sürücüsünün adına 5 milyonluq mülk alıbMəmurların sərvətləri ilə bağlı araşdırmalar başlayıb; Hacıbala Abutalıbovun kadrı Qüdrət Şükürovun "Alov qüllələri” kompleksində sürücüsünün adına ev alması aranı qatıb; "Bakılift-təmir” İB-də total yoxlamalar başlayıb; neftin və manatın ucuzlaşması hakimiyyəti oğurlanmış büdcə pullarını geri qaytarılması istiqamətində ciddi addımlar atmağa vadar edir

Neftin və manatın ucuzlaşması hakimiyyəti korrupsiyaya xüsusi diqqət ayırmağa, oğurlanmış büdcə pullarının geri qaytarılması istiqamətində daha sərt tədbirlər görməyə vadar edir. Bildirilir ki, qeyri-rəsmi olaraq məmurların var-dövləti, daşınmaz əmlakları ilə bağlı məlumatların toplanması və müvafiq yoxlamalar aparılması barədə ən yüksək səviyyədə tapşırıq verilib.


Aldığımız məlumata görə, belə bir yoxlama zamanı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki "Bakılift-təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovla bağlı heyrətamiz məlumatlar ortaya çıxıb. Məlum olub ki, baş direktorun özünün yox, sürücüsünün "adına” nə az-nə çox, düz 5 milyon manatlıq əmlak var! Özü də Bakının mərkəzindəki "Alov qüllələri” kompleksində! İzahat üçün dərhal deyək ki, həm "Alov qüllələri” kompleksində, həm də "Hilton” hotelində şəxsi mənzil üslubunda da yaşayış sahələri var və onlar yüksək qiymətlərə satılır.

Müdirindən maksimum 1000 manat məvacib alan sürücünün adına olan həmin əmlakın əsl sahibinin kimliyi haqda uzun-uzadı araşdırma aparmağa gərək olmayıb. Qüdrət Şükürovun iqtidardakı adamlarının əlaqələrini işə salması da nəticə verməyib. Ona yoxlamanın "yuxarıdan” və heç kimə fərq qoyulmadan aparmaq göstərişinin verildiyini deyiblər.

Qaynağımızın məlumatına görə, hazırda "Bakılift-təmir” İstehsalat Birliyində Vergilər Nazirliyi və Hesablama Palatası yoxlamalara başlayıb. İndi məlum olur ki, bir neçə gün əvvəl Vergilər Nazirliyinin vergidən yayınan bəzi dövlət idarələrinin adlarını açıqlaması təsadüfi deyilmiş. Yayılan rəsmi məlumatda paytaxtın Xətai, Yasamal, Nəsimi, Suraxanı, Sabunçu və Səbayel rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Abşeron rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyi, Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsi və Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin vergi borcunu ödəmədiyi qeyd olunurdu. Xüsusi olaraq borclu vergi ödəyiciləri sırasında Qaradağ rayon kanalizasiya İdarəsi və "Bakılift-təmir”ə tabe olan "Baklift-1", ”Bakılift-2" ixtisaslaşdırılmış istehsalat idarələrinin adları qeyd olunurdu. Maraqlıdır ki, adları çəkilən bütün idarələr Bakı meri Hacıbala Abutalıbova tabedir. Vergilər Nazirliyinin məlumatında dövlət qurumlarının vergi borclarının miqdarı haqda qeyd yox idi. Aldığımız məlumata görə, yoxlamalar zamanı "Bakılift-təmir” İstehsalat Birliyinin 8 milyon manatdan artıq  vergi borcunun olduğu üzə çıxıb. Maraqlı rəqəmdir deyilmi? 


Belə bir vəziyyətdə baş direktorun sürücüsünün adına 5 milyon manatlıq mənzil alınması böyük qalmaqal yaradıb. Büdcə pullarının yeyintisinin hansı səviyyədə olması aranı qatıb. Məsələnin ölkə rəhbərliyinin diqqətində olduğu barədə də artıq məlumatlar var. 
Araşdırmalarımız zamanı öyrəndik ki, Q.Şükürov hazırda tutduğu vəzifəyə 2012-ci ilin yanvarında Bakı meri Hacıbala Abutalıbovun əmri ilə təyin edilib. Ona qədər ilk baxışdan əhəmiyyətsiz görünən bu postu Vaqif Xəlilov tutub. H.Abutalıbovun kadr seçiminin "özəlliyi” haqda məlumatı olanlar bilir ki, Bakı meri ən əhəmiyyətsiz posta belə təyinat zamanı əmrləri imzalamaqdan yayınır. Namizədin kimliyini müxtəlif yollarla araşdırır. Bu baxımdan Q.Şükürovun da təsadüfən baş direktor vəzifəsinə təyinat almasını söyləmək olmaz. Onu da demək olmaz ki, Q.Şükürov hansısa addımı Bakı merinin xəbəri olmadan atıb. Ola bilər ki, o, özünə əmlak alanda H.Abutalıbovla məsləhətləşməyib, amma indi Bakı meri də əməllicə cəncələ düşüb...


Q.Şükürovun bu təyinata qədər hansı vəzifəni tutduğu haqda məlumat yoxdur. Bilinən odur ki, 2010-cu ilin aprelində ona məxsus olan "Range Rover” markalı maşından şüşəni sındırmaq yolu ilə 100 min ABŞ dolları və 60 min manat oğurlanıb. Sonradan polis oğruları tutub. Onun deputatlardan biri ilə qohumluq əlaqələrinin olduğu da bildirilir. 


Qeyd edək ki, 2008-2009-cu illərdə Bakıdakı liftlərdə bir-birinin ardınca baş verən bədbəxt hadisələr hökuməti bu sahəyə diqqət ayırmağa məcbur etdi. 2009-cu ilin dekabrında Bakının Xətai rayonu ərazisində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı faciəvi şəkildə dünyasını dəyişdi. 51 yaşlı polkovnik-leytenant Məhərrəm İzzətov lift şaxtasına düşərək həyatını itirmişdi. Hadisə rayonun Mehmandarov küçəsində yerləşən 16 mərtəbəli binada baş vermişdi. Həmin binada yaşayan M.İzzətov binanın 13-cü mərtəbəsində liftin açıq şaxtasından aşağı düşmüşdü. Həmin ilin oktyabrında isə Suraxanı rayonu, Hövsan qəsəbəsində 13 yaşlı Orxan Rüstəmov liftin şaxtasına düşərək faciəvi şəkildə həlak olmuşdu. Bir-birinin ardınca baş verən faciəvi hadisələrdən sonra dövlət başçısı liftlərin təmirinə 10 milyon manat vəsait ayrılmasına sərəncam verdi. Və sonrakı illərdə də hər il büdcədən liftlərin təmirinə milyonlarla manat vəsait ayrılır. Bu vəsaitin təyinatı üzrə xərclənmədiyini söyləmək üçün hansısa xüsusi yoxlama aparmağa da ehtiyac yoxdur. Sovetdən qalma binalardakı liftlərə daxil olmaq kifayətdir...

Mövzuya qayıdacağıq...

E.HÜSEYNOV
Demokratik.Az
Xəbər 2403 dəfə oxunub






Oxşar xəbərlər

Qarabağ əlili banka borcuna görə böyrəyini satmaq istəyir - PREZİDENTƏ ŞİKAYƏT
İstanbulda əməliyyat: 29 nəfər saxlanıldı
Prezident İlham Əliyev Belarusa səfər edəcək
Nazim Süleymanov: "Dözə bilmədiyim üçün.."
Serj Sərkisyan sabiq naziri qabağa verdi
Nazir özünə 4 müşavir və 213 işçi axtarır (SİYAHI)
Elnarə Xəlilova: “İndi Damlalar, Şəbnəmlər dəbdədir...”
Məşhur aktyorun evi külə döndü
Cehun Bayramova MÜRACİƏTLƏR Cəlilabad TŞ-də aranı qarışdırdı - direktorlar toplandı - ÖZƏL
Qənirə Paşayeva məruzə ilə çıxış edib - İstanbulda
Avtobus yük maşını ilə toqquşdu - 35 yaralı
"Sportinq" klubunun sabiq prezidenti həbs olunub
“Veteks-2017” MMC yoxlanılır – Beyləqanda
I Dünya müharibəsi – 100
“Milan” Çindən hücumçu gətirir
NONSENS - Ay səthində zavod tikilə bilər
Yaşar İsakovun DTX-dakı vəzifəsi dəqiqləşdi
Bakı sakini binanın girişində güllələnib
Həbsdə olan Fədayə Laçın xəstədirmi? - İDDİA
Azərbaycanlı iş adamının villasında meyit tapıldı
“AG Bank” hesabatını gizlədir – FOTO
Əli Həsənov Ərəb mediasında Azərbaycanla bağlı önəmli mesajlar verdi
Bu Universitet “Makers’ Day 2018”-ə dəvət edir
Kimlər öldürülməli idi? - Qaşıqçı sui-qəsdinin ŞOK DETALLARI
Makrondan dollarla bağlı çağırış - "hücum olanda"
Qoroskop - 12 noyabr
Düşmən atəşkəsi yenə pozdu
Norveç Bakı səfirliyini niyə bağlayır? - PA
Bugün Bakıda və Abşeronda yağış yağacaq
Abşeronda 23 yaşlı qadın dərmandan zəhərlənərək ölüb
Ermənistanın sabiq müdafiə naziri Bakıya iki dəfə zəng edib
Ceyhun Bayramov idarə rəisini işdən çıxardı – Təyinat
Azərbaycanda Konstitusiya Günüdür
TÜRKMƏN NAĞILININ SONU – Neft ölkələrinin ortaq bəlası…
Mətbuat Camal Xaşuqcinin son sözlərini dərc edib
Fazil Məmmədovun “topdağıtmaz” biznes İMPERİYASI
Mingəçevirdə velosipedçini maşın vurub
Ərdoğan Rusiyaya gedir - Putinlə görüşəcək
Azərbaycanın “Rus NATO-su”na yolu açıldı
Düşmənə seçki sürprizi, Astana fiaskosu, Bakının gizli “əli”
Samirənin yeni seksual - Fotoları
OPEK üzərində “qara buludlar” - bizi nə gözləyir?
“Vaqif Diplomat”ın adamları qeyri-leqal pulları necə “əridirlər”...
Braziliyada torpaq sürüşməsi - 10 nəfər ölüb
Zakir Həsənov Türkiyəyə başsağlığı göndərib
Zamirə Hacıyeva London küçələrində: “Məni tək buraxın” –VİDEO, FOTO
Bakıda jurnalist saxlanılıb
SAZ, SÖZ BİR DƏ QILINC - Mərhum baş redaktorun hikməti ilə... /XATIRLATMA/
GÖMRÜKDƏ RÜŞVƏTİ BELƏ YIĞIRLAR – “50 manat bas rəisin cibinə / VİDEO
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana qədər uzadılacaq
Mədət Quliyev veloyürüşdə iştirak etdi - FOTOLAR
Saxta pulla alış-veriş edənlər saxlanılıblar
FED-in qərarı ABŞ-ın dövlət istiqrazlarını ucuzlaşdırıb
Amaliya Pənahova ilə vida mərasimi keçirilib - Fotolar
"Yeni Müsavat" qəzeti ilə 29 ilin bitməyən hekayəsi - videomüsahibə
100 YAŞLI BAYRAĞIMIZ - ƏBƏDİ DALĞALANSIN!
Bürcünüz – 9 noyabr
DTX-ya yeni təyinat - Yaşar İsakova vəzifə verildi
Məmurların general və polkovnik övladları - MÜXTƏLİF VƏZİFƏLƏR
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
Xalq artisti Amaliya Pənahovanı İTİRDİK
Gürcüstanda Azərbaycana məxsus avtomobil yanıb
Əfqanıstanda 16 silahlı məhv edilib
"Ömrümü metropolitenə sərf etməyim boş imiş" - Tağı Əhmədov təəssüfləndi
Səhiyyə sahəsinə 1,8 milyon manat ayrıldı
Orqanizmi şəkəri az həzm edənlər daha sağlamdır
İngiltərədə zaminə buraxılan Zamirəni nə gözləyir?
Misir məhkəməsi İŞİD-in 40 üzvü barədə hökm çıxarıb
HEYDƏR ƏLİYEVİ ilk işə alan DTK polkovnikinə yubiley keçirilsin! - Vətəndaş təklifi / ÖZƏL
Alışanovun "ELMİ İŞİNİN" ŞOK PAXIRLARI - DETALLAR

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.29437] initstartout [0.00016] initstartin [0.00089] calstart [0.02413] calend [0.00067] topnewsend [0.00481] rsssend [0.00000] ehgend [0.05364] tagsstart [0.00077] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.20925]