Ata Abdullayev Əli Həsənova ittihamlar yağdırdı - "Ola bilər səviyyəsizəm, amma cavab verin!""

  • 02 dek 2019, 23:39

Qalmaqallı Blogger Ata Abdullayev öz Facebook profilində canlı yayım edərək prezidentin sabiq köməkçisi Əli Həsənovu sərt tənqid edib və tanınmış məmura qarşı kəskin iradlarını bildirib. Əli Həsənovdan özünə və ölkənin media mühitinə qarşı basqılı hərəkətlərinə təcili haqq-hesab tələb edib.

Blogger paylaşdığı videomüraciətində Ermənistanın baş naziri Paşinyanın qarşısında pis durumda qaldığını etiraf edərək, olaydan sonra Əli Həsənov tərəfindən məqsədli şəkildə təhqirə məruz qaldığını iddia edib. 

Özünün yetim və kasıb olduğunu, ermənilərin qabağına öz təşəbbüsü ilə çıxdığını deyərək Əli Həsənovdan sahib olduğu var-dövləti necə topladığını izah etməyi, varlanmağın yollarını ona da öyrətməyi tələb edib. Əli Həsənovu medianın atası adlandıran blogger onun bir sıra media orqanlarına sahib olduğunu sadalayıb.

"Bu işdən çıxan məmur ola bilər ki, hansısa töhfələri olub. Amma son illər cənab prezidentimizə uzanan dillər Əli Həsənovun dönəmində olub. Bu o Əli Həsənovdur ki, çoxlu saytları var, gücü var. O mətbuatımızı pis günə salıb, iflic edib..."- deyə A. Abdullayev sərt sözlərinə davam edib. 

Maraqlı məqamlardan biri də budur ki, Ata Abdullayev xaricdə yaşayan azərbaycanlı mühacirlərin arxasında Əli Həsənovun durduğunu, ölkə rəhbərliyinin söyülüb dövlət atributlarının anti-milli ünsürlər tərəfindən təhqir olunmasını Əli Həsənovun bacarıqsızlığı kimi xarakterizə edib.

Bloger çox şeyləri bildiyinə eyhəm edərək "Başımdan bir tük əksik olsa Əli Həsənovdan bilin...!” deyərək Əli Həsənovla sonadək mübarizə aparacağını deyib.

"Demokratik.Az" Ata Abdullayevin Əli Həsənova qarşı alovlu və tənqidi videoaçıqlamasını təqdim edir:




Oxşar xəbərlər