Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:32 - 10.12.2019  
Onlar vəzifələrini niyə İTİRDİLƏR?..
Tarix: 2-12-2019, 13:38 | Bölmə: Xəbərlər » Ölkə içi

Noyabrın 29-da Prezident Administrasiyasının yeni strukturu təsdiq olundu. Məlum oldu ki, yeni strukturda bəzi dəyişiklik edilib və bir sıra şöbələr ləğv edilib.
Ölkə başçısının müvafiq sərəncamları ilə Prezidentin yeni köməkçiləri və Administrasiyanın yeni şöbə müdirləri təyin olundu.
Onlar vəzifələrini niyə İTİRDİLƏR?..Modern.az saytı Prezident Administrasiyasında ləğv edilən şöbələr və onların rəhbərləri barədə kiçik bir araşdıarma aparıb. Onlar vəzifələrini niyə itirdilər?.. Sualın birmənalı cvabı yoxdur.

Prezident Administrasiyasın ləğv edilən şöbələrindən biri İctimai-siyasi məsələlər şöbəsi oldu. Bu ləğvetmə nəticəsində həmin şöbənin müdiri - Prezidentin  köməkçisi Əli Həsənov vəzifəsini itirdi. Dövlət başçısı bununla bağlı ayrıca sərəncam da imzaladı.
Əli Həsənov düz 24 il idi ki, Prezident Administrasiyasında çalışırdı. O, 1995-ci ilin sentyabrında Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinə müdir müavini təyin olunub. 1996-cı ildən isə bu şöbəyə rəhbərlik edib.
2005-ci ildən şöbə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi adlandırılıb.
Prezidentin 23 fevral 2015-ci il tarixli sərəncamı ilə  Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri təyin edilib.
59 yaşlı Əli Həsənov hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür…
Onun vəzifədən çıxarılması sosial mediada müxtəlif cür şərh edilməkdədir.
Bəziləri son vaxtlar cənab Həsənovun rəhbərlik etdiyi şöbənin işindən ciddi narazılığın formalaşdığını əsas gətirərək, belə bir sərəncamın verildiyini iddia edir.
Əli Həsənovun özü isə vəzifədən uzaqlaşdırılmasını mətbuata şərh edərkən deyib ki, o, son 3 ildə Prezidentdən bir neçə dəfə xahiş edib ki, onu vəzifəsindən azad etsin. Və məhz indi dövlət başçısı onun müraciətimi nəzərə alıb.

"Son 3 ildə sağlamlığımla, səhhətimlə bağlı cənab prezidentdən xahiş etmişdim ki, məni bu gərgin fəaliyyətdən, gərgin vəziyyətdən azad etsin. Mən 53 yaşında iki dəfə açıq ürək əməliyyatı keçirmişəm, bir dəfə infakt olmuşam. Sağlamlığım bu günlə sabah arasında, belə deyək, mövcudluğum sadəcə olaraq, Allaha bağlıdır.
Ona görə də bu iş mənim üçün həddindən artıq gərgin idi. Və son 3 il ildir, dəfələrlə cənab prezidentə müraciət etmişdim ki, cənab prezident, imkan varsa, mənim işimi dəyişin. Bu gün də təşəkkür edirəm ki, müraciətimi də nəzərə alaraq, - onun özünün də yəqin bununla bağlı planları, proqramları, səbəbləri var, - məni azad elədi. Buna görə də ona təşəkkür edirəm”, - Əli Həsənov deyib.

Yeri gəlmişkən, ləğv edilən İctimai-siyasi məsələlər şöbəsi siyasi partiyalar, qeyri-hökumət təşkilatları, mətbuat sahəsini kurasiya edirdi. İndi bu şöbənin səlahiyyətləri Administrasiyada yaradılan iki yeni şöbəyə həvalə edilib:
Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi (hələ ki təyinat olmayıb);
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi (şöbə müdiri Ədalət Vəliyev).

Adiminstrasiyadakı vəzifəsini itirənlərin biri də Prezident Katibliyinin rəisi Dilarə Seyidzadə oldu. Xanım Seyidzadə bu il oktyabrın 25-də 80 yaşını tamam etmişdi və onun təqaüdə göndəriləcəyi istisna olunmurdu.
Dilarə Seyidzadə mərhum dövlət başçısı Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra - 1993-cü il noyabrən 9-da o zamankı Prezident Aparatına işə cəlb edilib. Belə ki, o, həmin tarixdə Prezidentin İcra Aparatının Humanitar siyasət şöbəsində böyük məsləhətçi vəzifəsinə təyin edilib. Dilarə xanım bu vəzifədə 1997-ci ilin sentyabrınadək çalışıb. Həmin il sentyabrın 1-də o, Prezidentin köməkçisi vəzifəsinə təyinat alıb. D.Seyidzadə 25.04.1998-ci il tarixinədək bu vəzifəni tutub. 25.04.1998 - 16.11.1999-cu illərdə Prezident Katibliyində rəis müavini – prezidentin köməkçisi işləyib.
Azərbaycan Prezidentinin 16 noyabr 1999-cu il tarixli sərəncamı ilə Dilarə Seyidzadə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsinə təyin edilib.
2019-cu ilin 29 noyabrınadək bu vəzifədə çalışıb. Yeni strukturda Prezident Katibliyinin rəisi vəzifəsi ləğv olunub.

Prezident Administrasiyasında ləğv edilən şöbələrdən biri də Strateji araşdırma və planlaşdırma şöbəsi oldu. Nəticədə həmin şöbənin müdiri Səadət Yusifova yeni strukturda yer almadı.
S.Yusifova 12 aprel 2014-cü il tarixində həmin vəzifəyə gətirlmişdi. (Ona qədər Strateji araşdırma və planlaşdırma şöbəsinə sabiq deputat Rəbiyyət Aslanovanın oğlu  Elnur Aslanov rəhbərlik edirdi. O, 2014-cü il martın 17-də işdən azad olunmuşdu). 
Hüquq üzrə fəlsəfə doktoru S.Yusifova əvvəllər Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. Daha öncə - 1998-ci ildə "Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib.
Daha sonra BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimi işləyib.
Şöbə müdiri postundan kənarda qalan 45 yaşlı Səadət Yusifovanın Administrasiyada hansısa vəzifədə saxlanılıb- saxlanılmadığı barədə məlumat verilməyib. Mümkündür ki, o, yeni strukturdakı şöbələrin hansısa birində fəaliyyətə davam etsin.
 

Azər Əmiraslanovun da vəzifəsini itirməsinə səbəb Prezident Administrasiyanın yeni strukturunda onun rəhbərlik etdiyi Aqrar siyasət məsələləri şöbəsinin ləğv edilməsi oldu. 
Azər Əmitraslanov həm də Prezidentin  aqrar siyasət məsələləri üzrə köməkçisi vəzifəsindən azad olunub.
A.Əmiraslanov Prezident Administrasiyana 2008-ci ilin avqustunda Milli Məclisdən aparılmışdı. Həmin vaxt o, parlamentin gənc deputatlarından idi, 2005-ci il noyabrın 6-da 98 saylı Şəmkir şəhər seçki dairəsindən mandat qazanmışdı. Və cəmi 3 ilə yaxın müddətdə deputat kimi fəaliyyət göstərdi.
O zaman A.Əmiraslanov Administrasiyaya aparılan perspektivli kadrlardan sayılırdı.
O, 2008-ci il 25 avqust tarixli sərəncamla Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə, 2017-ci il 31 may tarixli sərəncamla isə Azərbaycan Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri vəzifəsinə təyin edilmişdi.
48 yaşlı Azər Əmiraslanov hələ ki yeni vəzifəyə təyinat almayıb. Onun komandadan kənarda qalmağı müxtəlif suallar doğurur...


Prezident Administrasiyasının yeni strukturunda yer almayan şöbə müdirlərindən biri də Eldar Nuriyev oldu. Onun Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında ayrıca sərəncam imzalandı. 
E.Nuriyevin Prezident Administrasiyasına gəlişi 1998-ci ilin mayına təsadüf edib. Həmin vaxt o, Prezidentin İcra Aparatının Dövlət-Hüquq şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunub. İki il bu postda çalışdıqdan sonra 2000-ci illin oktyabrında Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinə böyük referent vəzifəsinə irəli çəklib. E.Nuriyev burada 6 il çalışıb. 2006-cı ildə o, əvvəllər çalışdığı prokurorluq sisteminə qayıdıb.
2006-cı ilin aprelində E.Nuriyev Baş prokurorun müavini vəzifəsinə təsdiqlənib. Bir müddət Baş prokurorun müavini vəzifəsində çalışan E.Nuriyev daha sonra Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin olunub.
E.Nuriyev bu il noyabrın 15-də 65 yaşını tamam edib.
Qeyd edək ki, E.Nuriyevin yerinə - Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsinə ləğv edilən Əmlak Məsələləri Dövlət Komitəsinin sabiq sədri Kərəm Həsənov gətirildi.
K.Həsənov həm Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri, həm də Prezidentinin köməkçisi vəzifəsini yerinə yetirəcək.

Xəbər 946 dəfə oxunub






Oxşar xəbərlər

“Gültəkin Hacıbəyli bir nəfərin ağzına baxır…”
Gültəkin Hacıbəyli İsa Qəmbərin köhnə təklifini "xırdaladı"
Ermənistanın yazadək vaxtı qalıb - 9 fevraldan sonra...
MM yararsızdır? Bu nə hoqqabazlıqdır?
“Sevilya” səfərdə heç-heçə oynayıb
Müxalifət olmaq niyə çətinləşib?
Ata ögey ana ilə birgə azyaşlı övladlarına dəhşətli işgəncələr verdi - Ağcabədidə ŞOK OLAY
Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Ramiz Mehdiyevin adı "Meydan hərəkatçısı" kimi çəkilir
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Cəlilin yazısı: "Yalana sığınıb yaşayanlar.."
ŞOK! Laçınlı sabiq məmur özünü niyə asdı?
Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb
ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub…”
Bu gün SAT imtahanı keçirilir
Tiflisdə YDM-də yanğın olub, xəsarət alanlar var
Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
AÇIQLAMA GƏLDİ! Polis Gəncədə DSMF-nin qayda pozan xidməti maşını barədə tədbir görüb
"Gündəlik Bakı" qəzetinin baş redaktoru azadlığa buraxılıb
Alman polisinin həbs etdiyi Əlövsət Əliyevdən xəbər var
Etibar Məmmədovdan AÇIQLAMA - Seçkilərə qatılmayacaq
Yevda Abramov kimdir? - DOSYE
Fazil Məmmədovun gedişinin 2 ili - vergi sistemində nələr dəyişdi
BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.27943] initstartout [0.00017] initstartin [0.00068] calstart [0.00895] calend [0.00051] topnewsend [0.00431] rsssend [0.00000] ehgend [0.02944] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23468]