Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:02 - 07.12.2019  
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Tarix: 18-11-2019, 15:20 | Bölmə: Xəbərlər » Ölkə içi

Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏTGəncə şəhəri Sülh küçəsi, I dalan, 5A-da yaşayan Quliyev Möysüm Əliqaya oğlu "Demokratik.Az" saytına müraciət edərək bildirir ki, dəfələrlə Gəncə nəqliyyatında müşahidə olunan özbaşınalıqlar barədə yuxarı dövlət orqanlarına və şəhər icra hakimiyyəti başçısına şikayətlər etsə də baxan yoxdur. Gəncə İHB yanında fəaliyyət göstərən Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi özəlliklə yazılanları cavablandırmadan vətəndaşın hüquqlarına hörmətsiz yanaşır. Hələlik, vətəndaşın xahişilə cavabsız qalan məktublarından birini dərc edirik: 

"Bildirirəm ki, Gəncə şəhəri Totanlı küçəsi 71 saylı evdə yaşayan Əliyev Həsən Süleyman oğlunun və Göygöl rayonu Hummel küçəsi 100 saylı evdə yaşayan Məcnun Həmzə oğlu Mahmudovun reketçilik və digər qeyri-qanuni hərəkətləri barədə bir neçə dəfə DİN-nə və Gəncə şəhər BPİ-nə ərizə ilə müraciət etmişəm. Müraciət aidiyyatı üzrə Nizami RPİ-nə göndərilib. Nizami RPİ-də isə başdansovdu cavab məktubu göndərilib ki, cinayət tərkibi olmadığına görə müraciət nəqliyyat idarəsinə göndərildi. Bu adamların hansı əməllər sahibi olmasını mən sənədlərlə sübut etmişəm və yenədə sənədlər əsasında sübut edəcəyəm. Mən belə başa düşürəm ki, Nizami rayon Pİ-i əməkdaşları adı çəkilən adamlardan az-çox rüşvət alıb ərizəni başdan ediblər. Əgər belə olmasaydı həmin adamların qara qaşına, qara gözünə görə olmadı ki, əsaslarla göstərilən müraciət barədə araşdırma getmədi?

Adı çəkilən bu iki nəfərin heç bir maddi-texniki bazası olmadığı halda sərnişindaşıma ilə məşğul olmaq üçün Məcnun Mahmudov 21 şəxsi avtobusa, sürücüsünə, Həsən Əliyev isə 42 şəxsi avtobus sürücüsünə himayədarlıq yəni «krişalıq» edərək, bu krişalığın müqabilində hər gün bu avtobus sürücülərindən gündəlik haqq yığırlar. Hətta bu avtobus sürücüləri arasında elə sürücülər var ki, onların sürücülük hüququ belə yoxdur. Misal üçün Bayramov Şöhrət Fərrux oğlu kimi (Gəncə şəhəri Baş Pİ-i və Gəncə şəhər DYP-i idarəsinin məktubu əlavə olur). Bu idarələrin məktubundan göründüyü kimi mənim müraciətimdən sonra aşkar olunub ki, bu adamın sürücülük hüququ yoxdur. Bəs ona qədər DYP əməkdaşları hara baxırdılar? Hər gün Ə.Həsənin himayədarlığı ilə uzun illər sərnişindaşıma ilə məşğul olan bu adamı DYP-i və yaxud nəqliyyat idarəsi əməkdaşları görmədimi? Çünki bu adam Həsənin və Məcnunun himayədarlığı ilə fəaliyyət göstərir. Həsən və Məcnunda lazımi adamlara haqqını verir.

Nəyə görə Məcnun Mahmudovdan və Həsən Əliyevdən soruşan yoxdur ki, əgər bu 63 şəxsi avtobusun sürücüsü sənin işçindirsə onda nəyə görə bu adamlarla əmək müqaviləsi bağlayıb, əmək haqqı yazmırsan? Əgər bu adamlar sənin işçin deyillərsə onda nə haqla bu adamlara yol vərəqəsi verib, bu adamları uzun illərdir işlədirsən, nə adla bu adamlardan gündəlik haqq yığırsan? Soruşmurlar! Ona görə ki,

Həsəndə, Məcnunda gündəlik havayı qazandığı pullardan lazım olan hər kəsə rüşvət verib hamısını susdurur. Soruçası səlahiyyətli şəxslərdə deyir Həsənlə Məcnundan yaxşı adam yoxdur.

Bu sürücülərə verilən yol vərəqəsi gözdən pərdə asmaq üçün bir günlükdür. Verilmiş yol vərəqəsini hər axşam sürücülər cırıb atırlar. Çünki bu yol vərəqəsi heç bir yerdə qeydiyyat aparılmır. Bunuda yoxlayan yoxdur.

Əslində isə qanun belədir!

Əgər hər hansı bir cəmiyyət sahibi şəxsi avtobus sahibi ilə işləmək istəsə əvvəlcə onun avtobusunu notarius vasitəsi ilə müqavilə bağlayıb icarəyə götürməlidir, sonra isə avtobus sahibi ilə əmək müqaviləsi bağlayıb, sürücünü işə götürməli və həmin sürücüyə əmək haqqı yazılmalıdır. Ancaq H.Əliyevin və M.Mahmudovun himayədarlıq etdiyi bu 63 ədəd avtobusda və bu 63 ədəd avtobusun sürücüsündə belə bir şey yoxdur. (Vergilər idarəsinin məktubu əlavə olur). Sadəcə olaraq adı çəkilən bu iki nəfər 63 avtobus sürücüsünə necə deyərlər «krişalıq» edir və bunun müqabilində hər gün bu 63 ədəd avtobus sürücüsündən haqq yığır. Bunada reketçilik deyirlər. Bununda qarşısını alan yoxdur, çünki dövləti fikirləşən yoxdur, hər kəs öz cibini güdür.

Mən DİN-dən başqa, bu adamların qeyri-qanuni hərəkətləri barədə bir neçə il bundan əvvəl NN-i Dövlət Avtomobil Nəqliyyat Xidmətinədə (bundan sonra DANX) bir neçə dəfə müraciət etdim. Təkrar olunan müraciətdən sonra nəhayət ki, DANX-nin Gəncə Regional Şöbəsində bu adamların himayədarlığı ilə sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar barədə araşdırma aparıldı. Araşdırma zamanı bu adamların himayədarlıq etdiyi avtobusların çox hissəsi gizlədildi. Ancaq nə qədər gizlədildisədə yenədə məlum oldu ki, Həsən Əliyevin himayədarlığı ilə 16 şəxsi avtobus, Məcnun Mahmudovun himayədarlığı ilə 5 avtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olur (NN-i DANX-nin Gəncə Regional şöbəsini tərtib etdiyi aktın surəti əlavə olur).

Çox maraqlıdır ki, bu adamların himayədarlıq etdiyi şəxsi avtobusların qeyri-qanuni fəaliyyəti ağardılaraq aləmə aşkar edildisədə bu avtobusların fəaliyyətinin dayandırılması üçün DANX-i tərəfindən heç bir tədbir görülmədi. Yalnız akt tərtib edildi ki, H.Əliyevə və M.Mahmudova tapşırılsın ki, bu avtobusların fəaliyyətini qanuniləşdirsinlər. Sual oluna bilər axı nə tədbir görməlidirlər? Uzun illərdir 63 ədəd şəxsi avtobus sistematik olaraq gündəlik qeyri-qanuni fəaliyyət göstərir, guya bu qədər avtobusu Regional şöbə əməkdaşları, gözlərini yumub görmürlər? Aydın məsələdir Həsən və Məcnun havayı qazandığı pullardan Regional şöbəyədə rüşvət verir, onlarda bunların qeyri-qanuni fəaliyyətlərinə göz yumur.

Məlum olduğu kimi ətraf rayon və kəndlərdən şəhərə sərnişindaşıma ilə məşğul olan avtobuslar şəhər avtovağzalına qədər işləməlidir. Ancaq bu iki nəfərin himayə etdiyi şəxsi avtobuslar kəndlərdən gəlib, ümumiyyətlə avtovağzallara girmir, düz Gəncə şəhər mərkəzinə qədər gəlir. Şəhərin mərkəzində bir neçə yerdə özbaşına avtovağzal yaradıblar. Onların bu əməlinə nə Gəncə şəhəri avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarəsi əməkdaşları nə də avtovağzal müdiri dillənmir. Çünki hər kəs öz haqqını alır. Bu 63 ədəd avtobusun avtovağzala girməməsi nə deməkdir? Bu

avtobusların eləsi var ki, bir gündə 8 reys edir, orta hesabla bu avtobusların hərəsi 5 reys edib 10 nəfər adam aparsaydı, bu adamlara satılan bilet pulunun 15% dövlətə keçməlidir. Deməli bu avtobuslar avtovağzala girməməklə, bilet pulunun faizini dövlətə keçirməməklə hər gün 15-20 min manat dövlətin cibinə girirlər. Bu uzun illərdir belədir. Onda görün bu adamlar indiyə qədər nə qədər dövlət pulu mənimsəyiblər.

Ətraf kənd və rayonlara, qanuni fəaliyyət göstərən avtobuslarda əgər 1-2 adam ayaqüstə gedərsə DYP-i əməkdaşları saxlayıb cərimə yazırlar. Ancaq sərnişindaşıma haqqında heç bir sənədi olmayan bu iki nəfərin himayədarlığı ilə sərnişindaşıma ilə məşğul olan 17-18 nəfərlik avtobuslar 40-45 nəfəri bir-birinin belində mindirirlər, onlara DYP-i əməkdaşları heç biri dillənmir. (bu avtobusların şəkili çəkilmiş disk əlavə olur). Nə də soruşan yoxdur ki, sən hansı əsasla sərnişindaşıma ilə məşğul olursan? Çünki DYP-i əməkdaşlarıda öz haqqını alır. Sonrada deyir, millət necə tarac olur olsun nə işim var.

Mən Gəncə şəhəri İHB-ı yanında Gəncə şəhəri daxilində sərnişindaşıma idarəsi rəisi cənab Araz Rəfibəylinin yanında oldum. Əhvalatı danışdım. Mənə dedi ki, bu avtobusların qeyri-qanuni fəaliyyətindəndə, bu kənd maşınlarının şəhər daxilində sərnişin daşınmasındanda, avtovağzala girməməsindəndə, şəhərdaxili avtobus kimi qanunsuz trafaret nömrəsi taxmalarındanda xəbərim var. Bunlar hamısı məndən qabaq olub, onda birdən-birə dayandırmaq olmur. Onun deməsindən belə çıxdı ki, əgər əvvəlcədən qanunsuzluq olubsa həmişədə davam etməlidir. İdarə rəisinin deməsindən belə çıxdı ki, guya ki, bu qanunsuz sərnişindaşıma ilə məşğul olan Həsənin və Məcnunun himayədarlığı ilə fəaliyyətdə olan avtobuslar kənd adamlarının kənd təsərrüfatı mallarını şəhər bazarına daşıyırlar. Ətraf rayonlardakı yüzlərlə kəndlərdən Gəncə şəhərinə avtobuslar işləyir, onlarda kənd təsərrüfatı mallarını satmaq üçün şəhərə gəlirlər, bəs nə əcəb onlarada şəhər avtobusları kimi trafaret nömrəsi verib, onlarıda şəhərə buraxmırlar? Ona görə ki, onlar qanuni fəaliyyət göstərir, bu qanunsuz fəaliyyət göstərənlər qədər rüşvət vermirlər.

Dedim NN-i, DANX-nin Gəncə Regional Şöbəsi sərnişindaşımaya nəzarət edən dövrdə hələ 2012-ci ildə şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslardan 4774 ədəd avtobus üçün, 2000-ə yaxın taxsi fəaliyyəti göstərən minik avtomobili üçün vergi ödənilib, fərqlənmə nişanı alınırdı. Hal-hazırda avtobusların sayı iki dəfə artıb. Ancaq bu idarə yarandığı 4 ildə avtobuslardanda, taksilərdəndə vergi pulu, texniki müayinə, tibbi müayinə adı ilə iki dəfə artıq pul yığılır, ancaq nə vergi pulu ödənilmir, nə də fərqlənmə nişanı verilmir. Bununlada dövlətə hər il 2 milyona yaxın ziyan vurulur. Rəis dedi ki, bunlar məndən qabaq olub, pul yığma məsələsini mən dayandırmışam. Halbuki departament işçilərinin vergi adı ilə pul yığmaq ixtiyarı yoxdur.

Rəis dediyi kimi pul yığmaq məsələsi dayandırılıb, ya dayandırılmayıb deyə bilmərəm. Ancaq bu qədər şəhərlərarası sərnişindaşıma fəaliyyəti göstərən bu qədər avtobus və taksi fəaliyyəti göstərən maşın üçün bu idarə yarandığı gündən indiyə qədər vergi pulu ödənilmir. Bəs vergilər idarəsi hara baxır? Üstəlik bu idarənin

əməkdaşları üçün havayı verilən əmək haqqı, bahalı xidməti maşınlar, görün bu idarənin dövlətə vurduğu ziyan nə qədərdir.

Əliyev Həsən öz qanunsuz əməllərinin üstünü ört-basdır etmək üçün tez-tez cəmiyyətin adını dəyişdirir: «Həsən Süleymanoğlu», «Onur 5», «Vüsal 17» MMC və s.

Bu ilin iyun ayında Gəncə Qərb Zonası Avtonəqliyyat İşçiləri Birləşmiş Həmkarlar İttifaqı Şurasının (HİŞ) Konfransı oldu. Konfransda məndə iştirak edirdim. Konfransda iştirak edən bütün sürücülər yekdilliklə bu iki reketin Gəncə şəhəri daxilində fəaliyyətinin dayandırılması üçün HİŞ sədrindən xahiş etdilər. HİŞ-nın sədri bu iki nəfərin «krişalıq» etdiyi avtobusların şəhərə girməsinə qadağa qoyulması üçün şəhər İHB-na rəsmi məktub göndərdi. (məktubun surəti əlavə olur). Ancaq şəhər İHB-sı HİŞ-na sayğısızlıq göstərərək heç məktuba cavab vermədi. Bundan sonra iki dəfə mən, şəhər İHB-na təkrar məktub göndərdim. Yenədə cavab gəlmədi. Deməli xalqla hökumət arasında narazılıq yaradan öz əməlləri, haqsızlıqları, ədalətsizlikləri ilə iqtidarda olan məmurlar və məhkəmə hakimləridir. Əgər belə olmasa müxalifətin boş-boş danışıqları ilə nə edə bilərlər? Kim onlara inanar?

İndi görün Gəncə şəhəri Nizami rayon Pİ əməkdaşları haqqını alıb, qanunsuz əməllərinin üstünü ört-basdır etdiyi bu iki nəfər Əliyev Həsən və Mahmudov Məcnun nələr edir. Qarşısınıda alan yoxdur.

Xahiş edirəm göstərilənləri nəzərə alaraq qanunamüvafiq tədbir görülməsinə göstəriş verəsiniz.

Adı çəkilən şəxslərin bu 15 ildə dövlətə vurduqları ziyanın onlardan geri alınmasına qərar verəsiniz".

Demokratik.Az şikayət məktubunda göstərilənlər barədə adıkeçən şəxslərin söz haqqını tanıyır.

Demokratik.Az

Xəbər 1049 dəfə oxunub






Oxşar xəbərlər

BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Şimali Koreya lideri ağ atda gəzdi
Zakir Həsənov ön xəttə getdi - FOTOLAR
YAP-ın İRADƏSİNƏ QARŞI ÇIXAN DEPUTATLAR DANIŞDI
Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb
İŞİD liderinin müavini İraqda tutulub
Bəzi saytların yayımına qadağa qoyulub - Məhkəmə qərarı
“Mühacir biznesi”nə görə həbsdə olanları alman vəkillər müdafiə edəcək
Bugün Azərbaycan və Ermənistan XİN başçıları görüşür
Siyavuş Novruzov ölkə gündəmini silkələyən hadisələrdən danışdı
Ermənilər AzTV-nin əməkdaşına hücum çəkdi (VIDEO)
Azərbaycan aktiv islahatlar mərhələsindədir - Prezident
İlham Əliyev yeni rektor təyin etdi
Vahid Ələkbərov: “Neftin qiyməti hamını qane edir”
Kəmaləddin Heydərov da yola salınır! - İDDİA
Azər Həsrətin etirafı: "Əli Həsənovun “trolu” olmuşam”
Azərbaycan ordusu İrəvana Türk ordusundan tez çatacaq
Ziya Bünyadov prospektində baş verən yol qəzasında 5 nəfər yaralanıb
SOCAR-a yeni vitse-prezident təyin edilib
Baş Nazir bayram günləri ilə bağlı sərəncam imzaladı
Yüksək vəzifə verilən Gündüz Kərimov kimdir? (DOSYE)
Partiyalar parlamentdə yer sayının artırılmasını istəyir
Azərbaycan əhalisi nağd avro alışını azaldıb
Ata Abdullayev Əli Həsənova ittihamlar yağdırdı - "Ola bilər səviyyəsizəm, amma cavab verin!""
Prezident Milli Məclisin buraxılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərdi
Azərbaycanlı jurnalist şəxsi təyyarə və yaxtaya sahibdir
Rusiyanın hansı bölgəsində daha çox maaş verilir?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.27257] initstartout [0.00018] initstartin [0.00068] calstart [0.00892] calend [0.00052] topnewsend [0.00478] rsssend [0.00000] ehgend [0.00678] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.25003]