Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:29 - 16.12.2019  
Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?
Tarix: 21-11-2019, 23:49 | Bölmə: Xəbərlər » Ölkə içi

"İbrahim Cəfərov universiteti dağıdır", "universiteti talayır" demək olmaz. Bizə çamur atanlar bu monopoliyanı əldən buraxmaq istəməyənlərdir. Mən dağıdıramsa, gəl araşdırma apar. Əyrilik varsa, yaz. Amma kiminsə haqqına girib böhtan yazma. Universitetimizdə gördüklərinizin 99 faizi böyük zəhmət hesabına son 5 ildə yaradılıb". /istinad - 8 İyul 2018 modern.az/

Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?

Bu təkəbbürlü və iddialı fikirlər ADAU rektoru cənab İbrahim Cəfərova məxsusdur. Ümumiyyətlə rüşvət almadığını, universiteti "dağıtmadığını", rəhbəri olduğu aqrar təhsil ocağında inkişafı əngəlləyən çirkin əməllərə qarşı məqsədlə və yorulmadan "savaşdığını" əzbərləyən bir rektor illərdir sanki ölkənin ən saf, ən təmiz ziyalısı kimi davranır. Dəhşəti də odur ki, ADAU-nun son 5 illik uğurlarını öz müstəsna uğuru kimi təqdimata girişir.

Bu adamdakı özünəinam və etiqadın bütün parametrlərinə bələd olmasam da, İbrahim Cəfərovun pərdələdiyi bəzi çılpaq həqiqətlərinə, sahib olduğu var-dövlətini hansı təmiz yollarla topladığına sual etmədən keçmək olmur. 

Hər gün sosial şəbəkədə ADAU-nun maddi-texniki bazasının müasirləşdiyini şəstlə dilə gətirən rektor bayağı və lüzumsuz təriflərilə əslində öz həqiqi portretini, əməllərilə qazandığı milyonluq sərvətini cəmiyyətdən gizlətməyə cəhd edir. Rektorun yanaşmalarında çağdaş təhsil strategiyasının təbliği-istəyində o qədər də ciddi nüanslara rast gəlinmir ki, bunu sezmək çox üzücüdür.

Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?Kənardan müşahidələr və rektorun özəl müsahibələri göstərir ki, təkəbbürlü və eqoist ADAU rəhbəri universitet adına dinamik templə irəliləyən, lakin özünə və təhsil ocağının ixtisas və fənn tədrislərinə aidiyyatı olmayan "paralel uğurlar"dan yapışaraq xal almaq taktikasından istifadə edir. Və biri də indiyədək çıxıb rektora demir ki, son 5 ildə daha çox özəyi deyil, fasadı müasirləşən ADAU-ya dövlət büdcəsindən 10 milyonlarla maddi vəsaitin ayrılmasında, ölkə rəhbərliyinin qayğısı sayəsində parlaq tədris binalarının, ən müasir tələbə yataqxanalarının tikilib istifadəyə verilməsində, maddi-texniki bazanın dünya standartlarına cavab verməsində sənin hansı əməyin var axı? Bu işlər sənin adın və fəaliyyətinlə beləmi bağlanmalıdır ki, yalnız bunu az qalsın özününküləşdirib aramsız təbliğ edirsən? Xub, şərait yaradılıb, bəs hanı professorların və tələbələrin yeni elmi-tədqiqat işləri, praktiki-nəzəri irəliləyişləri? Öz rektorluq dönəmini bir təsadüf və şans deyil, son 5 ildə görülən işlərdə əvəzedilməz funksioner kimi təqdim etməyin əsl adı nədir axı? Uzağı, yuxarılara bir-iki təşəbbüs vermək hansı haqla bir rektorluq məqamını dövlətin ADAU üçün etdiklərinə şərik etməlidir? Rektor olaraq sənin özünün müstəqil və əsaslı platformalarla gördüyün, tətbiq etdiyin hansı novator elmi-tədris metodların var ki, ADAU-nu irəli aparacağına qarantdır? Bəlkə, hökumətin və xarici layihələrin hesabına xaricdə dolaşdığın təhsil müəssisələrində müşahidə etdiyin qabaqcıl elmi təcrübələrini, təhsil metodlarını ADAU kollektivinə və ictimaiyyətə bölüşəsən? Axı, formallıq xatirinə ingiliscə axsayan xanım və oğlan tələbələrini müvəqqəti xaricə göndərməklə, lap Afrikadan, geridəqalmış Avropa universitetlərindən də ADAU-ya 100 əcnəbi tələbəni gətirib mübadilə statistikası düzənləməklə olmaz bu işlər!

Məncə cənab rektor aqrar mütəxəssis hazırlığında öz rektorluq məsuliyyətini özünə aid olmayan bütün işlərdən ayırmalı, ADAU-da strateji hədəflərə qarşı səmimi və daha məsuliyyətli olmalıdır.  

Gündəlik düşüncə və davranışları, toplantılardakı həvəsli çıxışları da İbrahim Cəfərovu rektora deyil, daha çox alababat həvəskar siyasətçilərə bənzədir. Bunu yazmaqla isə, əslində prezident cənab İlham Əliyevin daxili-xarici siyasətinin rektor tərəfindən dəstəklənməsini qınamıram, sadəcə İbrahim Cəfərovun ona olan etimada uyğun şəkildə özünü daha çox təhsil-elm adamı, əsl rektor kimi aparmasını istəyirəm. Zatən bu rektor öz əməyilə əgər ADAU-nun şöhrətini dünya elm arenasına daşıya biləcəksə, keyfiyyətli aqrar mütəxəssis hazırlığına can yandıracaqsa, səmimi çabaları ölkə başçısına ən ali xidmət və sədaqət olmazdımı?! Yoxsa, "prezidentimi sevirəm" deyə-deyə çiyinlərindəki məsuliyyət yükünü kənara ata bilməzsən, bu təyinata xəyanət olar! 

Ölkənin yeganə aqrar mütəxəssis hazırlığı üçün ADAU adına öhdəlikləri olan ali vəzifələri, əsasən keyfiyyətli tədrisi, tələbə-müəllim münasibətlərində və ADAU ailəsində şəffaf mühitin yaradılması işinin vacibliyini unudan rektor başqa aspektlərdən bir şoumen kimi də görünür. Bu fikirlərin təsdiqini axtaranlar rektorun facebook hesabındakı fəaliyyətinə nəzər salsalar, tələbələri və bir çox müəllimi öz statuslarının "layk"ına cəlb etdiyini, gələcəyin aqrar mütəxəssislərini necə "trollaşdırdığını"görüb hər şeyi özlərinə aydın edərlər.

Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?Təsəvvür edin ki, vizual reallıqlardan sanki qaçan rektor virtual aləmdə müxtəlif səsvermələrə qatılaraq özünü "facebook" qəhrəmanı da elan etdirir. Dəfələrlə adının "ilin rektoru" kimi tirajlanmasından sövq alır. Bunun üçün bütün ADAU tələbə-müəllimləri səfərbər olur, klaviaturada sayın Cəfərova candərdi səslər verilir - bir sözlə, təhsil adına rəzalət hökm edir! Hansı ağıl sosial şəbəkə ilə "səs çempionluğu"nu bir universitetin tədrisinin uğuru kimi təqdim edər, buna inanar... gülünc deyilmi sizcə də..? Həm də digərləri öz universitetlərinin birinciliyi uğrunda çarpışdıqları halda, İbrahim Cəfərov da ADAU-nu deyil, illərdir məhz özünü "birinci" etməyi vacib bilir. Mənə görə isə bu aşkar şousevərlikdir, rektora yaraşmayan qüsurlu vərdişdir. Budur, bir neçə gündür ki, rektor yeni "çempionluğu"nun estafetini təkrar əlinə alıb. Facebook yenə "dağılır", ADAU-da "hamı" şəxsiyyətə pərəstiş edib bir ağızdan İbrahim Cəfərov "qışqırır". Reallıqda belə öncül tədris nümunəsimi olar? Sizcə, bu mənfi nümunələri İbrahim Cəfərov hardan və kimdən öyrənib? 

Danışığında və bayağı statuslarında anti-korrupsioner və dövlətçi imici də rektorun yaşam tərzilə, sahib olduğu var-dövlətilə uzlaşmır. Şəffaflıq nağılları indi bu rektor üçün paradoksal, qeyri-şəffaf situasiya doğuran haldır. Bəlkə də əla, bəlkə də təəssüf...

"İbrahim Cəfərov universiteti dağıdır", "universiteti talayır" deməyin mümkünlüyünü əslində oxucunun öz ixtiyarına buraxmaq lazımdır. Amma mənə görə "talançılıq" və "dağıdıcılıq" anlayışı maddi baxımdan daha çox həm də mənəvi məsələdir. Əgər universitetdə tələbələr nəyəsə təhrik edilirsə, professor-müəllim heyəti demokratik yolla özlərinə dekan və kafedra müdiri seçə bilmirlərsə, universitet deyil təkəbbürlü rəhbəri "qalib" olursa bu rektorun kollektivinə və ADAU-ya qarşı mənəvi "dağıdıcılığı", fərdlərin elmi savadına, seçmək və seçilmək azadlığına olan eqoistik "talançılıq"dır.

Rektorun aşıb-daşan maddi sərvətinə diqqət yetirmək də vacib və faydalıdır.

Təkzibolunmaz faktlara əsasən rektor özünə və ailə üzvlərinə aldığı bahalı maşınların nömrə sonluğu xidməti maşınında olduğu kimi "333"-lə bitir. Cəfərovların idarə etdiyi son model  - "BMW", "Hyunday Elantra" öz nömrələrində məhz "333"-ü daşıyır. İbrahim Cəfərovu ara-sıra universitetə aparıb-gətirən bahalı "GL-Mersedes" markalı avtomaşın isə "AZ 10XX374" dövlət nömrə nişanını gəzdirir.

Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?

Rektor bir neçə il əvvəl Göygöl rayonu Aşıqlı-Köşkü kəndində "Noxudluq" deyilən ərazidə özünə mini villa tikdirib. 10 sotdan artıq torpaq sahəsində yerləşdirilən villa-daçanın tikintisinə isə 200 min manatdan artıq vəsait xərcləndiyi iddia olunur.  

 

Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?

Rektor İbrahim Cəfərova məxsus olduğu deyilən, 
Gəncənin Totanlı ərazisindəki 3 mərtəbəli villanın dəyəri isə milyonlarla ölçülür. Hazırda həmin villanın üzündə aqlaylanma və digər bəzəmə-tamamlama işləri aparılır.

 

Digər məlumata görə, ADAU rektoru illər əvvəl universitetin müəllimləri üçün tikilib istifadəyə verilmiş mehmanxana tipli yataqxanadan özünə bir neçə mənzil alıb və çox zaman da özünü "kasıb və sadə" göstərsin deyə oradakı mənzillərində qalır.

Şəffaf gəlirli rektorun Bakıda və Gəncədəki göydələnlərdə də almağa macal tapdığı bir neçə bahalı mənzillərinin olduğu bildirilir. Hətta, iddialara görə, universitet rəhbəri bu ilin əvvəlində (27-29 yanvar 2019) Türkiyənin İzmir şəhərində rəsmi səfərdə olarkən dənizkənarı bir villa da alıb. Bu iddia da hələ ki, rektor tərəfindən təkzib edilməyib.

"Demokratik.Az"-a verilən başqa bir məlumatda isə deyilir ki, rektor 5-6 il öncəsində ADAU-nun ərazisini "istismar" edərək ailə üzvlərinin ev tikintisinə şərait yaradıb. Söhbət universitetin köhnə 1 saylı tələbə yataqxanasının tam arxasında tikilmiş 3 ədəd ikimərtəbəli evlərdən gedir. Evlərdən ikisinin eyni çertyojla tərtibatı onu deməyə əsas verir ki, evlər atadan övladlarına eynixərcli  - bərabər hədiyyə olaraq inşa edilib. Digər ikimərtəbənin isə rektorun yeznəsinə aid olduğu deyilir.

 

Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?
Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?

 

Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?

Göründüyü kimi, ADAU rektoru heç də kasıb biri deyil və bir sual hamını maraqlandır - "Axı, "dağıdıcı" "talançı" olmayan elm adamı bu vəzifəyə təyinatından sonra bu qədər evi tikmək, bahalı maşınları almaq üçün 100 minlərə hansı halal gəlirləri ilə sahib ola bilib?  

Sonda, "tələbədən rüşvət tələb edən müəllim şərəfsizdir .." şüarı ilə hərəkət edən, rüşvətxor müəllimlərinə həmişə lənət yağdırsa da rüşvətin kökünü kəsə bilməyən varlı rektorun bəzi kasıb həvəslərinə, lazımsız facebook vərdişlərinə qatılmağa çalışdım. Və elə mən də bu ağır suala cavab axtarmağa çalışdım: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?" Özünüz deyin!

Osman Nərimanoğlu

Demokratik.Az qarşı tərəfin söz haqqına sayğısını ifadə edir...

Demokratik.Az

Xəbər 4087 dəfə oxunub






Oxşar xəbərlər

Toqquşan dairələrdə müxalifət necə anlaşacaq?
Tanınmış hüquqşünas Konstitusiya Məhkəməsinin qərarını YAĞMALADI - “Konstitusiya Məhkəməsi də özünü tam buraxdı?”
Oqtay Gülalıyevin son durumu necədir?
Şotlandiyada müstəqillik referendumu keçiriləcək
Dünyanın ən gözəl qızı seçildi (FOTOLAR)
General Qabil Məmmədov da deputatlığa namizədliyini irəli sürdü (FOTO)
Gələn il Bakı nefti neçəyə satılacaq?
Gəncə SOS Uşaq Kəndində RƏZALƏT: İHB dəhşətli cinayətləri niyə gizlədir?
Marneuli rayonunun Qaçağan kəndində yeni İcma mərkəzi açılıb
Azərbaycan bayrağını Lələtəpəyə sancan polkovnik həbs olundu
Xaçmaz polisi oğru yaxaladı
Magistral yolda sürət həddi dəyişib
Gədəbəy sakini meşə talanına "DUR" deyir - VİDEOŞİKAYƏT
Elvin İsayev Azərbaycana deportasiya edildi
Deputatın hər gün aldığı 5 min manat… – QALMAQAL
YAP-ın xanım deputatları yenidən namizəd olacaqmı?
4 il susan deputatlar mandatsız qalacaqlar
Azərbaycanda pilotsuz taksilər olacaq
“EuroHome”da malları yanan sahibkarlara şad XƏBƏR
İsa Qəmbərin oğlu da deputat olmaq istəyir
Daha bir “TENDER KRALI” - “Azərtranss”...
Milyarder niyə təngnəfəs olub və ya hansı yolun xəritəsi? - TƏHLİL
İlham Rəhimov hüquq ictimaiyyətini Moskvaya yığdı - yeni dövlət modeli axtarılır
Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
İsfəndiyar Axundovdan Mehriban Əliyevaya şikayət: Dövlətin torpağı və pulu ərəblərə satıldı – VİDEO
AzTV-nin keçmiş sədrinin qızı bir ayda 5 şirkət yaratdı
Şəmkirdə yük qatarı qadını vuraraq öldürüb
Paşinyan “Qarabağ klanı” ilə haqq-hesab çəkir
Türkiyə Bakıdan qazın qiyməti ilə bağlı nə istəyib?
Ermənistanda saxta hərbi sənəd aşkarlandı
Sərdar Cəlaloğludan “Eurohome” yanğını ilə bağlı şok açıqlama - VİDEO
"Forbes" 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb
PKK-da parçalanmalar davam edir
USAID-in Azərbaycandakı nümayəndəsi ADAU-da olub
OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları saxlanılıb - SİYAHI
Refat Çubarov hava limanında saxlanıldı
Berlin rus diplomatlarını qovdu – Kremldən cavab
“Həzi Aslanov”un bir çıxışı bağlana bilər (RƏSMİ)
Bu rayonların pensiya təyinatında dəyişikliklər olundu
"Vətəndaşımız səsini verdikcə dövlətimiz güclənir"
Siyavuş Novruzov parlamentə getmir? - Açıqlama
Leyla Əliyeva babasını belə andı – Video
Gülalıyev niyə sağalmır? – şok detallar
"Netflix" 4 milyona yaxın abunəçisini itirə bilər
Prezident Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
"HANSI MİRŞAHİN DÜZ DANIŞIR?" - Eynulla Fətullayev də Mirşahini vicdanlı olmağa çağırdı
Bakıda övladlarına işgəncə verən ata həbs edildi
İlham Əliyev Prezident Administrasiyasında yeni təyinat etdi
“VAZ" piyadanı vurub öldürdü - Maştağada
“Şərurlu İsfəndiyar” şirkəti ilə bağlı Prezidentə edilən şikayətdən danışdı, sakinləri ittiham etdi
Ölkədən qaçan məmur bu şəxslərin yaxınıdır
Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? - MÜRACİƏT
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
"EUROHOME" QƏSDƏN YANDIRILIB, YOXSA...?
Nə vaxta qədər BOYKOT? – İdeal seçki olmayacaq, amma...
TDƏŞ ölkələrinin sahibkarlar üçün ortaq biznes portalı yaradılıb
YAP-ın yeni namizədlər siyahısında kimlər olacaq?
Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşub
Stalini necə qoruyurdular? – təzadlı rəylər
Növbəti illərdə referendum keçirilə bilər - səbəb
DSX "Ceyrançöl"də baş verən insidentlə bağlı məlumat yayıb
Cəbhədə atəşkəs pozulub
Vasif Talıbovun gözlənilən qərarına Bakıdan İZAHAT
Bakıda fövqəladə yanğın - “EuroHome” niyə kül oldu...
RƏZALƏT! ADAU rektoru akademik məsləhətçilər seçəndə gender bərabərliyini və təlimatı niyə pozub?
Dünya ölkələrinin xarici borc bəlası - Azərbaycan şükür içində
Sərdar Cəlaloğlu: “...Siyasətdən getməsəm, insan deyiləm”
“Kuklaoynadanlardan qurtulmuşuq” – Milyarder Fərhad Əhmədov iqtidara “yol xəritəsi” təklif edir!
Azərbaycanlı professora 4 milyon avro mükafat

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.32895] initstartout [0.00024] initstartin [0.00109] calstart [0.01328] calend [0.00091] topnewsend [0.00725] rsssend [0.00000] ehgend [0.01207] tagsstart [0.00101] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.29305]