Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Ölkə içi » Mehriban Əliyevanın tapşırığı ilə Elçibəyin evi təmir edildi (FOTO)
Mehriban Əliyevanın tapşırığı ilə Elçibəyin evi təmir edildi (FOTO)
- 31 okt 2019, 11:11
Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin evi təmir edilib.
Demokratik.Az xəbər verir ki, Elçibəyin oğlu Ərturqut Əliyev Birinci Vitse-Prezident Mehriban Əliyevaya təşəkkür edib: "Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevaya təşəkkürümüzü bildirirəm. Bizim yaşadığımız evin təmiri ilə bağlı müraciət öz həllini tapdı və yaxın günlərdə təmir olunan evimizə yerləşəcəyik".
Qeyd edək ki, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci Vitse-Prezident Mehriban Əliyevaya Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən evlərinin təmiri ilə bağlı müraciət ünvanlayıb. Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən evdə yenidənqurma və təmir işləri həyata keçirib. İki mərtəbə və mansardan ibarət yaşayış evində həmçinin kanalizasiya, işıq və su sistemi tamamilə yenilənib. Yaşayış evinin yerləşdiyi həyətyanı sahə abadlaşdırılıb.
Heydər Əliyev Fondu yayılan məlumatı təsdiqləyərək artıq təmir işlərinin başa çatdığını qeyd edib.
Mərhum Əbülfəz Elçibəy və ailəsi bu hörmətə, Mehriban xanımın humanist və nümunəvi addımı alqışa layiqdir.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Mehriban Əliyeva Ramiz Əzizbəyliyə maşın verdi
Mehriban Əliyeva xalq artistinə ev bağışladı
Mehriban Əliyeva 12 yaşlı qıza kömək etdi – VİDEO
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
I vitse-prezident hansı sosial layihələrə imza atacaq?
Mehriban Əliyevaya yeni köməkçilər təyin olundu
Birinci vitse-prezidentdən təqdirəlayiq addım
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Mehriban Əliyevanın vitse-prezidentliyə namizədliyi təklif olundu
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti