ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"

  • 09 noy 2019, 01:05

14 oktyabr 2019-cu il tarixdə Gəncə Dövlət Universitetinin "Fiziki tərbiyə, Çağırışaqədərki hazırlıq və Mülki müdafiə” Kafedrasının müdiri Məmmədov Ələddin Hətəm oğlunun və ona bağlı bir neçə şəxsin həbsi gündəmi silkələdi. Onsuz da Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında uzun illər baş verən "Saxta diplomlar"la bağlı qalmaqallı korrupsiya halı növbəti dəfə diqqəti Gəncəyə çəkdi.

Demokratik.Az-ın məlumatına görə, artıq bir neçə gündür ki, xəbər saytlarının da mövzuya olduqca özəl və həssaslıqla yanaşdıqlarını görmək çətin deyil. Lakin, anonim elektron poçt ünvanından çoxsaylı saytların elektron poçtuna atılan və təəssüf ki, tam dəqiqləşdirilməmiş şəkildə eyni mətn halında tirajlanan bir "məqalə” özündə ehtiva etdiyi yalan və böhtan hissəsi ilə bir neçə ziyalının şərəf və ləyaqətini ləkələyir, planlı şəkildə bəzi şəxsi nüfuzdan salır.  

Bildiririk ki, xeyli hissəsi qərəz və yalan olan anonim "məqalə” 30 oktyabr 2019-cu il tarixində "Demokratik.Az” saytının elektron poçtuna da göndərilmiş və redaktələrlə yayımlanmış, lakin sonradan yazının mahiyyətində yalan xəbərlərin yer aldığı nüanslar müəyyən edildiyi üçün təqdimatı baş redaktorun göstərişilə təcili dayandırılmışdır.

"Məqalə"də əslində həqiqət payları (rəsmi məlumatlara istinad) da var. Doğruluqlar ondan ibarətdir ki, həqiqətən də Gəncə Dövlət Universitetinin Fiziki tərbiyə və çağırışa qədərki mülki müdafiə kafedrasının müdiri vəzifəsində işləmiş Məmmədov Ələddin Hətəm oğlu, həmin kafedrada laborant vəzifəsində işləyən Qasımov Elmir Müzadil oğlu, ADAU-nun Ekologiya kafedrasının müəllimi Arif İmamquliyevin oğlu, şəhərdə fotoqraf işləyən İmamquliyev Azər Arif oğlu bu qanunsuz işlərlə bağlı həbs olunmuşlar. Bu şəxslərin evlərindən müxtəlif universitetlərə məxsus möhürlər, ağ diplomlar, müxtəlif saxta sənədlər, ayrı-ayrı şəxslərin adlarına yazılmış müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları və sair sənədləri aşkar olunaraq götürülmüşdür. Lakin, bunun ardından Ələddinin guya işlərdə başçılıq etdiyi "mütəşəkkil cinayətkar qrupun digər üzvləri” kimi oxucuya təqdim edilən şəxslər barədə yalan-böhtanlar yer alır.

 

Belə ki, məqalədə Azərbaycan Dövlət Aqrar Universitetinin "Ekologiya mühəndisliyi və meşəçilik” kafedrasının dosenti Musa Bayramov və həmin universitetin "Torpaqşünaslıq və aqrokimya” kafedrasının dosenti Namiq Hüseynov da hədəfə alınıb. Qudalıq münasibətində olan müəllimlərin Ələddinlə birgə saxta diplomla ilişkiləri iddia olunur. Və hətta narkotik maddələrin satışı ilə də məşğul olduqları yazılır. Musa Bayramovun qardaşının narkotik maddələrin satışı ilə əlaqədar bir müddət bundan əvvəl həbs olunması iddia olunur. Hər iki şəxs müxtəlif sənədləri saxtalaşdırmaqla DİM vasitəsilə həm də qanunsuz tələbə qəbulları həyata keçimək "bacarıqları” önə sürülür.

"Demokratik.Az” aşağıdakı halları diqqətə alıb məqalədə ADAU-nun əməkdaşları, dosent Musa Bayramov və dosenti Namiq Hüseynov barədə yazılanların tam yalan, şər-böhtan olduğunu inamla ifadə edir.

Saytımnızın bəzi suallarını cavablandıran "quda dosentlər” bildiriblər ki, həbs olunan GDU əməkdaşı, "saxta diplom” ustası Ələddin Məmmədovla və digərləri ilə heç bir yaxın tanışlıqları, dostluqları və hər hansı şəkildə "işbirlikləri” əsla olmayıb. Hesab edirlər ki, barələrində yazılanlar sadəcə olaraq özlərinə yaxşı bəlli olan məqsədli böhtan predmetidir. Bundan başqa, hazırda "saxta diplom” olayı ətrafında cinayət işinin açıldığını və aidiyyatı hüquq mühafizə orqanları tərəfindən ciddi araşdırmalar aparıldığını xatırladan Musa Bayramov və Namiq Hüseynov guya Ələddin Məmmədovun istintaqda onların adını çəkməsi versiyasını da tamamilə rədd edərək yalan olduğunu deyiblər.

Guya DİM-də işləyən hansısa şəxsin tapşırığı ilə rüşvət hesabına müxtəlif təhsil müəssisələrinə tələbə düzəltməyin də tam mümkünsüz olduğunu bildirən müəllimlər bu barədə olan iddiaları lap nağıl adlandırdılar. Tələbə qəbulunun bütün səlahiyyət imkanlarının yalnız DİM-də olduğunu və kənar müdaxilənin mümkünsüzlüyünü yada saldılar.

Qardaşlarının hansınınsa narkotik aludəçisi və ya satıcısı olduğuna, br müddət əvvəl guya həbs olunduğuna dair yazılanlara toxunan Musa Bayramov bildirib ki, iki qardaşı var və onlar da 25 ilə yaxındır ki, Türkiyədə yaşayırlar. Azərbaycanda da heç vaxt həbs edilməyiblər.

Namiq Hüseynov isə bildirib ki, onun qardaşı yoxdur ki, narkotikə görə də tutulsun. Sonuncunun yeganə bir qardaşı olub və O da uzun illər əvvəl haqq dünyasına qovuşub.

Onu da bildirək ki, ADAU-nun mətbuat xidməti də əməkdaşları barədə tirajlanmaqda olan xəbərlərin yalan olmasına dair açıqlama verib və müəllimləri barədə yazılanları ümumilikdə ADAU-ya qarşı qarayaxma hesab ediblər...

Demokratik.Az 

Oxşar xəbərlər