Elmar Vəliyevin sabiq xanım müavini niyə cəzalandırılmır?

  • 28 okt 2019, 12:39

Gəncə şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini, qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin sabiq müdiri Sevda Qurbanəliyevanın "ƏMƏK MƏCƏLLƏSİ"nin tələblərini qəsdən pozması barədə faktlardan danışmışdıq.

"Demokratik.Az" mövzuya yenidən qayıdır və hələ də cəzasız qalan sabiq başçı müavini barədə olan yazını təkrar dərc etməyi vacib bilirik. 

Beləliklə, 2013-cü ildə sabiq icra başçısı Elmar Vəliyevin dəstəyilə Gəncə İHB-də müavin olaraq dövlət qulluqçusuna çevrilən Sevda Qurbanəliyeva eyni zamanda bir neçə ştat üzrə məsul vəzifələr tutub. O, başçının müavini ola-ola həm Gəncə Dövlət Universitetində "Musiqi fənləri” kafedrasının müdiri, eləcə də 2011-ci ildən AMEA-nın Gəncə Regional Elmi Mərkəzində "Sənətşünaslıq" şöbəsinə rəhbərliyinə davam edib. 2007-ci ildən indiyədək Gəncə Dövlət Universitetində YAP Qadınlar Şurasının sədr müavini kimi siyasi fəaliyyəti də Sevda Qurbanəliyevanın dosyesinə yazılıb.

Bəs, adıçəkilən xanım bu qədər vəzifəni bir arada necə tutub, öhdəsindən necə gələ bilib və onun dövlət qulluqçusu ola-ola bir neçə ştat üzrə dolayı yollarla maaşlar alması hansı qanuni əsaslara söykənib?

"Demokratik.Az"-a bu barədə məktub yollayan Gəncə sakini, tanınmış ziyalı, şair-jurnalist İlham Həsənov da məhz bu suala cavab axtarır. 

İlham Həsənov məlumatlı şəxs kimi saytımıza müraciətində bildirir ki, Sevda Qurbanəliyeva Gəncə İcra Hakimiyyətində işlədiyi 6 ilə yaxın vaxt ərzində bir neçə vəzifə tutub maaş almaqla əslində vəzifəsindən sui-istifadə edib. Çünki onun həm başçının müavini kimi, həm Gəncə Dövlət Universitetinin kafedra müdiri kimi, eləcə də Gəncə Elm Mərkəzində şöbə müdiri kimi üç yerdən əməkhaqqı alması iddiaları tam təsdiqini taparsa, bu aşkar cinayət - korrupsiya əməlidir. Çünki, onun bütün iş saatları bir-biri ilə toqquşacaq halda olub.

İlham Həsənov "Demokratik.Az-a məktubunda yazır ki, Sevda Qurbanəliyeva uzun illər öncə - GDU-nun sabiq rektoru Elman Məmmədovun vaxtında kafedra müdiri kimi yarıtmaz fəaliyyəti və tələbələrdən rüşvət alması faktına görə az qalsın işdən qovulmaq və həbs təhlükəsi ilə də üzləşib. Hələ o zaman bu hadisə ölkə miqyasında skandal yaradıb. Lakin, sonradan yat-yut edilib. Hamı bilir ki, həmin vaxt onu "yuxarıda oturan" ağsaqqal bir qohumu xilas edə bilib və xanım kafedra müdirliyi vəzifəsini hər vəchlə qoruyub.

Haşiyə - Hazırda Gəncədə belə söz-söhbətlər yayılıb ki, Sevda Qurbanəliyevanın anası Müslümət Əzəddinova ağsaqqal baş meliorator Əhməd Əhmədzadənin yaxın qohumudur və SSRİ dönəmində də uzun müddət Qax rayon Komsomol Prtiya Komitəsinin katibi olub.  

Bundan başqa, İlham Həsənov Prezident cənab İlham Əliyevin 27 noyabr 2017-cil tarixli sərəncamı ilə Sevda Qurbanəliyevaya "əməkdar müəllim" fəxri adının verilməsinə də münasibət bildirib. O, bunu absurd adlandırıb. Və absurdu öz məktubunda onunla əsaslandırıb ki, O, İHB-də işlədiyi 6 illik müddətdə kafedra müdiri adını daşısa da, pedoqoji fəaliyyətdən uzaqda durub. Əsasən, aktiv dövlət qulluqçusu kimi fəaliyyət göstərib.

İlham Həsənovun sözlərinə görə, əgər, həmin illərdə Qurbanəliyeva hansısa dövlət qulluğu barədə fəxri ad alsaydı, bu başadüşülən olardı. "Başçı müavininin "əməkdar müəllim" fəxri adı alması gülünc deyilmi?!"- deyə İlham Həsənov bildirib.

ŞOK İFŞA! Elmar Vəliyevin xanım müavini neçə yerdən maaş alıb?

Əslində, Sevda Qurbanəliyevaya fəxri müəllim adının verilməsində səbəbkar kimi Elmar Vəliyevin daha çox adı çəkilir. Çünki, bu fəxri adın Sevda Qurbanəliyevaya verilməsində sabiq başçının təqdimatı mühüm rol oynayıb. Məlumat da var ki, S.Qurbanəliyeva məmur işləyə - işləyə GDU-da saathesabı dərs tədris edib, lakin, səhərdən axşamacan icra hakimiyyətində gərginlikdə çalışan birinin vaxt tapıb audutoriyalarda fənn tədris etməsi, 90 dəqiqəlik mühazirələr söyləməsi heç inandırıcı görünmür. 

Sadalanan iddialar barədə qısa jurnalist araşdırması apardıq. Nəticədə müəyyən edə bildik ki, adıçəkilən xanım 2013-2018-ci illərdə başçının müavini olaraq həqiqətən 3 vəzifəni icra edib. 

Wikipedia məlumatında Sevda Qurbanəliyeva barədə həmin faktların eynilə öz əksini tapması isə maraq və ikrah doğurur.

Rəsmi məlumatlarda xanım Qurbanəliyevanın 1991-ci ildən bu yana, düz 28 ildir ki, Gəncə Dövlət Universitetində "Musiqi fənləri kafedrası"nın müdiri olması da diqqət çəkir. Görünür, O, kafedra müdirliyinə ömürlük seçilib.

İnanırıq ki, sənətşünaslıq doktoru, professor Sevda Qurbanəliyevanın son 6 illik əmək fəaliyyəti və 3 vəzifəni necə icra etməsi, neçə ştat maaş alması aidiyyatı qurumlar tərəfindən dərindən araşdırılacaq.

Sonda, ciddi maliyyə pozuntusu baş veribsə, dövlət büdcəsini mənimsəməyə şərait yaradanların professor Sevda Qurbanəliyeva ilə birgə cəzalandırılacağına da heç bir şübhəmiz yoxdur.

Osman Nərimanoğlu 

Demokratik.Az

 

ŞOK İFŞA! Elmar Vəliyevin xanım müavini neçə yerdən maaş alıb?
ŞOK İFŞA! Elmar Vəliyevin xanım müavini neçə yerdən maaş alıb?

 

Oxşar xəbərlər