Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:53 - 21.11.2019  
"KİVDF-yə ayrılan vəsaitlərin necə xərclənməsi yoxlanılmalıdır" - Fəzail Ağamalının fikirləri dəstəkləndi
Tarix: 26-10-2019, 19:32 | Bölmə: Xəbərlər » Ölkə içi

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının mediada, həmçinin, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) ciddi islahatlar aparılması barədə çağırışların millət vəkilləri və Azərbaycanın nüfuzlu media nümayəndələri də qoşulub. Onlar Demokrat.az-a açıqlama verərək, millət vəkilinin media sahəsində islahatların aparılması barədə fikirlərini dəstəkləyiblər.

"KİVDF-yə ayrılan vəsaitlərin necə xərclənməsi yoxlanılmalıdır" - Fəzail Ağamalının fikirləri dəstəkləndiJurnalistikanın İnkişafına Yardım Fondunun rəhbəri, professor Qulu Məhərrəmli bildirib ki, KİVDF Azərbaycanda ictimai fikrə təsir imkanları olmayan və oxunmayan qəzetlərə maliyyə yardımları ayırır:
"Bu barədə bizim dəfələrlə fikirlərimiz olub. Bu gün də hesab edirəm ki, depuat Fəzail Ağamalı KİVDF ilə bağlı söylədiyi fikirlərində tamamilə haqlı və obyektiv danışır. Bu həqiqəti bütün həmkarlarımız da qəbul etməlidir. Yəni, KİVDF-nin dövlət vəsaitlərini heç kəsin oxumadığı qəzetlərə ayırması faktdır. Həmin qəzet baş redaktorları öz redaksiyalarında oturub, kənarı görmürlər. Aydındır ki, onlar müəyyən tapşırıqlar alırlar. Amma bu cəmiyyəti ifadə etmək baxımından həmin qəzetlərin heç bir dəyəri, oxucu kütləsi yoxdur. Bu cür qəzetlərə maliyyə ayırmaq dövlət vəsaitinin çölə atılması deməkdir. Bu vəsaitlər yalnız 5-10 nəfərin problemini həll edir, amma media siyasətinin lazımı səviyyəyə qalxmasına kömək etmir. Bütün bunlara görə də mən deputat Fəzail Ağamalının fikirlərini çox haqlı sayıram, onu dəstəkləyirəm".
Professor qeyd edib ki, bu cür sağlam tənqidi dinləmək, reallıqları görmək və ondan nəticə çıxartmaq lazımdır:

"Əgər doğrudan da onların dediyi kimi bizim oxunaqlı qəzetlərimiz olsaydı, o zaman sosial şəbəkələr niyə bu qədər populyar olurdu? KİVDF-dən pul alan hansı qəzet ictimai problemləri qaldırır, araşdırmalar aparır, ictimaiyyəti özünə cəlb edir? Bu gün həmin qəzetlərdə bu yoxdur, onlar sadəcə olaraq mədhiyyələr yazırlar, ona görə də həmin qəzetləri heç kəs oxumur. Bu gün həmin qəzetlərin tirajlarına və satış səviyyəsinə baxsanız, nə qədər biabırçılıqların olduğunu görəcəksiniz. Hesab edirəm ki, haqlı tənqidləri bu cürv qalxanla qarşılamaq olmaz. Əksinə, ondan nəticə çıxarmaq lazımdır. Bu gün Azərbaycanda müsbətə doğru proseslər gedir. İnanıram ki, bu proseslər media sahəsinə də təsir edəcək. Çünki bizim mediamız indi iflic vəziyyətindədir. Onu bu vəziyyətdən çıxarmaq üçün yüksək peşəkarlıq və media prinsiplərinə əməl etmək lazımdır".

 

"KİVDF-yə ayrılan vəsaitlərin necə xərclənməsi yoxlanılmalıdır" - Fəzail Ağamalının fikirləri dəstəkləndi

Milli Məclisin deputatı, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov da həmkarını müdafiə edib. O deyib ki, deputat Fəzail Ağamalı fikirlərində tam haqlıdır:

 

"KİVDF-yə ayrılan vəsaitlərin necə xərclənməsi yoxlanılmalıdır" - Fəzail Ağamalının fikirləri dəstəkləndi"Cənab Prezidentin başlatdığı islahatlar bütün sahələri əhatə edəcək. Ölkə başçısı son müşavirədə medianın vəziyyətinin qənaətbəxş olmadığını dilə gətirdi. Çox təəssüf ki, media sahəsində müsbət imicə malik olmayan şəxslər hələ qalmaqdadır. Onlar bu cəmiyyətə örnək ola bilməzlər. Mediamız da sağlamlaşdırılmalıdır. Biz deputatlar isə hər zaman həqiqəti yazan, Prezidentin və dövlətçiliyin yanında olan jurnalistlərin yanındayıq".

Deputat vurğulayıb ki, KİVDF cəmiyyətdə nüfuzu və yüksək oxucusu olan media orqanlarına dəstək verməlidir:

"Çox təəssüf ki, bu gün cənab Prezidentin rəhbərliyi altında Azərbaycanda görülən böyük işlər lazımı səviyyədə insanlara təqdim oluna bilmir. Bu problemlər aradan qaldırılmalıdır, mediamız cavanlaşmalıdır. Bu baxımdan hesab edirəm ki, deputat Fəzail Ağamalı öz fikirlərində tam haqlıdır. Biz nə deyirik? İstəyirik ki, Azərbaycanda bütün sahələrdə yeniliklər olsun, inkişaf etsin. Cənab Prezidentimiz də bunu istəyir".
"Strateq.az" xəbər portalının baş redaktoru, politoloq Elxan Şükürlü də KİVDF-nin fəaliyyətini tənqidf edib.
O təklif edib ki, KİVDF və Mətbuat Şurası birləşdirilərək, vahid dövlət qurumu yaradılmalıdır:
"Kimin nə deməsindən asılı olmayaraq, görünən odur ki, hökumətin indiyəqədərki informasiya-təbliğat siyasəti tamamilə çöküb. Hətta Prezident belə bir neçə dəfə mətbuat sektorundakı problemləri qabardırsa, gördüyü işlərin media vasitəsi ilə sabotaj edildiyindən şikayətlənirsə, bu, artıq hər şeyi ifadə edir. Xatırlayırsınızsa, mən hələ 2016-cı ildə "Azərbaycan mətbuatı: islahatlara daha çox ehtiyacı olan "dördüncü hakimiyyət...”” adlı geniş bir məqalə də yazmışdım və bu sektordakı problemləri göstərməklə yanaşı, xüsusi vurğulamışdım ki, ölkədə başlayacaq islahatların cəmiyyətə doğru-dürüst təqdimatı üçün, ilk növbədə, mövcud media siyasəti dəyişməli, media sağlamlaşdırılmalı və islahat dövrünə hazırlanmalıdır. Ancaq edilmədi və bu da nəticəsi...

Mən ölkənin qarşısında duran hədəfləri nəzərə alaraq, mediaya dövlət nəzarətinin olmasını vacib şərt sayıram. Hesab edirəm ki, mediaya rəsmi və ya qeyri-rəsmi nəzarət edən qurumlar – KİVDF və Mətbuat Şurası birləşdirilməli, vahid bir dövlət qurumu yaradılmalı və onun başına da media işini mükəmməl bilən tamahsız, dövlətin ayırdığı vəsaitə göz dikməyəcək, dövlət maraqlarını oliqarxiyanın maraqlarına satmayacaq dürüst, vicdanlı, məsuliyyətli və ədalətli bir şəxs gətirilməli, ondan sonra bu sahədə düzən, qayda yaradılmalıdır".

 

"KİVDF-yə ayrılan vəsaitlərin necə xərclənməsi yoxlanılmalıdır" - Fəzail Ağamalının fikirləri dəstəkləndi 

Baş redaktor deputat Fəzail Ağamalının KİVDF-nin fəaliyyəti haqqında söylədiyi fikirlərə də dəstək verib: 
"Fəzail Ağamalının KİVDF haqqında söylədiklərinə gəldikdə, o hələ çox az və eşitdiklərini deyib, bu sektordan nə bilir ki?! Biz iki "Jurnalist binası”nın tikintisində və bölüşdürülməsində, eləcə də jurnalistlər üçn keçirilən yazı müsabiqələrində bu qurumun hansı hoqqalardan çıxdığını çox yaxşı bilirik. Ömründə bir yazı yaza bilməyən savadsız, dövləti təfəkkürdən tamamilə uzaq bir adamı, qəzetsatanı gətirib qoyublar mühüm bir dövlət qurumunun başına, o da buranı öz şəxsi ticrət obyekti sayır. Belə bir adam nə bilir informasiya siyasəti nədir, jurnalistika nədir? Əlbəttə, buraya ayrılan dövlət vəsaitinin təyinatı üzrə xərclənib-xərclənmədiyi ciddi şəkildə yoxlanmalıdır. Təsəvvür edin, iki binada yerləşən jurnalistlərin əksəriyyəti evlərini söküb, təzədən təmirə başlayıblar, çünki tamamilə keyfiyyətsiz materiallardan tikilib. Jurnalistlərin çoxu qorxur deyə, yazmırlar. Ancaq bir maraqlananın, görün, o iki binanın tikintisinə nə qədər vəsait ayrılıb, onun nə qədəri tikintiyə sərf olunub, binalara mal-materiallar haradan gətirilib və hansı qiymətlərə, gətirən şirkətlər kimlərə məxsusdur, o iki binaya sərf olunan məbləğə digər şirkətlər neçə bina tikərdi? Mən hələ qəzetlər üzərində qurulan maliyyə maxinasiyalarını qoyuram bir kənara”.
Xəbər 1588 dəfə oxunub






Oxşar xəbərlər

Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?
Azərbaycanda Ombudsman dəyişir: Üç namizəd var
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
Ayaz Mütəllibov Paşinyana sərt cavab verdi
Mehriban Əliyeva Putinlə görüşəcək
“Bu adamlar “söyüş kampaniyası” fonunda öz varlıqlarını...” - QULU MƏHƏRRƏMLİ
İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı
Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"
Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.58803] initstartout [0.00023] initstartin [0.00101] calstart [0.02800] calend [0.00086] topnewsend [0.01016] rsssend [0.00000] ehgend [0.02467] tagsstart [0.00087] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.52217]