Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:21 - 18.11.2019  
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Tarix: 19-10-2019, 10:56 | Bölmə: Xəbərlər » Ölkə içi

Azərbaycanda iqtisadiyyatın mühüm problemlərindən biri məmur oliqarxiyasının mövcudluğudur. Müstəqil ekspertlərin, bir sıra millət vəkillərinin mütəmadi olaraq dilə gətirdikləri bu problemin həlli istiqamətində ciddi addımların atılmasını cəmiyyət böyük maraqla gözləyir. Son vaxtlar həyata keçirilən bəzi tədbirlər, səsləndirilən fikirlər iqtisadi proseslərin normal məcrada inkişafını əngəlləyən məmur-biznes bağlılığına qarşı təsirli vasitələrdən istifadə olunacağına dair ümidləri artırır.

Oliqarx məmurların sonu çatdımı? – EkspertdənBelə addımlardan biri olaraq Əli Əsədovun ölkənin Baş Naziri postuna təyinatıdır. Hesab olunur ki, məmur oliqarxiyasına yaxından bələd olan yeni baş nazir bu qrupun neytrallaşdırılması istiqamətində təsirli mexanizmlərin hazırlanmasında mühüm rol oynayacaq. Bir neçə gün əvvəl 2019-cu ilin doqquz ayının social-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı ölkə prezidenti Ə.Əsədova mühüm tapşırıqlar verdiyini bildirib. Bu tapşırıqlar sırasında islahatların davam etdirilməsi, ən əsası isə kadr islahatlarının aparılması, gənc, bacarıqlı və müasir dünyagörüşlü şəxslərin vəzifələrə təyinatı da qeyd edilib. Prezident son illərdə təyin edilən gənc nazirlərin işindən razılıq etməklə yanaşı, bəzi məmurların onlara mane olmağa çalışdıqlarını da xüsusi vurğulayıb. Aydın məsələdir ki, öz fəaliyyətində şəffaflığı təmin edən, korrupsiya imkanlarını minimum endirən gənc nazirlərin fəaliyyəti ilk növbədə korrupsiyaya bulaşmış, özlərinin iqtisadi və biznes maraqlarını dövlət maraqlarından önə qoyan məmur-oliqarxların mənafelərilə ziddiyyət təşkil edir.

Prezident eyni zamanda bir sıra sahibkarların vergidən yayınmağa çalışdığını bildirərək, onlara qarşı sərt tədbirlər görüləcəyini bəyan edib. Azərbaycanda daha çox məmurlara bağlı şirkətlərin, sahibkarların vergidən yayındıqları heç kimə sirr deyil. Bu baxımdan, prezidentin vergidən yayınan sahibkarlarla bağlı dedikləri əslində onların arxasında dayanan məmur-oliqarxlara yönəlmiş xəbərdarlıq kimi də qiymətləndirilir.

İqtisadçı-ekspert Rəşad Həsənovun "Yeni Müsavat”a dediyinə görə, Azərbaycanın qeyri-neft iqtisadiyyatının qarşısındakı ən böyük maneələrdən biri məmur-oliqarxiyasının mövcudluğudur: "Düşünürəm ki, bu istiqamətdə ehtiyatlı, lakin prinsipial islahatların həyata keçirilməsinə ehtiyac var. Ehtiyatlı ona görə ki, Azərbaycanda 25 ildə kapital yığımı prosesi normadan kənar şəkildə həyata keçirilib. Kapital daha çox məmur-oliqarxların əlində cəmləşib. Burada sərt mövqenin ortaya qoyulması Azərbaycandan ciddi kapital axınına gətirib çıxara bilər. Bu vəsaitlər ölkə iqtisadiyyatından kənara yönləndirilə bilər ki, bu, indiki şərtlər daxilində qətiyyən arzuolunan deyil. Çünki Azərbaycanda kapitala ciddi ehtiyac var, kapital da bir neçə adamın əlində cəmləşib. Onların prosesdən kənarlaşdırılması kapitalın iqtisadiyyatdan axmasına gətirib çıxara bilər. Buna görə də prosesin mərhələli şəkildə aparılmasına ehtiyac var”.

Ekspert hesab edir ki, artıq proseslərin mövcud mexanizmlə davam etməsi mümkün deyil: "Konkret dəyişikliklərin baş verməsi lazımdır. Bu dəyişikliklər də ilk olaraq başlamalıdır məmurların iqtisadiyyatdan mərhələli çəkildə kənarlaşdırılmasından. İcraedici, yaxud qərarverici olmasından asılı olmayaraq, məmur iqtisadi proseslərdə iştirakçı olursa, o korrupsiya üçün şərait yaradır. Çünki səlahiyyətlərindən öz mənafeyi üçün istifadə edir. Bu maraqlar konflikti yaradan mənzərə aradan qaldırılmalıdır. İkinci mərhələ maliyyə amnistiyası olmalıdır. Aktivlərin leqallaşdırılması ilə bağlı hökumət bütün oyunçulara, o cümlədən məmur-oliqarxlara da şərait yaratmalıdır. Hətta indiyədək xaricə çıxarılmış kapitalın da ölkəyə qaytarılması ilə bağlı məqamlar da nəzərə alınmalıdır. Bu kapital ölkəyə gətirilməli və ölkə iqtisadiyyatına yatırılması təmin olunmalıdır. Nəzərə alınmalıdır ki, məmur oliqarxiyası, yaxud himayədarlıq iqtisadiyyatda inhisarın əsas təməlini formalaşdırır. İnhisar isə təbii rəqabətin olmamasına, son nəticədə Azərbaycan iqtisadiyyatının qlobal rəqabətliliyinə neqativ təsir göstərir. Ölkədə istehsal olunan məhsulların dünya bazarlarında rəqabət imkanları məhduddur. Nəticədə bu gün bizim qeyri-neft ixracımız idxalımızdan təxminən 7-8 dəfə aşağıdır. Bu, çox ciddi problemdir - bu ilin 8 ayında biz təxminən 1,4-1,5 milyard dollarlıq qeyri-neft məhsulu ixrac etmişik, əvəzində 11 milyard dollardan artığını idxal etmişik. Bu, məhz iqtisadiyyatın qeyd olunan təməl nöqsanları - inhisarçılığın, məmur oliqarxizminin, himayədarlığın nəticəsidir. Və bunlar tamamilə aradan qaldırılmalıdır”.

R.Həsənovun sözlərinə görə, kimlərdə himayədarlarına arxayın olub fəaliyyətində qanunlardan kənara çıxırsa, digərləri də onlara uduzmamaq üçün eyni addımı atmağa məcbur olurlar: "Yəni bəziləri himayəçilərinin sayəsində istehsalını, satışını vergidən yayındırırsa, digərləri də bazarda qalmaq üçün eyni addımı atmağa məcbur olurlar. Əks halda, qanuni ödənilən vergilər satdıqları, yaxud istehsal etdikləri məhsulların maya dəyərinə oturub onu bahalaşdıracaq və bu da bazar payının itirilməsi ilə sonuclanacaq. Bu isə iqtisadiyyatın digər kəskin problemini - gizli iqtisadiyyatı yaradır. Məmur oliqarxiyasına qarşı addımlar ölkədə gizli iqtisadiyyatın da həcmini aşağı salacaq”.

Ekspert qeyd edir ki, ölkədə vergidənyayınmanın əsas səbəblərindən biri büdcə xərcləmələrindəki qeyri-şəffaflıqla bağlıdır: "Şəffaflıq olmadıqda insanlarda, sahibkarlarda ödədiyi vergilərin şəffaf xərclənməsinə inamsızlıq yaradır. Bu inamsızlıq isə vergi ödəmək mədəniyyətinin oturuşmasına imkan vermir. Buna görə də vergilər hesabına formalaşan büdcə vəsaitlərinin xərclənməsində tam şəffaflıq yaradılmalıdır. Çox müsbət haldır ki, ölkə rəhbərliyi bu məsələni önə çəkdi və xərcləmələrə nəzarətin gücləndiriləcəyini dedi. Bu sahədə sərt mübarizənin aparılması sahibkarla - ödəyici ilə dövlət arasında inamı gücləndirəcək. Ölkə iqtisadiyyatında sağlam rəqabət mühiti formalaşdırılmalı, iqtisadiyyat mümkün qədər liberallaşdırılmalı, bütün oyunçular üçün mümkün qədər bərabər, ədalətli şərtlər formalaşdırılmalıdır. Bunun üçün də məmur özbaşınalığına, inhisarçılığa və himayədarlığa son qoyulmalıdır”. /MUSAVAT/

Xəbər 698 dəfə oxunub






Oxşar xəbərlər

Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.34967] initstartout [0.00023] initstartin [0.00106] calstart [0.01256] calend [0.00073] topnewsend [0.00630] rsssend [0.00000] ehgend [0.01005] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.31805]