Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:54 - 21.11.2019  
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
Tarix: 18-10-2019, 13:24 | Bölmə: Xəbərlər » Ölkə içi

"Media cəmiyyətin, iqtisadiyyatın mühüm tərkib hissəsi olduğuna görə, təkcə mediada yox, ölkədə bütün sahələri əhatə edən, köklü şəkildə islahatlar aparılmalıdır"

Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...Prezident İlham Əliyevin son müşavirəsində səsləndirdiyi bir çox fikirlər, o cümlədən media ilə bağlı iradlar dünəndən başlayaraq sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib. Əksər sosial şəbəkə istifadəçiləri Prezidentin səsləndirdiyi bu fikirləri dəstəkləyir və tələb edirlər ki, medianı ölkə başçısının da dediyi kimi, mübarizə növünə çevirənlər qanun qarşısında cavab versinlər.

Həmçinin artıq sosial şəbəkələrdə müəyyən həştəqlərlə Prezidentin bu sözlərinin, əslində kimlərə ünvanlanması ilə bağlı ehtimallar səsləndirilir, müəyyən məmurların adları qeyd olunur.

Maraqlıdır, görəsən media mütəxəssisləri, tanınmış jurnalistlər bu barədə necə düşünürlər? Prezident, əslində həmin sözləri kimə ünvanlamışdı? Dövlət başçısının məlum çıxışından sonra hakimiyyətin media siyasətində ciddi dəyişikliklər, islahatlar gözlənilirmi?

Suallarımıza "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev və tanınmış jurnalist, siyasi şərhçi Azər Rəşidoğlu ilə AYNA tutmağa çalışdıq.

Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...Mehman Əliyev düşünür ki, jurnalistlərə ev verməklə, pul verməklə mətbuatı daxili mübarizə vasitəsinə hakimiyyət özü çevirib: "Bu, çoxdankı vəziyyətdir. Bu gün mediaya ancaq çirkli pullar axır. Bu, uzun illərdir, bu istiqamətdə aparılan media siyasətinin nəticəsidir. Yəni hakimiyyət özü medianı mübarizə vasitəsinə çevirib. İndi də həmin adamlardan soruşmaq lazımdır ki, bunu niyə etmisiniz”.

"Problem ondadır ki, onlar bu prosesə başlayanda Azərbaycanda sosial şəbəkələr çox zəif idi və elə bilirdilər ki, hər şeyi ələ almaqla istədiklərinə nail ola biləcək, istədiklərini təhqir edəcək, istədikləri böhtanları yayacaqlar və heç kəs də bunlara cavab verə bilməyəcək, çünki media da öz əllərindədir. Amma qəzetlər, telekanllar bağlansa da, sosial şəbəkələr, onlayn media inkişaf edir və mübarizə daha çox sosial şəbəkələrdə gedir”, - deyə müsahibimiz qeyd edib.

 

M.Əliyevin fikrincə, Prezident birinci növbətə bu ittihamları hakimiyyətdə media siyasətini aparan şəxsə ünvanlamalıdır: "Soruşmalıdır ki, "sən bu siyasəti aparmısan və nəyə görə medianı bu vəziyyətə gətirib çıxarmısan?" Məndən soruşmayacaq ki, "Turan” bu 30 il ərzində bir dəfə də olsun böhtana, təhqirə görə məhkəməyə cəlb olunmayıb. Həmin sual Əli Həsənova ünvanlanmalıdır. Çünki onlar media siyasəti ilə məşğul olublar və medianı acınacaqlı duruma gətirib çıxarıblar”.

Həmsöhbətimiz düşünür ki, media cəmiyyətin, iqtisadiyyatın mühüm tərkib hissəsi olduğuna görə, təkcə mediada yox, ölkədə bütün sahələri əhatə edən, köklü şəkildə islahatlar aparılmalıdır: "Hakimiyyətdə fəlsəfə dəyişməlidir, korrupsiyaya, özbaşınalığa son qoyulmalıdır. Cəmiyyətdə azad və ədalətli münasibətlər yaradılmalıdır. Həmçinin düzəldilməli xeyli iqtisadi, siyasi, hüquqi məsələlər var. Əks təqdirdə medianı düzəltmək mümkün olmayacaq. Bu savaş davam edəcək, daha da dərinləşəcək, nə dövlətə, nə cəmiyyətə, nə də ayrı-ayrı şəxslərə fayda gətirəcək”.

 

"Əslində, Əli Həsənov çoxdan postundan göndərilməliydi, bilmirəm, onu bu vaxta qədər niyə saxlayıblar. Onu nəinki postundan göndərmək, məsuliyyətə cəlb etmək lazımdır ki, 1994-cü ildə Prezident Aparatına bir dəst paltarla gəlmiş Əli Həsənov, necə olub ki, multimilyonçuya çevrilib? Bu qədər sərvəti, media qurumları, binaları haradandır? Medianı məhv etmək, media bazarını öz əlinə keçirmək, bəhrələnmək və sair - hamısı onun siyasətidir. Ona görə də bütün bunların cavabı ondan ciddi şəkildə soruşulmalıdır. Həyat yoldaşının məhkəməsi gedir, ancaq hələ də Sona Vəliyeva məhkəmə qarşısına çıxmayıb”, - deyə M.Əliyev vurğulayıb.

Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...Rəşidoğlunun isə ölkə rəhbərinin çıxışından gəldiyi nəticə budur ki, korrupsiyaya uğramış və Prezidentin xəbərdarlığını saymayan məmurların sonu yaxınlaşır: "Onlar  dərk edirlər ki, tezliklə sonları gələcək. Buna görə də hər cür sabotaja əl atırlar. Prezidentə yanlış məlumatlar verilir və hər vəchlə çalışırlar ki, Prezident sərt addımlar atsın. Vətəndaşlar birinci şəxsdən narazı deyillər, lakin bu bərbad ideoloq işindən narazıdırlar və bu sahədə dəyişiklik olmazsa, narazılıq ünvanı tədricən dəyişə bilər. Həmin məmurlar yumşalma siyasətinin qarşısını almaqla yanaşı, əslində ali rəhbərliyə xəyanət edirlər". 

Jurnalistin fikrincə, İlham Əliyevin qarşısında iki yol qalır: "Ya o, islahatlara qarşı çıxan məmur korpusunu dəyişir, ya da həmin şəxslər islahatların qarşısında əngəl olmaqda davam edirlər. Fakt budur ki, İlham Əliyev müstəqilliyin qorunması və siyasi-iqtisadi-sosial islahatlara yönəlmiş siyasət həyata keçirdiyi halda, qarşı tərəfdəki qrup ancaq öz marağını güdməklə məşğuldur".

"Belə olan təqdirdə, təbii ki, mötədil insanlar Prezidenti dəstəkləyəcəklər. İlham Əliyev ona arxadan zərbə vurmağa hazır olan bəzi məmurlardan təcili xilas olmalı, xalqa və müstəqil ekspertlərə üz tutmalıdır. Ölkədə azad medianın yenidən qurulması vacibdir. Yeni dövrdə belə siyasət işləmir və işləyə də bilməz. Zorakılığı təbliğ etmək yox, cəmiyyətə barışıq əlini uzatmaq lazım gəlir", - ekspert bildirib.

"Necə olur ki, ölkənin birinci və ikinci şəxsləri bunu edir, YAP və "troll jurnalistləri” idarə edən simalar vəziyyəti daha da sərtləşdirirlər?. Məsələn, bir sıra veteran media rəhbərləri – Mehman Əliyev, Elçin Şıxlinski, Qulu Məhərrəmli, Arif Əliyev və digərlərinin təzyiqlərə məruz qalmasının fəsadını niyə düşünmürlər? Yəni, dərk eləmək çətindirmi ki, az intellektli insanlar hakimiyyətin ideoloqu kimi təqdim edilə və göstəriş verə bilməz. Media siyasəti o qədər nöqsanlıdır ki, bu şəxslərin ucbatından minlərlə insan Vidadi İsgəndərli kimi ruhi xəstələrin çıxışlarına qulaq asır. Ona və onun kimilərə maliyyə və məlumatı kimin ötürdüyü isə ayrı mövzusudur”, - Rəşidoğlu əlavə edib.

Xatırladaq ki, Prezident İlham Əliyev müşavirədə media ilə bağlı bu fikirləri səsləndirib: "O cümlədən, mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm, amma bildirməliyəm ki, bir hökumət üzvü digər hökumət üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Onların apardığı islahatlar, hansılar ki, Prezidentin tapşırığıdır, onlara kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Ona görə islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxsa və altdan-altdan bizim işimizə mane olmaq istəsə, əlbəttə ki, belə adamlarla biz bir yolun yolçusu ola bilmərik”.

Müəllif: Rumiyyə Miraslan

Xəbər 1808 dəfə oxunub






Oxşar xəbərlər

Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?
Azərbaycanda Ombudsman dəyişir: Üç namizəd var
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
Ayaz Mütəllibov Paşinyana sərt cavab verdi
Mehriban Əliyeva Putinlə görüşəcək
“Bu adamlar “söyüş kampaniyası” fonunda öz varlıqlarını...” - QULU MƏHƏRRƏMLİ
İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı
Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"
Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.44312] initstartout [0.00028] initstartin [0.00145] calstart [0.01718] calend [0.00102] topnewsend [0.00993] rsssend [0.00000] ehgend [0.01401] tagsstart [0.00116] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.39802]