Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:54 - 21.11.2019  
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
Tarix: 16-10-2019, 09:47 | Bölmə: Xəbərlər » Ölkə içi

"Cənub mirvarisi” olan şəhərdə narkomaniya və oğurluq artır, yollar, parklar, küçələr satılır, bölgə zülmət içində; 2004-dən yollar asfaltlanmayıb…

İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia

 

Camaat içində həmişə "Xan Lənkəran”, "Cənub mirvarisi” adlanan şəhərin indi nə xanlığı, nə mirvariliyi qalıb. Ona görə yox ki, öz əzəmətini, insanları qonaqpərvərliyini itirib. Yox. Ona görə ki, Lənkəranda gözoxşayan yalnız restoranların, geyim mağazalarının artmasıdır, bölgə inkişafdan qalıb, heç bir irəliləyiş yoxdur.

Lənkəran haqda məşhur mahnının sözlərinə düzəliş etsək, "Nanədi, reyhandı, güldü yox,  problemdi Lənkəran!” Lerikdə məmurların, müğənnilərin falına baxan Məmmədsəfanın kəndindən reportajdan qayıdarkən baş çəkdiyimiz Lənkəranda ilk müşahidələrimiz belə oldu.

Regionların inkişafı proqramı, icra hakimiyyətinin qarşısına qoyulan məsələlər heç biri laz2ımınca həll olunmayıb. Bu yerin inkişaf meyarları dükanların çoxluğu ilə ölçülür, alt qatında isə bəlalar gizlənir. Nədən ibarətdir bu yaralar, ağrılar?

Ötən həftə cənub zonasında olarkən əhalidən öyrəndik ki, əsas dərd narkotikin cavanların həyatını məhv eləməsidir. Lerik, Astaradan daha çox Lənkəranda narkomaniya yayılıb. İndi narkomaniyanın üstünə oğurluq da gəlib. Əvvəlki illərdə narkomanların evləri qarət etmələri bu qədər sürətlə çoxalmamışdı. Camaat evlərində gecələr rahat yata, gündüzlər qapını qıfıllayıb işinə gedə bilmir. Narkotiklə mübarizə aparılmasına baxmayaraq, Lənkəranda "ağ ölüm” geniş yayılıb. Bu da oğurluq hallarının artmasına səbəb olub.

"Evləri yarmaq, qiymətli əşyaları aparmaq hadisələri çoxalıb. Bunu edənlərin əksəriyyəti də narkomanlardır. Qabaq narkomanlar arasında oğurluq az idi. Yəqin ordan-burdan pul tapırdılar. Vəziyyətin ağırlaşdığı görünür”, – deyə Qalayçılar məhəlləsinin sakinlərindən biri narahat şəkildə danışır.

Onun sözlərinə görə, əvvəlki illərdə narkomaniya Lənkəranın şəhərində ayaq açmışdısa, indi kəndləri də cənginə alıb: "Bu yay bərbərxanaya girmişdilər. Təsəvvür elə ki, nə vəziyyətə düşüblər. Axı orda nə ola bilər? Əllərinə nə keçib aparıb dəyər-dəyməzə satırlar”.

Lənkəranın "Daş körpü”, Qalayçılar, Kiçik B azar məhəllələri, iki mikrorayonda narkomaniya daha geniş vüsət alıb. Lənkəran Regional Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyev bu ilin iyununda "Azadlıq” radiosuna demişdi ki, cənub bölgəsində narkomanlıq qocalır. Yerli camaat isə razılaşmır – narkomaniya cavanlaşır. Sakinlərin sözlərinə görə, səbəb sosial vəziyyət, işsizlikdən əlavə gənclər arasında təbliğ olunmasıdır. Təbii ki, bununla ciddi mübarizə aparılır, amma kökünün kəsilməsi üçün daha böyük proqramlar olmalıdır, əks halda, qarət olunmayan ev qalmayacaq…

Lənkəranda nədə irəliləyiş var sualını versəniz, çoxlu geyim mağazaları, restoranlar, otellər açıldığını deyə bilərik. İndi cavanlar üçün yegan2ə iş yerləri də satıcı, ofisiant vakansiyalarıdır. Bu müddət ərzində şəhərin abadlaşması, inkişafı, quruculuğu üçün yerli icra hakimiyyəti əlini ağdan qaraya vurmayıb. Yollar asfaltlanmayıb, ara məhəllələr Xruşşovun vaxtında asfaltlanıb, dağılıb-tökülmüş, dəlmə-deşik küçələr göz deşir. Lənkəranın mərkəzi yolları və küçələri ən sonuncu dəfə 2004-cü ildə, Zeynal Nağdəliyevin icra başçısı işlədiyi dövrdə nisbətən asfalt olunub. 2015-ci ildə dövlətin büdcəsindən Lənkəranda yolların təmirinə 4 milyon manat ayrılıb, yollar isə bərbad gündədir.

Parklarda oturacaqlar belə yenilənməyib. Hara baxırsan, obyekt tikilib – Rayon Mərkəzi Xəstəxanasının qarşısında, Qala Xiyabanının ortasında… Şəhərin əsas parklarında ticarət obyektləri tikilib. Əfqanıstanda həlak olmuş lənkəranlıların xatirəsinə ucadılmış heykəlin ərazisində olan yaşıllığı da az qala məhv edəcəkdilər. Son anda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbəri olduğu "İDEA” ətraf mühiti mühafizə təşkilatının bəyanatları nəticəsində orta hissədə iş dayandırıldı, amma ərazinin kənarları satıldı.

Xocalı parkının arxa hissəsi isə tamamilə satılıb, ərazidə müxtəlif iaşə və avtomobillərə servis xidməti yaradılıb. Prezidentin 3 il əvvəl açılışını etdiyi, yenidən qurulan Mərkəzi Xəstəxananın qarşısı satılıb və yol ensiz şəraitə gətirilib, mağazalar artıq fəaliyyət göstərir.

Lənkəranın məşhur "Çay evi” binasının qarşısı park olsa da, bura da satılıb və insanlar üçün kiçik keçid saxlanıb.

Lənkəranın iki tarixi kinoteatrı "Nizami” və "Spartak” artıq tarixin yaddaşına köçürülüb və yerlərində obyektlər tikilib. Əvəzində Lənkəranın simvolu sayılan Dairəvi Qala tam olaraq dağılmış vəziyyətə gəlib.

Bu müddət ərzində Lənkəran İH tərəfindən bir park belə, salınmayıb. Bundan əlavə, bir neçə ilə əvvəl rayon küçələrinin işıqlanmasına vəsait ayrılmışdı. Amma şəhərin ən böyük yaşayış massivində, yəni mikrorayonda insanlar gecələr çölə çıxa bilmir. Çünki tamamilə qaranlıq və zülmətdir. Eyni vəziyyət Səttarxan  küçəsində hökm sürür.

Lənkəranda evlərə içməli su çəkilsə də, kanalizasiya problemi həllini tapmayıb. Sakinlər deyir ki, neçə il əvvəl yollar qazıldı, müharibə meydanına çevrildi, kanalizasiya sistemi qurulacağı bildirildi. Şəhəri başdan-başa qazsalar da, sonra torpaqladılar, heç nə olmamış kimi həyat davam elədi. İşin çətinliyini əsas gətirib layihəni icra eləmədilər. Ona görə Lənkəran yeganə şəhərlərdən biridir ki, kanalizasiya sistemi qurulmayıb, xəndəklərin və Xəzər dənizinin ümidinə yaşayır.

Camaat isə şikayətlənir ki, büdcədən bu qədər vəsait ayrıldı, iş görülmədi, maliyyənin hara getdiyinə dair hesabat da verilmədi. İndi əsasən də yay aylarında üfunət küçələri bürüyür, ağcaqanadlar "meydan sulayır”.

Lənkəranda bineyi-qədimdən kanalizasiya xətti olmayıb. Bu gün də yoxdur. Sabah da olacağına ümid verilmir. Di gəl ki, 2013-cü ildən sonra şəhərdə kanalizasiya sistemi qurulmalıydı, qurulmadı. Necə deyərlər, "it də getdi, ip də”. Yəni ayrılan pullar da yoxa çıxdı, kanalizasiya da…

Eyni ərəfədə Masallıda da kanalizasiya sistemləri qurulurdu. Bu cənub şəhərinin yolları da qazıq-qazıq olunmuşdu. Amma kanalizasiya sistemi quruldu. Hətta Masallının icra başçısı Rafil Hüseynov bizə müsahibəsində demişdi ki, proses ağırdır, amma mümkündür. Lənkəranda isə müəmmalı şəkildə kanalizasiya sisteminin qurulması işi "dəfn” olundu. Sonra camaat arasında söz-söhbət yaydılar ki, Lənkəranın yollarını qazdıqdan sonra işin çətinliyini görüb yarımçıq saxlayıblar. Yəni əsl tragikomediya… /mənbə - "Yeni Müsavat”ın 5 oktyabr sayından/

Xəbər 2043 dəfə oxunub






Oxşar xəbərlər

Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?
Azərbaycanda Ombudsman dəyişir: Üç namizəd var
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
Ayaz Mütəllibov Paşinyana sərt cavab verdi
Mehriban Əliyeva Putinlə görüşəcək
“Bu adamlar “söyüş kampaniyası” fonunda öz varlıqlarını...” - QULU MƏHƏRRƏMLİ
İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı
Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"
Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [1.05841] initstartout [0.00025] initstartin [0.00111] calstart [0.02729] calend [0.00106] topnewsend [0.01174] rsssend [0.00000] ehgend [0.03419] tagsstart [0.00119] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.98150]