Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:23 - 23.11.2019  
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Tarix: 14-10-2019, 13:41 | Bölmə: Xəbərlər » Ölkə içi

DTX-nin uğurlu antiterror əməliyyatı: Azərbaycan kimlərin hədəfindədir?

İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”Dövlət Təhlükəsizlik Xidməti (DTX) daha bir böyük əməliyyat keçirərək, terror şəbəkəsini zərərsizləşdirib. Belə ki, DTX-nın İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 218.2 və 279.1-ci  maddələri ilə aparılan cinayət təqibi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, "Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərən Azərbaycan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdlü Güləliyev Bəhram Tağıbəy oğlu 2003-cü ildə qeyri-leqal yollarla Əfqanıstan ərazisinə keçib və oradakı qanunsuz silahlı birləşmələrə qoşulub:

"Bəhram Güləliyev barəsində başlanılan cinayət işi üzrə beynəlxalq axtarış tədbirləri çərçivəsində, sonuncu Pakistan İslam Respublikasında saxlanılaraq 2019-cu ilin oktyabr ayında Azərbaycana ekstradisiya edilib.

Müəyyən olunub ki, Bəhram Güləliyev beynəlxalq terror təşkilatlarını kimyəvi maddələrdən istifadə etməklə hazırladığı partlayıcı qurğularla təchiz edib, əcnəbilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlimlər aparıb, eləcə də Azərbaycan vətəndaşlarını həmin silahlı münaqişələrə cəlb edib.

Davam edən araşdırmalarla Əfqanıstan və Pakistanın sərhəd bölgələrində terror təlimlərində və silahlı münaqişələrdə iştirak edən, daha sonra tərkibində olduğu dəstənin digər üzvləri ilə birlikdə Suriya ərazisinə keçərək orada dini düşmənçilik zəminində aparılan döyüşlərdə iştirak edən Azərbaycan vətəndaşı, 1988-ci il təvəllüdlü Süleymanov Telman Çərkəz oğlu, habelə onunla eyni vaxtda həmin terror qruplaşmalarının tərkibində Suriyanın Atma və digər şəhərlərində silahlı münaqişələrdə iştirak edən Azərbaycan vətəndaşı, 1986-cı il təvəllüdlü Qasımov Elçin Tofiq oğlu ifşa olunaraq saxlanılıblar".

 

İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”

 

Bildirilib ki, beynəlxalq terror təşkilatlarına qoşulduğuna görə hazırda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilmiş, 1982-ci il təvəllüdlü Abbasov Rasi Yaşar oğlunun 2014-cü ilin sentyabr ayında ölkə ərazisini tərk edərək Türkiyəyə, oradan isə xüsusi bələdçilər vasitəsilə qanunsuz yolla Suriya ərazisinə keçərək terror təşkilatına daxil olduğu, həmin cinayətkar birliyin tərkibində Suriyanın Cerablus, Rakka və digər şəhərlərində dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirakı müəyyən edilib. Bəhram Güləliyev, Telman Süleymanov, Elçin Qasımov və Rasi Abbasov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

 

"Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirdi ki, DTX-nın əməliyyatı alqışa layiqdir: "İŞİD-ın bir qədər zəifləməsi və onların daha çox Əfqanıstana yığışmasından sonra bunun keçmiş postsovet məkanı üçün təhlükə olduğunu ilk dəfə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Vasilyeviç Bortnikov demişdi. Bir neçə gün bundan öncə də Aşqabadda keçirilən MDB dövlətlərinin toplantısında Rusiya prezidenti Putin də bu məsələni dilə gətirdi. Dedi ki, bu məsələlər bizim üçün çətindir və sözün həqiqi mənasında ciddi əməkdaşlıq etməliyik. Yəni radikal terroristlərin oradan böyük təhlükə olduğunu Rusiya kimi nəhəng dövlət də etiraf edir. Təbii ki, bizim üçün də bu, təhlükədir. Çünki onların içərisində Azərbaycan vətəndaşları da olub. Yadınıza salın ki, Rusiya prezidenti demişdi ki, bu adamlar öncə İranın ərazisinə keçəcək, daha sonra isə postsovet məkanına. Bu mənada ilk olaraq biz nəzərdə tutuluruq, daha sonra isə Ermənistan. Ancaq təbii ki, islamçı Ermənistana keçməyəcək. O, müsəlman ölkəsi olan Azərbaycana üz tutacaq. Belə bir təhlükə hələ də qalmaqdadır. Biz bu adamları vətəndaşlıqdan çıxarsaq da, onların ölkə ilə müəyyən əlaqələri mövcuddur, gələ bilərlər. Təxmini rəqəmlər budur ki, gedən 950 adamın, 450-si ölmüşdü. Qalanların isə bir qismi qadınlardır və İraqda həbs ediliblər. Lakin yenə də terroristlər var və yeri gələndə Azərbaycanı hədələyirlər. Hədələməyin də səbəbi budur ki, həmin şəxslər mövcud olduqlarını rəhbərlərinə göstərmək istəyirlər ki, bölgəni təhdid altında saxlaya bilirik. DTX-nın əməliyyatı çox yaxşı haldır və bu, təqdirə layiqdir”.

Ekspertin sözlərinə görə, xüsusi təhlükəsizlik orqanları bu cür şəxslərlə bağlı məsələni daimi nəzarətdə saxlayırlar: "Təbii ki, onlarla bağlı görülən işləri ictimaiyyət bilməli deyil. Bütün bunlar məxfi qaydada aparılır. Açıqlansa ki, kiminsə izinə düşüblər, o zaman həmin adam da əks tədbirlər görəcək. Xüsusi təhlükəsizlik orqanlarının əsas işi məxfilikdir. Məxfiliklə əməliyyat şəraitinə nəzarət edirlər. Bu adamların zərərsizləşdirilməsi bizim üçün çox müsbət hadisədir. Sözün həqiqi mənasında bu əməliyyat şəraitinə Azərbaycan xüsusi xidmət orqanları tərəfindən çox yaxşı nəzarət olunur. Ən azından biləsiniz ki, terrorun təhlükə səviyyəsi Azərbaycanda xeyli aşağı düşüb. Hazırda ASALA-dan danışmağa dəyməz. Çünki bu terror təşkilatı fəaliyyətini faktiki olaraq dayandırıb. ASALA-nın 1995-ci ildən sonra fəaliyyəti yox səviyyəsindədir. Ona görə də xüsusilə qatı ərəb terror təşkilatı Abu Nidalla onların əlaqəsi yaranandan sonra terror təşkilatları ASALA ilə əlaqələrini kəsdilər. Çünki terror təşkilatları Abu Nidala nifrət edirdilər. Ümumilikdə Hakop Hakopyan öldürüləndən sonra ASALA-nın fəaliyyəti dayanmış kimidir. Ancaq erməni terrorizmi hər zaman baş qaldıra bilər. 150 ildir ki, hədəfdə Türkiyə və Azərbaycan gəlir. Yenə də onlar qalxa bilərlər və biləsiniz ki, buna da nəzarət olunur”.

Əli RAİS,
"Yeni Müsavat”

Xəbər 1236 dəfə oxunub






Oxşar xəbərlər

"Qarabağ" "Sumqayıt"a məğlub olub
Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib
Argentina 17 "siyasi" səfirini geri çağırır
“Qalatasaray” evdə “Başakşəhər”ə məğlub olub
Azərbaycan UNESKO-nun iki köməkçi orqanına üzv seçilib
Putin Mehriban Əliyevanı "Dostluq" ordeni ilə təltif edib - Foto
Göygöldə kişi meyiti tapılıb
“HYUNDAI” servis müştərisini aldadıb - Şikayət (FOTO+VİDEO)
Kəlbəcərin icra başçısı prezidenti aldadıb?! - NATAMAM DOSYE
Polşada erməni təxribatının qarşısı alındı
Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub
Yeni icra başçısı iki məmuru işdən çıxardı
Aygün Kazımovanın qardaşı azadlığa çıxdı
Rus səfirdən biabırçı Njde açıqlaması: “O, bizim...”
Əfv Komissiyasında yeni sədr - Ramiz Mehdiyevi kim əvəzləyəcək?
Əziz Əzizov “Korrupsiyaya qarşı mübarizə” qanununu pozub - Açıqlama
Bələdiyyə sədri qandallandı
Ata Abdullayevin Milan şousuna sərt reaksiyalar
Bakıda oğru marketin 2 işçisini bıçaqlayıb
“Hakimiyyəti populistlərə güzəştə getdim” - Sarkisyan
Türkiyənin məşhur aktrisaları Bakıya gəlir
Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?
Ata Abdullayevə diplomatik pasportu kim verib? – QALMAQAL
Azərbaycanda Ombudsman dəyişir: Üç namizəd var
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
Ayaz Mütəllibov Paşinyana sərt cavab verdi
Mehriban Əliyeva Putinlə görüşəcək
“Bu adamlar “söyüş kampaniyası” fonunda öz varlıqlarını...” - QULU MƏHƏRRƏMLİ
İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı
Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"
Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26743] initstartout [0.00018] initstartin [0.00074] calstart [0.01014] calend [0.00065] topnewsend [0.00494] rsssend [0.00000] ehgend [0.00627] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.24381]