Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:24 - 22.11.2019  
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Tarix: 14-10-2019, 07:44 | Bölmə: Xəbərlər » Ölkə içi

Toplantıda Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin şöbə müdiri Cəmil Əliyev və zəlzələ bölgəsində tikinti işlərini həyata keçirən şirkətlərin rəhbərləri iştirak edib

Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdıFHN-də Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş toplantı keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aparatında cari ilin fevral ayının 5-də və 6-da Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məsələlərinə həsr olunmuş toplantı keçirilib.

Toplantıda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və nazirliyin aidiyyəti vəzifəli şəxsləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin şöbə müdiri Cəmil Əliyev və zəlzələ bölgəsində tikinti işlərini həyata keçirən şirkətlərin rəhbərləri iştirak edib.

Toplantının keçirilməsində məqsəd baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı ölkə başçısının verdiyi sərəncam və tapşırıqların icrası üzrə ötən dövr ərzində görülmüş tədbirlərin, həmçinin işlərin qısa müddətdə yekunlaşdırılması istiqamətində qarşıya çıxan məsələlərin həlli yollarının müzakirəsi olub.

Toplantıda çıxış edən nazir Kəmaləddin Heydərov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hadisənin səhəri günü zəlzələ zonasına səfər etməsi, təbii fəlakətin nəticələri ilə yerindəcə tanış olması, zəlzələdən ziyan görmüş insanlarla görüşməsi və fəsadların operativ aradan qaldırılması istiqamətində mühüm tapşırıqlar verməsi ölkə başçısının çətin vəziyyətə düşən vətəndaşlarımıza hər zaman göstərdiyi ali dövləti qayğının növbəti təsdiqi oldu. Odur ki, hadisədən dərhal sonra zəlzələdən ziyan çəkmiş evlərin, sosial və infrastruktur obyektlərinin tikintisi, bərpa-gücləndirmə və təmir işləri ilə əlaqədar cənab Prezidentin imzaladığı sərəncamların əhəmiyyəti xüsusi vurğulanmalıdır. Zəlzələ bölgəsində fəsadların aradan qaldırılması ilə bağlı görülən bütün işlər ilk gündən daimi olaraq cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında olub. Bu isə əhali arasında böyük razılıq və minnətdarlıq hissi ilə qeyd olunur.

Nazir bildirib ki, ötən müddət ərzində Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən 10.608 fərdi yaşayış evi müayinə olunub. Müayinələr nəticəsində 663 fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğu, 1988-nin bərpaya, 4826-sının təmirə ehtiyacı olduğu müəyyən edilib. Digər evlərin isə qənaətbəxş vəziyyətdə və ya uzun illərdən bəri istifadəsiz olduğu aşkarlanıb. Müayinələrin nəticələrinə uyğun olaraq nazirliyin müvafiq qurumları tərəfindən qısa müddət ərzində layihə-smeta sənədləri hazırlanaraq, ərazidə bərpa və yenidənqurma işlərinə başlanılıb.

Nazir K.Heydərov bildirib ki, bölgədə zədələnmiş evlərin müayinəsi və layihə-smeta sənədlərinin hazırlanması işlərinə nazirliyin 200-ə qədər mütəxəssisi, bərpa, tikinti işlərinə isə 21 tikinti şirkəti, 3000-ə yaxın fəhlə və mühəndis cəlb olunub ki, bunların da 70%-ə qədəri yerli sakinlərdən ibarətdir.

Qeyd olunub ki, 30 sentyabr 2019-cu il tarixinə qədər qəzalı evlərin əvəzinə 327 fərdi yaşayış evinin tikintisi başa çatdırılaraq, sakinlərin istifadəsinə verilib. Hazırda 206 fərdi yaşayış evinin tikintisi davam etdirilir və bu ilin noyabr ayında başa çatdırılacaq.

Nazirin sözlərinə görə, bölgədəki qəzalı və bərpaya ehtiyacı olan evlərin bir hissəsi geoloji cəhətdən əlverişsiz-sürüşən ərazilərdə yerləşdiyindən həmin ərazilərdə yeni evlərin tikintisi və ya bərpası məqsədəuyğun hesab edilməyib. Bu səbəbdən, Şamaxı şəhəri ərazisində cəmi 174 mənzildən ibarət 3 ədəd 4-5 mərtəbəli yaşayış binalarının tikintisi qərara alınıb və hazırda hər 3 binanın tikintisi başa çatmaq üzrədir. Bundan başqa, Ağsu rayonunda sürüşmə zonasında yerləşən evlərin sakinlərinin köçürülməsi üçün Xatman kəndi ərazisində 24 evdən ibarət yeni qəsəbə salınır. İsmayıllı rayonu üzrə tikinti-bərpa işləri də nəzərdə tutulmuş qrafik üzrə davam etdirilir.

 

Bölgədə 1203 fərdi yaşayış evində bərpa işləri başa çatıb, 423 evdə bərpa işləri davam etdirilir. Digər bərpaya ehtiyacı olan evlərlə bağlı sənədləşmə işləri başa çatmaq üzrədir və yaxın günlərdə bərpa işlərinə başlanılacaq.

Nazir xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi tərəfindən bölgədə xeyli işlər görülüb. İlk günlərdə birliyin əməkdaşları və könüllüləri tərəfindən zəlzələdən ziyan çəkənlərə tibbi, psixoloji, ərzaq yardımları göstərilib, sosial vəziyyəti ağır olan ailələrin yaşayış-məişət problemləri araşdırılıb, müvafiq köməklik göstərilib. "Regional İnkişaf” İctimai Birliyi tərəfindən zəlzələdən zərərçəkmişlər üçün 79 yeni fərdi yaşayış evi tikilib, 15 ev əsaslı təmir edilib. Nazir bildirib: "Bu gün də bölgədə Heydər Əliyev Fondu ilə əlaqələndirilmiş şəkildə fəaliyyətimiz davam edir və Fondun böyük dəstəyini hiss edirik”.

K.Heydərov onu da əlavə edib ki, bölgədə müayinə, bərpa və təmir işləri ilə bağlı bəzi problemlərlə qarşılaşılır. Belə ki, zəlzələnin baş verdiyi tarixdən 8 ay keçməsinə baxmayaraq, bu günə qədər vətəndaşlar tərəfindən evlərinə baxış keçirilməsi barədə müraciətlər davam edir. Qeyd edilib ki, nazirliyin müayinə qrupları 6 ay ərzində zəlzələ bölgəsində olublar. Araşdırmalar göstərir ki, zəlzələdən sonrakı ilk aylarda daxil olan müraciətlər istisna olmaqla, digər ilkin baxış müraciətlərinin mütləq əksəriyyəti əsassız olub. Həmin evlərə baxışlar keçirilərkən onlarda zəlzələ ilə əlaqədar qüsurların olmadığı və əksəriyyətinin qənaətbəxş vəziyyətdə, bir sıra evlərin isə uzun müddət istifadəsiz olduğu müəyyən edilib. Müraciətlər çox vaxt zəlzələ ilə əlaqəsi olmayan, baxımsızlıq səbəbindən fiziki köhnəlmiş, habelə bəzi vətəndaşların özləri tərəfindən sonradan müdaxilə edilmiş evlərin, yardımçı tikililər və hasarların, yay aylarında mövsümi istifadə üçün nəzərdə tutulan tikililərin bərpası ilə bağlı olur. Buna baxmayaraq, həmin insanlar təkrar baxış üçün müraciət etməkdə davam edirlər. Belə ki, 25 sentyabr 2019-cu il tarixinə qədər zəlzələ bölgəsindən nazirliyə daxil olmuş 6 minə yaxın vətəndaş müraciətinin 2511-i təkrar müraciətdir. Həmçinin, 268 vətəndaşdan 4 və daha artıq müraciət daxil olub. Odur ki, ilkin baxış komissiyalarının fəaliyyəti artıq dayandırılıb və nazirlik tərəfindən zəlzələ bölgəsində müayinə işləri başa çatdırılıb. Bundan sonra işlər yalnız bu vaxta qədər tərtib edilmiş aktlar əsasında formalaşdırılmış siyahılar üzrə aparılacaq və evlərin müayinəsi üçün müraciətlərə baxılmayacaq.

Toplantıda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev çıxış edərək görülən işlər barədə məlumat veriblər. Zəlzələnin fəsadlarının qısa müddətdə aradan qaldırılması üçün göstərdikləri xüsusi diqqət və qayğıya görə rayon camaatı adından ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Bildirilib ki, ölkə başçısının imzaladığı sərəncamlara uyğun olaraq, zəlzələ nəticəsində İsmayıllı rayonu üzrə təmirə ehtiyacı olduğu müəyyən edilmiş 458 evdən 416-da, Şamaxı rayonu üzrə 2264 evdən 501-də, Ağsu rayonu üzrə 2104 evdən 408-də təmir işləri artıq bitib. Həmçinin, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi tərəfindən ümumilikdə 3 məktəb, 3 uşaq baxçası və 10 tibb məntəqəsinin tikintisi nəzərdə tutulub ki, bunlardan 3 məktəb və 6 tibb məntəqəsində işlər yekunlaşıb, digər obyektlərdə isə işlər yaxın zamanlarda bitəcək. İşlərin qısa müddətdə tamamlanması üçün bütün qüvvələr səfərbər olunub.

Sonra tikinti-bərpa işlərini həyata keçirən podratçı şirkətlərin nümayəndələri çıxış edərək görülən işlər və qarşıya çıxan məsələlər barədə toplantı iştirakçılarına məlumat veriblər.

Sonda ölkə rəhbərliyinin sərəncam və tapşırıqlarının qısa müddətdə icrasının təmin edilməsi və işlərin tezliklə sona çatdırılması məqsədilə qarşıda duran məsələlər geniş müzakirə edilib. İşlərin vaxtında başa çatdırılması üçün nazir K.Heydərov nazirliyin aidiyyəti qurumlarına və podratçı təşkilatlara müvafiq tapşırıqlar verib.

Demokratik.Az

Xəbər 883 dəfə oxunub






Oxşar xəbərlər

Əfv Komissiyasında yeni sədr - Ramiz Mehdiyevi kim əvəzləyəcək?
Əziz Əzizov “Korrupsiyaya qarşı mübarizə” qanununu pozub - Açıqlama
Bələdiyyə sədri qandallandı
Ata Abdullayevin Milan şousuna sərt reaksiyalar
Bakıda oğru marketin 2 işçisini bıçaqlayıb
“Hakimiyyəti populistlərə güzəştə getdim” - Sarkisyan
Türkiyənin məşhur aktrisaları Bakıya gəlir
Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?
Azərbaycanda Ombudsman dəyişir: Üç namizəd var
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
Ayaz Mütəllibov Paşinyana sərt cavab verdi
Mehriban Əliyeva Putinlə görüşəcək
“Bu adamlar “söyüş kampaniyası” fonunda öz varlıqlarını...” - QULU MƏHƏRRƏMLİ
İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı
Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"
Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26892] initstartout [0.00017] initstartin [0.00071] calstart [0.00966] calend [0.00053] topnewsend [0.00471] rsssend [0.00000] ehgend [0.00693] tagsstart [0.00073] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.24543]