Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:41 - 22.10.2019  
Heç kimin görmədiyi “Siyahıyaalma” – Bu saxtakarlıq kimə lazım idi?
Tarix: 12-10-2019, 22:19 | Bölmə: Xəbərlər » Ölkə içi

Heç kimin görmədiyi  “Siyahıyaalma” – Bu saxtakarlıq kimə lazım idi?"Hazırlıq prosesinə 43 min insan cəlb olunub, sorğu vərəqələri artıq hazırlanıb. Əhalinin sayına uyğun vərəqələr hazırdır. 28 bənddən ibarət sorğuda 180 göstərici yer alıb. Əhalinin bu sorğulara tam, dolğun cavab verməsi mühüm əhəmiyyət kəsb edir…”

Bu, hələ ötən ilin dekabr ayında Nazirlər Kabinetində keçirilən iclasda Baş Nazirin müavini Əli Həsənovun əhalinin siyahıyaalınması prosesilə bağlı çıxışından sitatdır. Xatırladaq ki, Ə.Həsənov Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına yardım üzrə Mərkəzi Komissiyanın sədridir.

Planlaşdırıldığı kimi, oktyabrın 1-dən 10-dək keçirildiyi bəyan edilən siyahıyaalma artıq rəsmən bitmiş elan olundu. İndi isə reallığa baxaq. Siyahıyaalma bitdi, amma sayıcıları, sorğu vərəqələrini demək olar ki, "gördüm” deyən olmadı. Kim gördü həmin sorğuları aparan 43 min insanı, 28 bəndlik sorğu vərəqəsini, 180 göstəricini və sair? Əminliklə demək olar ki, elə hazırda bu yazını oxuyan vətəndaşların böyük əksəriyyətinin qapısını belə kimsə döyməyib, heç bir sorğu-filan, bir sözlə siyahıyaalma adlı iş aparılmayıb! Elə bu yazının müəllifi, redaksiyanın işçiləri, hər birimizin qohum-əqrəbaları, qonşuları arasında da heç bir siyahıyaalma-filan görən olmayıb.

Demək olar ki, əhalinin olduqca böyük qismi nə vərəqə gördü, nə də sorğu. Formal olaraq, haradasa guya məntəqələr yaradılaraq, əhalinin bu işə cəlb olunduğu görüntüsü yaradılsa da, reallıqda, demirik bütün ölkə əhalisini, heç olmasa onun böyük qismini əhatə edən sorğu keçirilmədi! Bunu insanların sosial şəbəkələrdəki paylaşımlarından da görmək olar.

Yeri gəlmişkən, yəqin ki, siyahıyaalmanı həyata keçirən şanlı Dövlət Statistika Komitəsinin (DSK) rəhbərliyi də sosial şəbəkələrdə qurumun bu "işi” barədə dərc olunan fikirlərdən xəbərdardır…

Yaxşı, belə olan təqdirdə, bəs kimə, nəyə lazım idi DSK-nın növbəti saxta statistikası? Bu da toyuq, yaxud yumurta sayı deyil ki, hörmətli DSK rəhbərliyi ağlına gələn rəqəmləri yazıb qoysun ortaya və desin ki, iş gördüm! Axı istər Əli Həsənov, istərsə də DSK rəhbəri Tahir Budaqov danışanda əhalinin siyahıyaalınmasının hətta strateji əhəmiyyətli bir tədbir olduğunu iddia edirdilər. Belə yanaşılmalıdırmı strateji və dövlət əhəmiyyətli tədbirə? Hətta bəyənmədiyimiz SSRİ dövründə də siyahıyaalmaya bu dərəcədə saxta və formal münasibətə, yəqin ki, rast gəlinməyib.

Bu mənzərəni görəndən sonra istər-istəməz sual yaranır ki, analoqsuz Statistika Komitəmizin keçirdiyi yalan-palanla müşayiət olunan bir tədbirə, ən əsası isə əhalinin boğazından kəsilərək, bu işə Dövlət Büdcəsindən 23.2 milyon manatın ayrılmasına nə ehtiyac vardı? Hara, nəyə getdi bu 23.2 milyon manat? Və bizim DSK-dan bundan artıq nə gözləmək olardı ki? Əgər məqsəd sadəcə 23.2 milyon manatı "silmək” idisə, onda daha sözümüz yoxdur…

statistika

Məsələ ondadır ki, bu ölkədə əhalinin ən mükəmməl qeydiyyat sistemi Daxili İşlər Nazirliyində mövcuddur. Nəzərə alsaq ki, artıq uşaqlara da şəxsiyyat vəsiqəsi verilir, deməli DİN-in məlumat bazasında əhalinin sayı, yaşı və s. ilə bağlı məlumatların əsas hissəsini tapmaq olar.

Bu ölkədə hər bir doğulan və ölən şəxsin müvafiq qurumlarda qeydiyyatı aparılır. Ölkəni tərk edən və gələnlərin sayı sərhəd xidməti tərəfindən, pensiyaçıların, əlillərin, işləyənlərin, işsizlərin, tələbələrin, şagirdlərin və digər kateqoriyalara aid vətəndaşların sayı, əhali qruplarının tərkibi və s. də digər nazirliklər və dövlət strukturları tərəfindən bir-bir qeydiyyata alınır.

Demək istədiyimiz odur ki, heç bir syahıyaalma aparmadan da, müvafiq qurumlarda mövcud olan real rəsmi göstəricilərdən istifadə etməklə, ümumi mənzərəni kifayət qədər dəqiq və aydın şəkildə görmək olar. Guya indi siyahıyaalma adı ilə yalançı bir tədbir keçirən DSK nə edəcək ki? O da böyük ehtimalla, sadəcə yuxarıda sadaladığımız qurumlarda mövcud olan real göstəriciləri götürüb, toplama-çıxma apararaq, ortaya hansısa nəticələr çıxaracaq.

Sözsüz ki, bir müddət sonra da əhalinin sayı və digər göstəricilərlə bağlı məlumatlar ortaya qoyulacaq. Və bəyan ediləcək ki, guya həmin rəqəmlər və göstəricilər əhali arasında aparılan sorğulardan sonra üzə çıxıb. Yalandır! Müşahidələr onu deməyə əsas verir ki, əslində, siayahıyaalma başlamadan artıq nəticələr hazır və məlum idi…

AzPolitika.info

Xəbər 726 dəfə oxunub






Oxşar xəbərlər

Real TV Mirşahinin diplomatik qalmaqala səbəb ola biləcək verilişini sildi
Pakistan prezidenti Bakıya səfər edəcək
“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu
Əli Kərimli niyə elə etdi, bəs ona qarşı niyə belə etdilər...
Baş nazirin qosqoca müavinləri vəzifələrindən getdi - SƏRƏNCAMLAR
Hafiz Hacıyev qardaşını itirdi
“Beşiktaş” klubuna yeni prezident seçilib
Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"
Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.37612] initstartout [0.00023] initstartin [0.00107] calstart [0.01379] calend [0.00102] topnewsend [0.00824] rsssend [0.00000] ehgend [0.02581] tagsstart [0.00113] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.32478]