Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:09 - 28.01.2020  
Aqil Abbasdan çağırış! “Əl çəkin qazilərdən, əl çəkin qarabağlılardan…”
Tarix: 3-10-2019, 09:08 | Bölmə: Xəbərlər » Ölkə içi

Dalbadal iki gün qazilərlə SOCAR-ın mühafizə əməkdaşları arasında xoşagəlməz insident yaşanır. Bəlkə də dərin kökləri var, burda hansısa bir əl də işləyir. Bunları bilmirəm, belə şeyləri araşdırmaq hüquq-mühafizə orqanlarının işidir.
Aqil Abbasdan çağırış! “Əl çəkin qazilərdən, əl çəkin qarabağlılardan…”Neft şirkətinə məxsus ərazilər var ki, həmin bölgələrdə tikinti işləri aparmaq qadağandır, eyni zamanda da təhlükəlidir. Amma illərlə həm Neft Şirkətinin özü, həm icra hakimiyyətləri, həm bələdiyyələr buna göz yumurlar. Bu da bir həqiqətdir ki, boşuna göz yummurlar, həmin əraziləri satıblar. Evsiz-eşiksiz insanlar da məcburiyyət qarşısında əlində-ovcunda nə var, çatmayanda da qohumdan-əqrəbasından borc edib adama bir-iki sot torpaq alıblar və bütün aidi orqanların gözü qarşısında ev tikiblər. Bütün aidi orqanların gözü qarşısında! Və bütün bu aidi orqanlar da bu qeyri-qanuni tikilən evlərin inşasına mane olmayıb.
Və günlərin bir günü icra başçısı dəyişir, yeni icra başçısı yeni komandası ilə gəlir, yeni bələdiyyələr seçilir. Və başlayırlar bu «qanunsuz» tikililərlə «mübarizə» aparmağa. Sökhasök başlayır, dava, qırğın, yol kəsmələr. Və hətta bu söküntülər min bir zülmlə özünə bir yuva quran insanların intiharına və cinayətə əl atmasına səbəb olur.
Qayıdaq SOCAR-ın mühafizəçilərinin qazilərə şiddət göstərməsinə. Hər iki tərəfdən yaralananlar var. Elə bil cəbhə xəbəri verirəm, hər iki tərəfdən yaralananlar var.
Bu qazilər Vətən yolunda can qoyublar, əllərini itiriblər, ayaqlarını itiriblər, gözlərini itiriblər. Bəziləri hətta başının yarısını itirib. Və özü də bunların 90 faizi müharibəyə könüllü gediblər. Hətta bəziləri maşınını satıb silah alıb, arvad-uşağını da başsız qoyub Qarabağda vuruşub. Şəhid olanlar şəhid olub, şəhid olmayanların da ayaqları, əlləri Qarabağda torpağa basdırılıb.
Bəli, dövlət həm şəhid ailələrinə, həm də qazilərə mənzillər tikib verib. Özü də minlərlə, həm Bakıda, həm də bölgədə. Təbii ki, hamısı evlə təmin olunmayıb. Onlar da məcbur olub müxtəlif yollara əl atıb balalarını bir damın altına yığmağa çalışırlar. Sonra da kimsə gəlir, onların damını uçurdur. Hansı qanunla, hansı yolla?
Qeyri-qanuni ev tikənin evini buldozerin qabağına verib uçurmaq, ev sahibini də ağacın altına salmaq harda yazılıb?
O qaziləri elə Allah döyüb də, siz niyə döyürsüz? Elə gücünüz var onların ev tikməsinə pul müqabilində göz yumanları, icazə verənləri döyün. Onlara gücünüz çatmaz.
Ölkədə qanun var, kim qanunsuz ev tikibsə məhkəməyə verməlisən və məhkəmə qərarı əsasında həmin qanunsuz tikililər sökülə bilər, bu işi də həyata məhkəmə icraçıları keçirə bilər, ya hansısa qoçu dəstələr yox.
Bu nə cür qanunsuz tikintidir ki, həmin evlər işıq pulunu ödəyir, qaz pulunu ödəyir, su pulunu ödəyir. Nə isə…
Bakıda nə qədər qazi qanunsuz ev tikə bilər? Min, iki min, bəlkə də az. Birincisi, qazilər hamısı Bakıda yaşamır. Uzaq başı on faizi, onun da doqquz faizi dövlət tərəfindən mənzillə təmin olunublar və bu iş də davam edir.
Baxıram sosial şəbəkə iki yerə bölünüb: bir tərəf qaziləri müdafiə edir, bir tərəf isə onları təqsirləndirir, hətta onlara qarşı ağır ittihamlar irəli sürürlər. Çox qəribədir ki, qaziləri suçlu bulanlar onların tərəfini saxlayanlardan çoxdur.
Sən isti ev-eşiyində rahat yaşayanda o qazilər sənin yolunda, bu Vətənin, bu torpağın, bu millətin yolunda canlarını qoyublar. Sən necə onları ittiham edə bilərsən, hətta təhqir edə bilərsən? Hətta yazırlar ki, niyə gedib Qarabağı azad etmirlər, ermənilərlə vuruşmurlar, Bakıda mənzil davası edirlər, torpaq davası edirlər. Onlar vuruşduqlarını vuruşublar və sabah savaş başlasa əlləri, ayaqları olmasa da yenə gedib vuruşacaqlar.
Aprel döyüşlərində cəbhə bölgəsindəydim. Nə qədər qazi cəbhə xəttinə gəlib döyüşmək istəyirdi. Ay onları ittiham edənlər, sizlər də…
Qaziləri ittiham edənlər sonra da məsələni fırlayıb keçirlər qarabağlıları ittiham etməyə, təhqir etməyə: «Torpaqlarını qoyub qaçıblar», «Bakıya köçməkdən ötrü ölürdülər», «Gedib Qarabağda torpaqlarını azad etməkdən Bakıda mənzil davası edirlər» və sair və ilaxır.
Əvvəla, torpağın azad olunması nə qarabağlıların, nə də qeyri-qarabağlıların vəzifəsi deyil. Bu, dövlətin vəzifəsidir. Dövlət bu vəzifəni icra edəndə qarabağlısı da, qeyri-qarabağlısı da gedib ya şəhid olacaq, ya qazi. Buna heç kəsin şübhəsi olmasın. Necə ki Aprel döyüşlərində oldu.
İkincisi, heç bir qarabağlının Bakıdan ötrü burnunun ucu göynəmirdi, oturmuşdu cənnət Qarabağında – evi-eşiyi, mülkü, vəzifəsi.
Beş manat pulunuz itəndə bir həftə özünüzə gəlmirsiz, amma ömrü boyu qurub-yaratdığı mülkünü itirənlərə qaçdınız deyib qeyrətsiz damğası vurursuz.
Sözgəlişi. Ölkənin bölgələrindən rahat ev-eşikləri ola-ola Bakıya köç edənlərin sayı məcburiyyət qarşısında Bakıya köç edən qarabağlıların sayından on dəfə artıqdı.
Əgər qaçmışdılarsa, bəs o 20 min şəhid, 30-40 min qazi və veteran niyə vuruşurdu? Özü də bir daha təkrar edirəm, müharibənin ilk illərində vuruşan bir polis idi, bir də könüllülər. O 20 min şəhidin 15 mini könüllüdü, bəlkə də daha çox. Eləcə də qazilərin və veteranların.
Əl çəkin bu nifaq salmaqdan. Əl çəkin qazilərdən. Əl çəkin qarabağlılardan. Qoyun öldüyümüz yerdə ölək. Onsuz da dərddən çərləyib ölürük.
Mübahisələri ya qanunla, ya da danışıq yolu ilə həll etmək olar. Zor yolu ilə yox. Qaziyə əl qaldırmaq günahdı. Cinayət boş şeydi ey, bir-iki il cəza verərlər, keçib gedər. Amma günah daha ağırdı, çünki yalnız onu Allah bağışlaya bilər.
Və sonda. Ağdamdan misal çəkməsəm ürəyim partlayar ey. Bir kolxozçu ev tikmək üçün ona verilən 12 sot torpaq əvəzinə 14 sotu hasarlayır və istifadə edir. Günlərin bir günü bunun üstü açılır, ona cinayət işi qaldırılır. Həmin kəndli də Böyük Vətən Müharibəsi iştirakçısıydı, bir ayağını da Berlində xatirə kimi basdırıb gəlmişdi. Prokuror ona dövlət torpağını zəbt etdiyinə görə, 3 il iş istəyir.
Hakim də keçmiş millət vəkili, polis polkovniki Cahangir Hüseynovun atası Hüseyn Hüseynovuydu. Hüseyn müəllim müttəhimə son söz verir.
Qoltuq ağacı ilə ayağa qalxan müttəhim deyir:
– Yoldaş hakim, mən Mozdokdan Berlinə qədər vuruşmuşam, piyada beş min kilometrdən artıq yol getmişəm. Bir ayağımı da Berlində basdırıb qayıtmışam. Yəni o beş min kilometr azad etdiyim torpaqdan mənə iki sot torpaq düşmür?!
Hakim fikrə getmişdi, sonra belə bir qərar çıxarmışdı ki, müttəhim məhkəmə zalından azad edilsin və 300 manat cərimə olunsun. Torpaq da istifadəsində qalsın.
Sonra da üzünü həmin Müharibə veteranına tutub demişdi:
– Dayı, narahat olma, o üç yüz manatı da öz cibimdən keçirəcəm.
Belə hakimlər varmış ey.

Bunu da Qarabağ qazisi Rey Kərimoğlu demiş, elə-belə yazdım ey. (Adalet.az)

Aqil Abbas, Millət vəkili


Xəbər 1307 dəfə oxunub






Oxşar xəbərlər

Türk baş konsulu erməni terrorçu belə qətlə yetirib – 47 il…
Əhaliyə 60 faizlə pul verən kredit təşkilatı haqqında ŞOK İDDİA
“Əli Həsənovun himayəçiliyi altında 10 il deputat olan..."
Ədəbiyyat müəlliməsi 7200 manatı maklerə verib jurnalisti niyə şərləyir? MÜƏMMALI İTTİHAM
Ərdoğan Merkelə maraqlı hədiyyələr verib- FOTO
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
İranla ticarətə davam edən ölkələrə sanksiya gəlir
Soros yeni inqilaba hazırlaşır 1 milyardlıq ŞOK PLAN
"İlkinin vəziyyəti yaxşı deyil, onu "toka" verib, dözülməz işgəncələr ediblər" Vəkildən VİDEOAÇIQLAMA
Şok fakt! Əli Həsənovun “WikiLeaks” yazışmaları da üzə çıxdı
Renka: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi"
Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI
35 saylı DSK sədri istefa verdi
Qu quşu Əməkdar artistin əlini dişlədi
Azərbaycanda qadın üç dəfə zorla ərə verilib
Hafiz Hacıyev YAP-çı opponentini NİYƏ və necə təhqir edir? - VİDEO
Goranboyun Meşəli kəndində direktor Fəxrəddin Musayevin "AİLƏ MƏKTƏBİ" - FAKTLAR
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı
Ermənilərdən növbəti Qarabağ təxribatı - Şuşa qalası erməniləşdirilir...
Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR
Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI
İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib
“Parlament idarəçiliyinə keçməliyik” – “İroniya edənlər özlərini buraxmışlardır”
20 Yanvar faciəsi ABŞ Konqresində yad olunub
Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.30341] initstartout [0.00018] initstartin [0.00068] calstart [0.00947] calend [0.00052] topnewsend [0.00368] rsssend [0.00000] ehgend [0.00659] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.28160]