Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:22 - 22.11.2019  
"Müsavat"-ın əməkdaşı Naxçıvanın yeraltı mərkəzindən yazır - FOTOLAR
Tarix: 27-09-2019, 11:14 | Bölmə: Xəbərlər » Ölkə içi

Duz mağaraları-sirli-sehrli məkan, unikal şəfa ocağı...

"Müsavat"-ın əməkdaşı Naxçıvanın yeraltı mərkəzindən yazır - FOTOLARNaxçıvan Muxtar Respublikası ilə bağlı eşitdiklərimin, efirdən gördüklərimin və oxuduqlarımın nə dərəcədə doğru olub-olmadığını bilmək üçün İğdır səfəri bir fürsət oldu.

İlk dəfə idi ki, illərdir düşmənin ərazilərimizi işğal etməsi nəticəsində blokadaya düşmüş bu gözəl diyarı görürdüm. Hava limanına enəndən az sonra avtomobillə Naxçıvan şəhərinə doğru irəlilədikcə ətrafdakı təmizlik, səliqə-sahman deyilənlərin əbəs olmadığı barədə qənaətimi möhkəmləndirdi.

Eyni təmizliyi Culfa rayonu ərazisindəki "Əshabi-Kəhf” ziyarətgahına gedərkən də müşahidə etdim. Naxçıvanın mərkəzindən 13 km-lik məsafədə olan bu müqəddəs ünvana çəkilən rahat yolun sağ-solu bağ-bağatla "bəzədilib”. Bu yerdə qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yaşıllıqların salınmasına xüsusi önəm verir. Özü də ağacların əkilməsi il iş bitmiş sayılmır. Muxtar respublika ərazisindəki hər bir idarə, təşkilat, hətta nazirliklərin yaşıllıq sahəsi var, bunu göstərən lövhələr də qoyulub. Həmin ərazilərə təhkim olunan şəxslər qrafikə uyğun şəkildə ağacların dibini belləyir, sulayır, budayır, birini də qurumağa qoymur.     

Naxçıvanda kriminal hadisələr, həmçinin oğurluq, quldurluq halları da nadir hallarda olur. Bunu sakinlərlə söhbətimiz zamanı öyrəndik. Dedilər ki, bunun bir səbəbi hüquq-mühafizə orqanlarının kifayət qədər sərt mübarizə aparmasıdırsa, digər səbəbi də hər bir ünvanda kameraların quraşdırılmasıdır. Yarızarafat-yarıgerçək dedilər ki, hətta mənzillərin qapısını kilidləməyə ehtiyac qalmır, kimsə cəsarət edib oğurluq etmir, bilir ki, amansız cəza alacaq. Böyük şairimiz Hüseyn Cavidin məqbərəsini, həmçinin tarixi Möminə xatun türbə-məqbərəsini ziyarət edərkən də yolboyu eyni təmizliyə şahidlik etdik.

Düzdür, Naxçıvan Muxtar Respublikasında əhali sıxlığı müşahidə olunmur, iş ardınca Bakıya, həmçinin Türkiyəyə axın edənlərin sayı kifayət qədərdir. Amma hər halda, burada həyat davam edir, küçələrdə avtomobillər şütüyür, lakin səliqə-sahman pozulmur. Zibil qabları az olsa belə, nadir hallarda yerdə siqaret kötüyü, yaxud xırda çör-çöp görmək olar. Bir anlıq düşünürsən ki, kaş belə bir durum paytaxt Bakıda da olaydı... 

***

Muxtar respublikanın gözəl məkanlarından birinə, Naxçıvan beynəlxalq hava limanının 20 km-liyində yerləşən Duzdağ Fizioterapıya Mərkəzinə yollanarkən də ürəyimiz açıldı. Yenə də eyni mənzərə: rahat asfalt örtüyü, sağ-solu isə rəsmi qurumların ərsəyə gətirdiyi yaşıllıq zolaqları...

Fizioterapiya Mərkəzinin 2 km-liyində 5 ulduzlu "Duzdağ” hoteli yerləşir. Qeyd edək ki, Fizioterapiya Mərkəzi yeraltı və yerüstü hissələrdən ibarətdir. Yerüstü hissə "Duzdağ” hotelinin ərasizisində, yeraltı hissə isə dağda, 300 metrdən artıq dərinlikdə yerləşir. Duzdağ mağarasına yetişəndə ərazidə tikinti işlərinin davam etdiyini də gördük. Müraciət edənlərə daha rahat şərait yaradılması istiqamətində işlər gedir. Dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşən unikal duz mağaralarında müalicə olunmaqla tənəffüs orqanları xəstəliklərindən uğurla xilas olmaq mümkündür.

Giriş qapısından içəri keçirik və sehrli aləmə düşürük. İşıqlandırma sistemi mağaranın duz örtüyünü çilçırağa bənzədib. İşıq duz dənəciklərində əks olunaraq füsunkar mənzərə yaradır. Düzdür, ilk dəqiqələrdə kəskin yod qoxusu "qarşılayır” adamı. Ancaq bir az irəlilədikdən sonra öyrəşirsən və ciyərlər sanki daha rahat işləyir. Adam bu möcüzəli məkanda daha çox dərindən nəfəs almaq istəyir, acgözlüklə... 

Duz mağaralarında aşağıdakı xəstəliklərdən müalicə almaq mümkündür:

Bronxial astma I mərhələ, infeksion-allergik

və atopik formalı yüngül, orta ağır dərəcəli;

Bronxial astma I mərhələ, tənəffüs çatişmamazlığı l-ll mərhələ, ürək çatışmamazlığı I mərhələ;  Bronxial astma I mərhələ, yanaşı xroniki qeyri-obstruktiv bronxit və xroniki pnevmoniya l-ll mərhələ  (remissiya fazası);  Xroniki bronxit astmatik komponentlə remissiya fazası;  Allergik xəstəliklər və s.

Duz mədənlərində natrium və xlor ionları üstünlük təşkil etdiyindən buradakı müalicə spleoterapiya-ağciyər bronx xəstəliklərinin müalicəsinə olduqca müsbət təsir göstərir. Duz şaxtası şəraitində aparılan müalicə İtaliya, Macarıstan, Polşa, Almaniya, Ukrayna, Ruminiya və s. kimi ölkələrdə geniş yayılıb. Şaxtanın mikroklimatında kalsium ionları üstünlük təşkil edir. Xəstəxananın yeraltı şöbəsi Naxçıvan şəhərindən 12,2 km aralıda yerləşir.

Yeraltı şöbə  9 şaxtadan ibarətdir. Onlardan ikisində qadın, ikisində kişi, birində uşaq palataları, ikisində istirahət foyeləri var. Naxçıvan Fizioterapiya Xəstəxanasında xəstələr ən əvvəl 2-3 gün xəstəxana ərazisində adaptasiya olunur. Bundan sonra saat 18:00-dan - 8:00-a qədər, böyüklər 20-24 seans, uşaqlar isə 14-18 seans yeraltı şöbədə olurlar. Bu müddət xəstəliyin ağırlığından, yanaşı gedən xəstəliklərdən, ümumiyyətlə, səhhətinin vəziyyətindən asılı olaraq dəyişilə bilir.  Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70%, uşaqlarda isə 80-85% yaxşılaşma qeyd olunur.

Xəstələr şaxtaya getməklə bərabər, lazım gələrsə, bəzi dərman preparatları, fizioproseduralar, müalicəvi bədən tərbiyəsi, döş qəfəsinin masajları və s. alırlar. Mümkün qədər dərman preparatları az təyin edilir. Yaxşılaşma uşaqlarda 4-cü, 5-ci gün baş verir. Böyüklərdə isə bir qədər fərqlidir. Belə ki, xəstəliyin gedişindən asılı olaraq bir qrupunda yaxşılaşma iki həftədən sonra, bəzilərində müalicənin axırında bəlli olur.

Duz mağarasında həmsöhbət olduğumuz insanlar da razılıqlarını bildirirlər. Aysel Hüseynova deyir ki, 3-cü ildir qızını Duzdağa gətirir: "Qızım xəstələnəndə, qızdırması olanda bronxları tutulurdu, allergik reaksiya baş verirdi. Bundan sonra ağzı göyərirdi, boğulurdu, nəfəs almasında problemlər yaranırdı. Bu müalicə mərkəzi barədə qohumlarımdan eşitdim. Onlar da buranın faydasını görmüşdülər. Qaynım özünün balaca uşağını bura, müalicəyə gətirmişdi.  Mənə də məsləhət elədilər. Faydasını görürəm”. Aysel xanım deyir ki, hər il gələndə 10 gün övladını burada müalicə etdirir: "Kim istəyirsə, "Duzdağ” hotelində qalır, amma biz Naxçıvanda kirayə ev tutmuşuq”. A.Hüseynova onu da qeyd etdi ki, şəxsi avtomobilləri ilə, İran ərazisindən keçməklə Naxçıvana gəliblər: "Yolumuz çox rahat oldu, gömrükdə də çox gözlətmədilər, sağ olsunlar”.

Aytən Sadıqova isə deyir Sumqayıtdan gəliblər: "Artıq ikinci ildir bura gəlirik. Uşağın 6 yaşı var. Bronxlarında problem olduğundan həkim buranı məsləhət gördü. Keçən il ilk müalicəni aldıqdan sonra bütün qışı rahat oldu. Əvvəlki dövrlə müqayisədə fərq çoxdur”. A.Səfərova deyir ki, bura gələn zaman əvvəlcə yerli həkimlər tərəfindən müayinələr aparılır, sonra müvafiq proseduralar başlanır. Buraya neçə müddət gələcəklərini soruşduqda, deyir ki, bu, müalicənin gedişindən və xəstəliyin dərəcəsindən asılıdır: "Mən artıq uşağımın üzərində müalicənin xeyrini görmüşəm. Heç olmasa, məktəbə gedənədək müalicə etdirmək, inşallah, gələn yazda da gətirmək istəyirəm”.

Buraya Ağdam rayonundan gəldiyini deyən Solmaz xanım Quliyeva isə artıq 10 günlük kursu başa vurduğunu bildirir: "Burada hər şey ürəyimizcədir. Bronxlarımızda problem olduğundan gəlib müalicə olunduq. İynə-dərmandansa, buradakı müalicə kurslarını keçmək çox faydalıdır”. Solmaz xanım yanında əyləşmiş uşaqları göstərərək deyir ki, balacaların da bronxlarında problem olduğundan, onları özü ilə müalicəyə gətiribmiş.

Duz mağarasının  adının çəkilməsini istəməyən əməkdaşı isə bəzi məlumatları bölüşdü: "Bura Səhiyyə Nazirliyinin bölməsidir. Kişilərin və qadınların müalicə aldığı yerlər ayrıdır”. Sonra isə əli ilə digər istiqaməti göstərib bildirir ki, bura VİP bölməsidir.

İçəridəki otaqlarda müalicə alan xəstələrə mane olmamaq üçün ümumi girişə qədər keçə bilirik. Dəhliz tap sakitlikdir, içəridən isə hənir belə gəlmir. Tam səssizlikdir. Həmsöhbətimiz deyir ki, xəstələr yatıb dincəlir bu vaxtı. Tam pıçıltı ilə danışır: "Ora ümumi yerdir, xəstələrin bir qrupu bir yerdə müalicə olunur. Bu tərəflərdə isə ayrı-ayrı otaqlardır. 1,2, 4 nəfərlik otaqlar, palatalardır. Haradasa 120 yataq çarpayısı var.  Qiymətləri soruşuram. ”Bizdə otellə bir yerdədir. Hava limanından qarşılama, hoteldə yeyib-içmək, müalicə mərkəzində qalmaq, hava alanından yola salmaq, hamısı 90 AZN-dir", deyir. Məlum olur ki, qiymətlərin 180-200 AZN olduğu barədə bizim eşitdiklərimiz doğru deyilmiş. Qiymətlərə hava limanından qarşılanma, hoteldə qalma, həkim müayinəsi, mağara otaqlarında qalma, mağaralara aparılıb gətirilmə və gündə 3 dəfə yemək daxildir. İki nəfər üçün isə ödəniş 110 manatdır. 5 yaşa qədər uşaqların müalicəsi və müayinəsi pulsuzdur. 5 yaşdan 12 yaşa qədər uşaqlara isə 50 faiz güzəşt edilir.

Bu müalicə mərkəzinə il ərzində həm xaricdən, (Rusiya, Gürcüstan, Türkiyə, İran, Orta Asiya və başqa ölkələr), həm də Azərbaycanın ən müxtəlif bölgələrindən xeyli sayda xəstələr, o cümlədən turistlər gəlir. Müalicə mərkəzinin tibb bacısı deyir ki, gün ərzində onlar və həkimlər növbəli qaydada burada olurlar, xəstələrə qayğı göstərirlər: "Hər gün azı 100 xəstəmiz olur. Daha dəqiq rəqəmi axşam biləcəyik”. Tibb bacısı deyir ki, bura bronxial asma, allergiya və digər xəstələrin müalicəsində əvəzsizdir: "Xəstələr ardıcıl olaraq 3-4 il gəlsə, xeyli yüngülləşər. Uşaqlar 8-10 gün, böyüklərsə 14-15 gün gəlməlidir”.

Duz tunelinin uzunluğu 360 metr, otaq saylarına gəldikdə, təkcə VİP bölməsində 120 otaq var. Ümumi bölmələrdə isə daha çoxdur. Onu da bildirirlər ki, 10 yaşadək uşaqlara görə bir gün üçün 10 AZN, yuxarı yaşlılar isə 20 AZN tələb olunur. Uşaqlar saat 13.00-da gəlir, saat 16.30-da müalicə mərkəzini tərk edirlər. Böyüklərin müalicəsi isə saat 20.00-dan səhər 08.00-dək davam edir.

Onu da öyrənirik ki, müxtəlif ağırlıq dərəcəli bronxial asma xəstəsi olan böyüklərdə yaxşılaşma faizi 80-86%, uşaqlarda isə bu nəticə 96-98% təşkil edir. Prosedurlar xəstədə yalnız boğulma tutması olmadığı anlarda həyata keçirilir.

Nə deyirik, Allah bütün xəstələrimizə şəfa versin! Vətənimizin hər bir guşəsində sirli-sehrli məkanlar var, onlardan biri də Duz mağaralarıdır...  

Elşad PAŞASOY,
FOTO: "Yeni Müsavat”

 
 
 
 
 

 

 
 
 
 
 
 

 

Xəbər 545 dəfə oxunub






Oxşar xəbərlər

Əfv Komissiyasında yeni sədr - Ramiz Mehdiyevi kim əvəzləyəcək?
Əziz Əzizov “Korrupsiyaya qarşı mübarizə” qanununu pozub - Açıqlama
Bələdiyyə sədri qandallandı
Ata Abdullayevin Milan şousuna sərt reaksiyalar
Bakıda oğru marketin 2 işçisini bıçaqlayıb
“Hakimiyyəti populistlərə güzəştə getdim” - Sarkisyan
Türkiyənin məşhur aktrisaları Bakıya gəlir
Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?
Azərbaycanda Ombudsman dəyişir: Üç namizəd var
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
Ayaz Mütəllibov Paşinyana sərt cavab verdi
Mehriban Əliyeva Putinlə görüşəcək
“Bu adamlar “söyüş kampaniyası” fonunda öz varlıqlarını...” - QULU MƏHƏRRƏMLİ
İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı
Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"
Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.34386] initstartout [0.00017] initstartin [0.00067] calstart [0.00920] calend [0.00052] topnewsend [0.00470] rsssend [0.00000] ehgend [0.05921] tagsstart [0.00095] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26839]