Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:08 - 23.10.2019  
MİRDAMƏD SADIQOV İNSAFA GƏLƏCƏKMİ? Əlil şikayətçiyə arabası yox, evsizlik dar gəlir
Tarix: 23-09-2019, 22:13 | Bölmə: Xəbərlər » Ölkə içi

MİRDAMƏD SADIQOV İNSAFA GƏLƏCƏKMİ? Əlil şikayətçiyə arabası yox, evsizlik dar gəlirZalım həyat insan övladını bəzən elə məşəqqətli sınaqlara qərq edir ki, yaşamağının da, nəfəs dərməyinin də mənası xeyli ucuzlaşır. Lakin, allahdan başqa ömrünün sonunacan tutunduğun, mənən də sahib olduğun bəzi dəyərlər tapılır ki, səni elə sən olduğun üçün ömrünün alın yazısına bağlı edir. Nə olsa da səni yaşadan bir qüvvə var və zehninə bütün xoş ümidlərinin çin olacağı əzmini diqtə edir. 

Təsadüfən demirlər ki, bu həyat fanidir, amma, insan ömrünü tamamlayana qədər mübarizə yükünü çiynində daşıyırsan. İstəsən də, yaşamaqdan boyun qaçırmçağa çalışsan da bu belədir...

MİRDAMƏD SADIQOV İNSAFA GƏLƏCƏKMİ? Əlil şikayətçiyə arabası yox, evsizlik dar gəlir2010-cu ildə bir avtomobil qəzasında sağlamlığını itirən İsmayıllı şəhər sakini, 1979-cu il təvəllüdlü Şahməmmədov Rasim Eldar oğlu da uzun illərdir həyatın ağrı-acısına sinə gərir. Belindəki sınıqla əlil arabasına sığınan Rasim indi nə gəzə, nə də rahat otura bilir.

Yataq xəstəsinə çevrilən bu adamın yaşadıqlarını öz dilindən eşidəndə qeyri-iradi olaraq ruhun vəcdə gəlir, cisminin ağrısından, qəlbinin çarəsiz və titrək sızıltısından sənə də bir pay düşür. Ağlaya da bilirsən, ona qulluq edən həyat yoldaşı Sevinc Şahməmmədovanın onkoloji xəstəliyə və 2-ci qrup əlilliyə mübtəla olduğunu bilə-bilə kömək edə bilmədiyin üçün xəcalət hissi də çəkirsən.

Bəs canlarının ağrısından fəryad edən bu ailənin 10 yaşındakı yeganə azyaşlı övladlarına yetərincə valideyinlik qayğısı göstərə bilməmələrini bəyan etsəm necə, içimizdə bir "AH-NALƏ" çəkməyən kimsələr qalacaqmı?! Qalacaqsa, deməli bu kimsələr əlillərin halına acımayan, bir ailənin acı həyat hekayəsini həyəcansız və qeyri-humanist hisslərlə qarşılayan İsmayıllı rayonunun vəzifəli başbilənləri qədər bu cəmiyyətə bir xeyir-bəhri olmayanlar var!

Rasim indi xarici ölkələrin birində əməliyyat olunub sağlam həyata qayıdacağı, əlil arabsından qurtulub əvvəlki kimi yeriyəcəyi günü səbirsizliklə gözləyir. Təəssüf ki, ailənin maddi gəliri bu xoş arzunu gerçəkləşdirməyə imkan vermir, ümidlər yalnız ölkənin səhiyyə nazirliyinin və imkanlı-varlı şəxslərin səxavətinə qalır. 

İndi ona əlil arabası yox, evsizlik daha dar gəlir. Öz övladını və əlil həyat yoldaşını kirayələrdə gəzdirən Rasim deyir ki, ona əlil arabasından daha çox sıxıntı yaşadan evsizliyidir. O, övladının gələcəyi üçün bircə evinin olmasını canından daha çox istəyir.

Şikayətçi düz 9 ildir dövlət qurumlarına aramsız müraciətlər edir, problemlərini çatdırır, lakin müraciətlərinə baxıb dərdinə əlac edən kimsələr tapılmır.

Çıxılmaz vəziyyətdə olan bu ailənin İsmayıllının icra başçısı cənab Mirdaməd Sadıqov və yerli bələdiyyə qurumu tərəfindən də incik salınması, məmur biganəliyi adamı lap heyrətləndirir.   

Rayon rəhbərliyi Rasim Şahməmmədova şəhər mərkəzindən xeyli aralıda yerləşən ərazidən ev tikintisi üçün torpaq sahəsi təklif etməkdən savayı bir işə yaramayıb. Məhz yerli rayon məmurlarının çarəsiz bir ailəyə daha humanist təklifdə bulunmaması problemi həllsiz qoyub. Heç şübhəsiz ki, cənab Mirdamət Sadıqov başda olmaqla İsmayıllının vəzifə yetkililəri istəsəydilər Şahməmmədovlar ailəsinin evsizlik problemini çoxdan həll edərdilər. Amma inanıram ki, ümid işığı, nikbin gələcək Rasimin ailəsi üçün hələ tükənməyib. Sonda öz-özümə və İsmayıllının ahıl seyyid icra başçısı Mirdaməd müəllimə təkrar sual edirəm: " Bu ailənin dramatik durumunu incələyib ailənin mənzillə təminatı üçün insafa gələcəksinizmi?.. Rayonda mənzil fondu olmadığını hayqırmadan biçarə bir ailəni sevindirə biləcəksinizmi?.. "

Ailəyə dəstək üçün bütün maddi-mənəvi zənginliyə sahib olan şəxslərə səslənirəm və rica edirəm. Allah eşqinə, Rasimə və ailəsinə gücünüz yetən köməyinizi əsirgəməyin! Hələlik isə bu qədər...

Şahməmmədovlar ailəsinə tezliklə isti bir mənzilin nəsib olacağı, bəzi yatmış vicdanların oyanacağı ümidilə;

Osman Nərimanoğlu

Demokratik.Az bildirir ki, ailə 2014-cü ildən etibarən İsmayıllı rayon İcra Hakimiyyətində ev növbəsindədir. Bundan başqa, ailə başçısı onlara mənzil verilməsi xahişilə ölkə rəhbərliyinə də artıq yazılı müraciətini edib.

Ötən il "Region TV-nin ailə barədə hazırladığı verilişin mühüm epizodlarını da təqdim edirik:

 



Xəbər 2086 dəfə oxunub






Oxşar xəbərlər

Vilayət Eyvazov 45 polis leytenantını işə təyin etdi
Əli Həsənova REAL SUAL: "“Prezidentin 5-6 köməkçisi 10 milyon vətəndaşın dərdini necə dinləyəcək?”
Alo, mitinq sifariş vermisiniz?
Sabiqləşən Əli Həsənov bu vəzifələri icra edəcək
Tofiq Yaqublunun səhhəti necədir? AÇIQLAMA
Şahin Mustafayev Baş Nazirin müavini təyin olundu - Haqqında qısa DOSYE
Prezident yaşı 70-i keçənləri istefaya dəvət etdi!
Elmar Vəliyevi ölümdən xilas edən cangüdəni danışdı
Milli Şuranın aksiyasını hansı qüvvələr təşkil edib - yeni gəlişmələr
Sürücülük vəsiqəsi barədə – Yeni qayda
ABŞ-ın İllinoys Universitetinin professoru ADAU-ya gəlib
"AZƏRSU ASC"-yə qarşı şikayət davam edir - MƏKTUB
Qubada avtomobil oğrusu tutulub
Real TV Mirşahinin diplomatik qalmaqala səbəb ola biləcək verilişini sildi
Pakistan prezidenti Bakıya səfər edəcək
“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu
Əli Kərimli niyə elə etdi, bəs ona qarşı niyə belə etdilər...
Baş nazirin qosqoca müavinləri vəzifələrindən getdi - SƏRƏNCAMLAR
Hafiz Hacıyev qardaşını itirdi
“Beşiktaş” klubuna yeni prezident seçilib
Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"
Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.38991] initstartout [0.00021] initstartin [0.00069] calstart [0.00948] calend [0.00053] topnewsend [0.00525] rsssend [0.00000] ehgend [0.00669] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.36634]