Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:24 - 23.01.2020  
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Tarix: 17-09-2019, 07:34 | Bölmə: Xəbərlər » Ölkə içi

Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışdaAzərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə baxıblar.

Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova da açılış mərasimində olub.

Mərasimdə əvvəlcə iştirakçı ölkələrin dövlət bayraqları təqdim edildi.

Açılış mərasimində çıxış edən Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov dedi:

- Hörmətli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Hörmətli Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva.

Hörmətli Beynəlxalq Gimnastika Federasiyasının prezidenti cənab Morinari Vatanabe.

Beynəlxalq aləmdə idman tədbirlərinin yüksək səviyyəli təşkilatçısı kimi tanınan Azərbaycanda bu gün daha bir nüfuzlu idman yarışı keçirilir. On dörd ildən sonra Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatına ev sahibliyi edir.

2014-cü ildə istifadəyə verilən bu möhtəşəm arena dövlətimizin başçısı İlham Əliyevin ümumilikdə idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Gimnastika növləri üzrə Bakıda dünya kubokları, Avropa və dünya çempionatları yüksək səviyyədə keçirilir. Azərbaycan Gimnastika Federasiyası ardıcıl olaraq iki il dünyanın ən yaxşı federasiyası adına layiq görülüb. Təsadüfi deyil ki, Beynəlxalq Gimnastika Federasiyası bu mötəbər yarışın təşkilini məhz ölkəmizə həvalə edib.

Müasir Azərbaycan gimnastikasında olan bugünkü nailiyyətlər ölkəmizin Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Mehriban xanımın rəhbərlik etdiyi yerli təşkilat komitəsinin hər bir üzvünə, yerli və xarici könüllülərə minnətdarlığımızı bildiririk.

Sözsüz ki, yarışın Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıması, 61 ölkənin 300-dən çox idmançısının mükafatlar uğrunda mübarizə aparması dünya çempionatının gərgin mübarizə şəraitində keçəcəyinə, maraqlı və unudulmaz olacağına əminlik yaradır. İdmançılara isə yaranmış bu imkandan bəhrələnərək layiqli mübarizə aparmağı və qələbə qazanmalarını arzu edirəm.

Diqqətinizə görə çox sağ olun.

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe çıxış edərək dedi:

- Beynəlxalq Gimnastika Federasiyasının prezidenti olaraq sizi burada – Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatında salamlamaqdan məmnunluq duyuram. Bu gündən etibarən yeddi gün ərzində dünyanın müxtəlif ölkələrindən olan bədii gimnastlar "Tokio 2020” Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaqlar. Onlar həm də gözəllik üçün yarışacaqlar. Mən inanıram ki, bu, tamaşaçılar üçün gözəl musiqi və əsrarəngiz bədii gimnastika çıxışlarının harmoniyasından həzz almaq üçün böyük bir imkandır.

Azərbaycan Gimnastika Federasiyasına, xüsusilə də federasiyanın prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimova, tədbirin bədii gimnastika üzrə səfiri Yana Batırşinaya, könüllülərə və çempionatı bu cür gözəl səviyyədə təşkil etməkdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.

Əziz gimnastlar, əminəm ki, siz bədii gimnastikanın gözəlliyini və mükəmməliyini dünyaya nümayiş etdirəcəksiniz.

Mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının sentyabrın 13-də vəfat edən, iyirmi il bu quruma rəhbərlik etmiş sabiq prezidenti Bruno Qrandinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Sonra Azad Rəhimov, Morinari Vatanabe və dünya çempionatının səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı gimnast Yana Batırşina çempionatı açıq elan etdilər.

Tanınmış müğənni və bəstəkar, Əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın dövlət himnini akapella üslubunda ifa etdi.

Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içildi. Misir Gimnastika Federasiyasının nümayəndəsi Sarah Qhoneim hakimlər, azərbaycanlı gimnast Zöhrə Ağamirova atletlər, Meksika yığma komandasının məşqçisi Karalina Rangel isə məşqçilər adından təntənəli şəkildə and içdilər. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və idmanda ədalət prinsip və ideallarına riayət edilməsinin ən yüksək prioritetə sahib olduğunu bir daha xatırlatdı.

Dünya çempionatının ulduz səfiri, Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış "Birinci ol” mahnısını ifa etdi.

Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş "Şərq nağılı” şousu təqdim olundu. Şouda gimnastikanın müxtəlif növləri üzrə 200-ə yaxın gimnast və onların məşqçiləri iştirak etdilər. Bu şouda səhnəyə çıxan ən kiçik gimnastın doqquz yaşı var.

Şoudan sonra məşhur müğənni, Xalq artisti, hit mahnıların ifaçısı Emin Ağalarov sevilən mahnıları ilə tamaşaçıların qəlbini fəth etdi.

Beləliklə, Azərbaycan daha bir unudulmaz açılış mərasimi ilə adını dünya gimnastika yarışlarının tarixinə yazdı.

Qeyd edək ki, "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300 gimnast 9 dəst medal uğrunda mübarizə aparır.

"Nağıllar gerçəkləşək” devizi ilə təşkil olunan dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Sentyabrın 22-dək davam edəcək çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) Tokio Olimpiadasına lisenziya əldə edəcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

****

20:39

Sentyabrın 16-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilir.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə baxırlar.

Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova da açılış mərasimini izləyir.

Mərasimdə əvvəlcə iştirakçı ölkələrin dövlət bayraqları təqdim olunub.

Sonra Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe çıxış ediblər.

Mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının ötən həftə vəfat edən sabiq prezidenti Bruno Qrandinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azad Rəhimov, Morinari Vatanabe və dünya çempionatının səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı gimnast Yana Batırşina çempionatı açıq elan ediblər.

Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, Əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın dövlət himnini akapella üslubunda ifa edib.

Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içilib.

Dünya çempionatının ulduz səfiri, Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış "Birinci ol” mahnısını ifa edib.

Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş "Şərq nağılı” şousu təqdim olunub. Şouda gimnastikanın müxtəlif növləri üzrə 200-ə yaxın gimnast və onların məşqçiləri iştirak ediblər. Bu şouda səhnəyə çıxan ən kiçik gimnastın doqquz yaşı var.

Qeyd edək ki, "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300 gimnast 9 dəst medal uğrunda mübarizə aparır.

"Nağıllar gerçəkləşək” devizi ilə təşkil olunan dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Sentyabrın 22-dək davam edəcək çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə edəcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Xəbər 1097 dəfə oxunub






Oxşar xəbərlər

İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib
“Parlament idarəçiliyinə keçməliyik” – “İroniya edənlər özlərini buraxmışlardır”
20 Yanvar faciəsi ABŞ Konqresində yad olunub
Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb
Şəbnəm necə də cazibədardır – FOTOLAR
Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb
Kəndə hücum edən ac canavarlar iti parçaladı
İkram Rəhimov koloniyada hüquqlarının pozulmasından şikayət edib
Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi
Abşeron "kraliçası"nın da biznesi ARAŞDIRILIR
Netanyahu və Putin arasında telefon danışığı olub
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib
UEFA Ronaldoya görə sxemi dəyişdi
QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Rusiyada hökumət istefaya gedib
Bakı yol polisinə yeni rəis TƏYİN OLUNDU
ABŞ-İran gərginliyi neftin qiymətini “oynadır”
Polis rəisinin müavini vəzifə başında öldü

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28639] initstartout [0.00017] initstartin [0.00066] calstart [0.00927] calend [0.00055] topnewsend [0.00416] rsssend [0.00000] ehgend [0.00636] tagsstart [0.00061] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26456]