"Azərişıq"ilk qaranlığını saçdı

  • 21 fev 2015, 19:32

 

Bu gün günün ikinci yarısından Bakıda başlayan qar və çovğun paytaxtın elektrik təsərrüfatında da qəzalara səbəb olub.
Az əvvəl aldığımız məlumata görə, Suraxanı və Sabunçu rayonlarının qəsəbələrində elektrik enerjisi kəsilib.

Sakinlərin mətbuta bildirdiyi kimi xətlərdə əvvəlcə qısaqapanmalar meydana gəlib, daha sonra elektrik enerjisi tam kəsilib. Belə vəziyyət Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi massivində, Sabunçu rayonunun bir çox qəsəbələrində yaşanır.
Sakinlərin bu yaxınlarda adı dəyişib "Azərişıq” olan və bütün ölkə boyu elektrik enerjisinin satışı səlahiyyətlərini əldə edən keçmiş "Bakıelektrikşəbəkə”yə qəza barədə məlumat vermək üçün göstərdikləri səylər nəticə vermir. Belə ki, "Azərişıq”ın 199 qaynar xətti zəngləri qəbul etmir, texniki xidmətin də telefonlarına zəng etmək mümkün deyil.
Hazırda evlərin böyük əksəriyyətinin istilik sistemi ilə qızdırıldığı nəzərə alınarsa elektrik enerjisinin kəsilməsi bu ərazilərdə sakinlərin donma təhlükəsi ilə üzləşməsi deməkdir.

 

Demokratik.az