Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:10 - 22.09.2019  
“Koroğlu”da xaosu aradan qaldırmaq mümkün olmur
Tarix: 5-09-2019, 10:10 | Bölmə: Xəbərlər » Ölkə içi

Taksi sürücüləri  dayanmaları üçün yer tələb edirlər...

“Koroğlu”da xaosu aradan qaldırmaq mümkün olmurİllərdir ki, "Koroğlu” metrostansiyasının qarşısında nəqliyyatın tənzimlənməsi istiqamətində atılan addımlar effektiv nəticə vermir. Ərazidə günün pik saatlarında xaos yaşanır. Taksi sürücülərinin səsi ətrafı bürüyür. Kimisi "Ramana”, kimisi "Binə”, kimisi də digər qəsəbə və kəndlərin adını qışqıraraq sərnişin yığmağa çalışır. Bu ərazilərə  işləyən taksilər adətən hər sərnişini 1 manata aparırlar. Taksilərin əlindən avtobuslar, avtobusların əlindən piyadalar yolda hərəkət edə bilmirlər. Günün pik saatlarında isə hərəkət iştirakçıları bir-birinə mane olduğu üçün siqnal səsindən qulaq tutulur.

 "Yeni Müsavat”ın əməkdaşı olaraq ərazidə olduğumuz zaman söhbət etdiyimiz taksi sürücüləri bildirdilər ki, onlar da bu cür vəziyyətdən razı deyillər.  Sadəcə olaraq, dayanmağa başqa yerləri yoxdur. Binəyə işləyən taksi sürücüsü Nicat bildirdi ki, ərazidə onların da dayanması üçün yerin yaradılması planlaşdırılır:

"Günün pik saatlarında körpünün altında tez-tez qəza şəraiti yaranır. Çünki avtomobillər sürətlə gəlir, yol daraldığı üçün problemlər yaşanır. Burada taksilərin yığışdırılması üçün addımlar atılıb. Əraziyə dəmir barmaqlıqlar çəkilib. Ancaq insanlar yenə də bu dəmir barmaqlıqların üzərindən aşaraq, yaxud da əhatəsinə fırlanaraq taksilərdən istifadə edirlər. Camaat avtobusa ona görə minmir ki, istinin günündə marşrutlarla getmək çətinlik yaradır. Nə soyutma sistemi var, nə də şəraiti. Binə yolunda dayanmağa imkan yoxdur. Ancaq digər yerlərə gedən sərnişinlər özləri deyirlər ki, 10 dəqiqəlik yolu 40 dəqiqəyə gedirlər. Çünki avtobus addımbaşı saxlayır, adam götürür. Bizə də burada dayanmaq üçün yer hazırlasalar, problem aradan qalxar. Hazırda burada avtobuslar üçün yeni xab tikilir. Bizə deyilib ki, xab açılandan sonra indiki avtobusların yerində taksilərin dayanması üçün şərait yaradılacaq. Gözləyirik ki, görək axırımız necə olur”.

Ərazidə sərnişinlər taksilərin fəaliyyətindən narazı deyildilər. Əksəriyyət bildirdi ki, avtobuslarla getməkdənsə 1 manat verib taksi ilə gedirlər. Sərnişinlər də söylədilər ki, taksilərin dayanması üçün yer olarsa, xaosun qarşısı alınar.

"Yeni Müsavat”a danışan ekspert Elməddin Muradlı söyləyib ki, problemin həlli istiqamətində bir neçə iş aparmaq olar:

"Ərazidə həqiqətən də problemlər çoxdur. Bunun da kökündə ictimai nəqliyyatın normal vəziyyətdə olmaması dayanır. Normal ictimai nəqliyyat, intensiv hərəkət edən marşrut sxemi və digər bu kimi məsələlər nə zaman qaydasına düşəcəksə, o zaman da bu kimi problemlər öz həllini tapacaq. Hazırda elə bir vəziyyət yaranıb ki, bunu qısa müddətdə həll edib-etməməyin mümkün olduğunu da söyləmək çətindir. Sadəcə olaraq, mexanizm düzgün qurulmalıdır. Ümidlərimiz vardı ki, orada xab yaranandan sonra çox böyük addımlar atılacaq. Xab yarandı, əlavə tunel də tikildi. Ziya Bünyadov prospektindən tunel açıldı ki, bu tunel birbaşa Zabrat körpüsünün altına çıxır. Bununla belə ərazidə məsələ öz müsbət həllini tapa bilmədi. Orada yeni tikilən xab-ın hələ ki, rəsmi açılışı olmayıb. Ümid edirəm ki, açılış olduqdan sonra müsbət dəyişiklik baş verəcək. Ərazidə qanunsuz taksi fəaliyyəti ilə məşğul olan xeyli sayda maşın var. O taksilərin ərazidə fəaliyyət göstərməsini qadağan etmək lazım deyil. Sadəcə olaraq, orada taksilər üçün normal şərait yaramaq lazımdır. Heç kim, istisnasız olaraq, kənarda qalmalı deyil”.

Ekspert bildirib ki, Bakı ətrafına gedən sərnişinlərin normal avtobuslarla təmin olunması üçün iş aparılmalıdır:"Sərnişin boş avtobus tapdığı zaman, problem də həll olacaq. İndi isə günün pik saatlarında avtobuslar tələbatı ödəmir. Ona görə insanlar məcbur olub taksilərdən istifadə edir, yolun ortasında avtobusu saxladıb minirlər. Avtobus sürücüləri özləri də dərk edirlər ki, onlar avtobusu kənarda saxlatdıqları üçün cəzalar ala bilərlər. Orada müşahidə kameraları da var. Avtobusu dayanacaqdan kənarda saxlamaq üçün 100 manat cərimə və 4 bal nəzərdə tutulur. Bakı Nəqliyyat Agentliyi tərəfindən orada çox böyük işlər görülüb. Düşünürəm ki, nəzarət altında problemlər yoluna qoyula bilər. Yeni gələn avtobuslar sayəsində Bakının mərkəzi küçələrində xətdən çıxarılan avtobusları kəndlər, qəsəbələr istiqamətinə intensiv şəkildə yönəldə bilsələr, problem həll olunacaq. Düşünürəm ki, çəkilən bu qədər xərcin qarşılığında müəyyən nəticə görəcəyik. Bakı kəndləri istiqamətində normal intellektual idarəetmə aparmaq lazımdır. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin gücündən istifadə etmək lazımdır. Bir həftə ərzində yoxlama aparmaq olar.

Bakı kəndləri istiqamətində hansı saatlarda sıxlıq olduğunu öyrənib, həmin saatlarda avtobusların sayını artırmaq lazımdır. Burada qəliz problem yoxdur. Bəziləri məsələni o qədər dramatikləşdirir ki, adam düşünür ki, bunun üçün hökumət milyonlarla vəsait xərcləməlidir. Ancaq burada sadə bir iş görmək olar. Belə ki, günün pik saatlarında Bakının hansısa ərazisində boş gedib-gələn avtobusları qəsəbə, kəndlər istiqamətinə yönəltmək olar. İntellektual idarəetmə də elə budur. Məsələn, Qaradağ rayonunda avtobuslar boş formada küçədə gəzir. Bunu elə tənzimləmək lazımdır ki, həmin avtobuslar günün pik saatlarında ”Koroğlu" xabında olsunlar. Bu cür imkanlardan istifadə etməklə, nailiyyətlər əldə etmək mümkündür".

Əli RAİS,
"Yeni Müsavat”
Fotolar müəllifindir

Xəbər 621 dəfə oxunub






Oxşar xəbərlər

Deputat mandatının “BAZAR QİYMƏTİ” – 300 min çoxdur, yoxsa az?…
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı
“Yuventus”un qazancı 621 milyon avro olub
İki güləşçimiz dünya çempionatının finalında
"İMC" 2-ci “dəyirmi masa”sını Qazaxda keçirib
Şəhid övladı prezidentdən ev istəyir - MÜRACİƏT
ADAU-da təlimlər - yeni subsidiya qaydaları
Zaqatalada fındıq oğruları tutuldu
Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.31560] initstartout [0.00021] initstartin [0.00108] calstart [0.01426] calend [0.00079] topnewsend [0.00672] rsssend [0.00000] ehgend [0.02686] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26497]