Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:56 - 16.10.2019  
"ATENA"-da özbaşınalıq! İnəklər və buzovlar qırılır, iranlı "müdir" əmək hüquqlarını pozaraq işçiləri qovur və.. - VİDEOFAKT
Tarix: 1-09-2019, 13:54 | Bölmə: Xəbərlər » Ölkə içi

Azərbaycanda ən iri süd-və süd məhsullarının istehsalçısı kimi tanınan "ATENA" şirkətinin Ağcabədidə yerləşən maldarlıq fermasında tam özbaşınalıqdır. Fermada alman cins inəklərinin və buzovların kütləvi ölümü baş qaldırıb. Bu acı hal isə hələ ki, kimsəni maraqlandırmır.

Fermaya müdir kimi soxulan Mansur Safaei adlı bir iran vətəndaşı isə tələfatın qarşısını almaq əvəzinə, kollektiv arasında narazılıqlar yaradaraq fermanın işçilərini kütləvi halda işdən qovur. İranlı "mütəxəssis" özü ölkənin əmək qanunvericiliyini pozduğu halda, inəklərin öldüyünü əsas gətirərək qanunsuz əsaslarla fermada çalışan fəhlələrin maaşını kəsir, kobud davranışlarla istədiyini işdən qovdurur. Baş ofisi Bakıda yerləşən "ATENA" şirkətinin nəzarətindən yayınan ferma süquta doğru irəliləyir.

"Demokratik.Az"-a daxil olan məlumatlarda bildirilir ki, son aylarda sadə miqrant kimi fermaya rəhbərlik edən iranlı Mansur Safaei və ətrafı öz fəaliyyətlərilə 100-lərlə inək və buzovun ölümünə şərait yaradıb. Fermada antisanitar şərait hökm sürür. Heç bir gigiyena və epidemioloji normalara riayət edilmir. İnəklərin bəslənməsinə, əsasən də doğuşuna və sonrakı vəziyyətinə biganəlik, buzovların saxlanma şəraitinə nəzarətsizlik təsərrüfatı məhv olmaq təhlükəsilə üz-üzə qoyub. Heyvanların ölümünə əsas səbəb isə, keyfiyyətsiz qidalandırma ilə də əlaqədardır. Hər gün ölən inək və buzovların statistikası da fermanın təhlükədə olduğunu deyir. Bərbad statistika isə şirkət rəhbərliyindən və ictimaiyyətdən bir neçə aydır ki, gizlədilir.

Bu barədə "Demokratik.Az"-a danışan və videosüjet təqdim edən fəhlələr qeyd edirlər ki, fermanın məhv edilməsinə dözə bilmirlər. Onlar uzun illərdir çətin zəhmətlər və milyonlar hesabına ərsəyə gətirilən maldarlıq təsərrüfatının gələcək taleyindən narahatdırlar.

Şikayətçi fəhlələrin sözlərinə görə, durum barədə "ATENA" rəhbərliyi və şəxsən İsrafil Qasımovun özü xeyli məlumatsızdır. Fermadakı özbaşınalıqları dilə gətirdiklərinə və duruma etirtaz etdiklərinə görə işdən qovulduqlarını iddia edən fəhlələr hesab edirlər ki, ferma bu gedişlə tam məhvə gedir. Olacaqları önləmək üçün aidiyyatı qurum və şəxslərin müdaxiləsi vacibdir.

Xatırladaq ki, "Atena-Azərbaycan"ın Ağcabədi "AQAT-AQRO" heyvandarlıq təsərrüfatı 2011-ci ildə yaradılıb və Ağcabədi rayonunun Ağabəyli kəndində yerləşir. Təsərrüfat ilk fəaliyyət illərində Almaniyadan gətirilmiş yüksək genetik keyfiyyətə sahib 3000 baş inəklə diqqət çəkib. qeyri-rəsmi məlumata görə hazırda ferma geriləyərək 2000 baş iribuynuzlu heyvanla ayaqda qalmağa çalışır. Son məlumatlar fermanın tənəzzülə məruz qaldığını deyir və bu hal ölkəmizdə onsuz da zəif olan Kənd Təsərrüfatı adına acı təəssüf doğurur.

İnanaq ki, "Atena" rəhbərliyi maldarlıq təsərrüfatını qorumağa və neqativləri aradan qaldırmağa müvəffəq olacaq...

Osman Nərimanoğlu   

"Demokratik.Az" fermada inək və buzov ölümlərini əks etdirən videolenti təqdim edir:  


   

ÖLÜMÜNÜ GÖZLƏYƏN İNƏKLƏR...

"ATENA"-da özbaşınalıq! İnəklər və buzovlar qırılır, iranlı "müdir" əmək hüquqlarını pozaraq işçiləri qovur və.. - VİDEOFAKT
"ATENA"-da özbaşınalıq! İnəklər və buzovlar qırılır, iranlı "müdir" əmək hüquqlarını pozaraq işçiləri qovur və.. - VİDEOFAKT

"ATENA"-da özbaşınalıq! İnəklər və buzovlar qırılır, iranlı "müdir" əmək hüquqlarını pozaraq işçiləri qovur və.. - VİDEOFAKT

 

 

 

"ATENA"-da özbaşınalıq! İnəklər və buzovlar qırılır, iranlı "müdir" əmək hüquqlarını pozaraq işçiləri qovur və.. - VİDEOFAKT

 


 

 

Xəbər 2378 dəfə oxunub






Oxşar xəbərlər

İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI
Arif Hacılı yenidən Müsavat Partiyasının yeni başqanı oldu - NƏTİCƏLƏR
Kraliça sarayı təcili tərk etdi - Siçovula görə
Vaqif Dərgahlı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib
Jirinovski şərq mətbəxtindən şikayətləndi
Təhsil nazirindən yeni - TƏYİNAT
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” - S.Rüstəm
Yeniyetmə şahmatçımız dünya çempionu oldu
Lələ Təpə əsgərlərindən İlham Əliyevin nidasına cavab
Müsavat Partiyasının IX qurultayı keçirilir
“Rövnəq Abdullayev istefa verdi” uydurması kimin işi idi...
Dünya qlobal böhrana sürüklənir
Heç kimin görmədiyi “Siyahıyaalma” – Bu saxtakarlıq kimə lazım idi?
Gəncəyə yeni prokuror təyin edilib
Aşqabadda polemika: Əliyev yenidən söz alıb və Paşinyana cavab verib
Gəncənin prokuroru Baş Prokukorluqda yüksək vəzifəyə təyin olundu
“Sən küçəyə lüt çıxa bilərsən? Azadlıqdır da, çıx...”
Rafael Cəbrayılov prokurorluğa çağırılıb
Elmar Vəliyevin 4 milyonluq borcu-QALMAQAL
Göygöl ərazisində naməlum meyit aşkarlanıb
GDU yazılanları yalanlayır - RƏSMİ MÜRACİƏT
Xalq artisti də "Maşın"dan getdi - ŞOU
Bakıdakı qəzada ər-arvad yaralandı
Türk Ordusunun məhv etdiyi terrorçu sayı 277-yə çatdı
Sıla “Barış Pınarı” səbəbindən konsertlərini təxirə saldı
Heydər Əliyev Fondu Mübariz İbrahimovun atasının müalicəsini öz üzərinə götürdü
Çin UFO-ya bənzəyən yeni silah hazırlayıb
Asim Mollazadə: “Azərbaycan diasporu ABŞ-da çox zəifdir”
Əli Kərimlinin yaxın adamının səs yazısı: "Heç kim gəlmir, biabır oluruq" - AUDİO
Fuad Qəhrəmanlı qızlarından imtina etdi – EKSKLÜZİV
“ADAU-nu tanıdaq” layihəsi bu dəfə Şəmkirdə rellaşıb
"AXH"-də "Qadın əməliyyyatı" - Budurmu müxalif siyasi əxlaq ?
İsa Qəmbər Müsavat başqanını seçdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.30492] initstartout [0.00023] initstartin [0.00108] calstart [0.01273] calend [0.00074] topnewsend [0.00610] rsssend [0.00000] ehgend [0.00919] tagsstart [0.00069] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.27411]