Nizami Məhkəməsində RƏZALƏT - "Xüsusi ittiham" belə araşdırılır?

  • 23 avq 2019, 12:38

Xəbər verdiyimiz kimi, dünən "Demokratik.Az" saytının rəhbəri, jurnalist Osman Nərimanoğlunun "v-ne-ştatnik" müxbir Məhəmmədəli Qəribliyə qarşı Nizami rayon Məhkəməsinə "xüsusi ittiham" qaydasında təqdim etdiyi şikayətə baxılıb. Hazırlıq iclası hakim Mətanət Hacıyevanın sədrliyilə keçirilib.

Proses tərəflərin şəxsiyyəti müəyyən edilərək müəmmalı dialoq və prosesə qədəm qoyub.

"Demokratik.Az" məhkəmə prosesindən önəmli detalları (dialoq) təqdim edir: 

Hakim: - Xüsusi ittihamçı Rzayev Osman Nəriman oğlu sizsiniz?

O.N: - Bəli möhtərəm hakim!

Hakim: - Bəs siz, "Azinforum.Az"-ın redaktorusunuz?

M.Q: - Yox,..Hə, amma mən "Bakı-Xəbər" qəzetinin müxbiriyəm...

Hakim: - Hə, bildim. İstədiyiniz yerdə də müxbir ola bilərsiz.. Məlumatları dəqiqləşdirirəm(?!) 

Hakim: - Deyəsən, axı bu iş üzrə Göyçayda da iddia qaldırılıb, elə dedilər...(P.S - kim deyib?)

M.Qəribli: - Mən qaldırmışam, Göyçayda yox, Göygöldə. Bu işə baxılıb, qətnamə də çıxarılıb, möhtərəm hakim... (həyəcanlanır)

O.N: - Möhtərəm hakim, o iş mülki qaydada və qarşılıqlı olub, xüsusi ittihama nə dəxli (?!)..

Hakim: - O qətnamənin sürəti indi varsa, təqdim edərsiz.

M.Q: - Mən apelyasiya şikayəti verəcəm, qətnamədən razı deyiləm.

O.N: - Narahat olma, mən də Apellyasiya şikayəti hazırlamışam.

Hakim: - Niyə şikayət verirsiniz ki?

O.N: - Möhtərəm hakim, bu savadsız adam bir ildir ki, məni təhqir edir, məni ağır cinayətlərdə, reketçilikdə və s. əməllərdə ittiham edir. Xüsusi ittihamda əsaslandırmışam. İndi məhkəmə prosesi keçirirsinizsə, detallı danışaq...

Hakim: - Bilirsiniz, bu gün M.Qəribliyə ayırdığımız vəkil Ali Məhkəmədə işi çıxıb deyə gəlmədi, ona görə də..

(P.S: hakimlər nə zamandan tərəfkeşlik edir və təqsirləndirilənlərə dərhal vəkil ayırır ?!)

M.Q: - Mənə vəkil lazım deyil...

O.N: - Sənə mütləq vəkil lazımdır, savadsızca başqa şeylər danışırsan, mahiyyətdən qaçırsan. 

Hakim: - Bəlkə barışasınız? Yazır-yazır dəə. Əsas odur ki, sən özünü tanıyırsan ki, "reket" deyilsən. Qoy, yazsın də! Gedin lap məndən nə yazırsız yazın, "reket" yazın, nə olsun ki (?!) Qoy, yazsın...

O.N: - Bununla barışmaq mənə yaraşmaz. Barəmdə tərbiyyəsizcə ağzına gələni yazıb və durmadan başqa adamlara da şər atır. Yazdığı böhtanlara və təhqirlərə cavab versin!..

M.Q: - Möhtərəm hakim, bu "reket"dir, Mətbuat Şurası qərar verib. Bu "Azərfreedom"-a çıxıb dövlətçiliyin əleyhinə verilişdə ekspertlik edir...(?!)

O.N: - Deyirəm axı, möhtərəm hakim, başlayacaq savadsızca sayıqlamağa. Necə böhtanlar yazırsa, elə də danışacaq. Bu danışmasın, dayandıraq, vəkili gəlsin, sonra...

M.Q: - Bu demokratik.az domeninin istifadəçisidir, jurnalist deyil. (P.S: - Qəribli mahiyyətdən kənar ağlına gələni danışır) ...

O.N: - Sən də facebook istifadəçisisən (istehza edir) 

Hakim: - Allah sənə rəhmət eləsin, ay Həsən Bəy Zərdabi.. (gülümsəyir, təəssüf edir)

O.N: - Möhtərəm hakim, bu yazıları da işə sübut kimi qəbul edin, bəlkə yekunlaşdıraq...

Hakim: - Əlinizdəkilər nədir, təqdim edin...

O.N: - Buyurun möhtərəm hakim! Qəriblinin şər-böhtanları... Bir şəkilə sığınıb barəmdə yazdığı uydurmalar...

M.Q: - İkramın dostu deyilsən? O şəkli paylaşmışam da bə. Başqa şəklini də tapmıram...

O.N: - Şəkli dəfələrlə montaj etmisən və paylaşmısan, niyə təqdimatın natamamdır? Kiminləsə dostam deyə, mənə böhtan atıb şəkildəkilərin təqsirsizlik prezumpsiyasını da pozmalısan? İkram və Polad Aslanovun istintaqının aparılmasına şübhə yaradıb, məni hansısa "cinayətkar şəbəkə" üzvü adlandırmalısan? Budur jurnalistikan, savadsız. Bircə normal yazını oxumamışam hələ...

Kənardan kimsə müdaxilə edir: - Möhtərəm hakim, mən danışım. Özüm ictimai xadiməm, məni hamı tanıyır. Məhəmmədəli yaxşı oğlandır, yaxşı da yazıları var. Bu Osman Nərimanoğlu dostuma imkan vermir ki, bir normal jurnalist kimi fəaliyyət göstərsin...

O.N: - Sən kimsən, dürtülürsən bu işə. Bir özünü təqdim elə. Kimsən ki, prosesdə söz deyirsən. Otur aşağı...

Prosesi pozan şəxs: - Osman, şikayətlərini və yazılarını yığışdır, axırı səninçün yaxşı olmaz...

Hakim: - Sərt danışmayın, kim belə etsə protokollaşdıracam. (Hakim lüzumsuz danışıqlara şərait yaradır və məlum olur ki, prosesə süni müdaxilə edən eynəkli şəxs Samir Adıgözəllidir)

M.Q: - Dostum düz deyir, bu işsiz-gücsüz adamdır, mənim vaxtım yoxdur məhkəməyə gəlməyə. Bu bütün günü "Azərifreedom"-da ekspertlik edir, MŞ siyahısına salıb ki, "reketlik" edir...

O.N: - Yalan deyirsən, "Azerifreedom"la heç bir əlaqəm yoxdur. Bir dəfənin də cavabını vermişəm. Belə ifadələrlə, düşüncənlə nə demək istəyirsən? O kanalda sənin dost dediyin Əvəz Zeynallı da, Sərdar Əlibəyli də danışır. Burda qəribə nəsə cinayət var? Sizin bir yerdə şəklinizi də mən paylaşıb ağzıma gələnləri yazım?  

M.Q eynəkli şəxslə bir yerdə XORLA: - Sərdar Əlibəyli müxalifətçi olsa da, xalqa İkramdan daha vacib adamdır.

Hakim: - Səssizliyə riayət edin, protokollaşdıracam, tədbir görəcəm. (quru sözlə kifayətlənir)

O.N: - Məsələləri qarışdırdınız, savadsızlar! Başa salmağa çalışıram ki, şəkillə böhtan atmaq kişilikdən və jurnalistikadan deyil. İkram azadlıqda olanda kinin vardı yazardın. Ya da gözlə, çıxsın, yazarsan. Məni qarışdırma! Dostum olub, amma onun hansısa cinayət əməlləri vardırsa, cavabdeh deyiləm. Möhtərəm hakim, belə əcaib prosesdə birinci dəfədir oluram. "Xüsusi ittiham"lara belə baxırsız?

Hakim: - Yaxşı, çıxın gedin. Növbəti proses avqustun 27-də saat 12-də olacaq. Razısınızmı?

O.N: - Mənim üçün fərq etməz!

M.Q: - Yox, işdən sonraya təyin edin. Mən "Bakı-Xəbər"də işləyirəm. Yazılarım çox olur.

O.N: - "Bakı-Xəbər"də guya yaza bilirsən ki? Savadsız plagiatlıqla məşğulsan. Elə yazansan, "Azinforum"unda yaz də...

Kənardan yaltaqlanan şəxs: - Məhəmmədəli çox əla və savadlı yazır...

Hakim: - Bir-birinizə belə sözlər deməyin.

O.N: - Mən bunun savadsızlığını öz yazılarını təhlillə sübut etmişəm. Gəncədə gəlib heykəli də şərlədi, bir neçə yazısı ilə özünü rüsvay elədi...

M.Q: Mən gündə 10 siyasi yazı yazıram... (P,S: - qəzet arxivindəki yazılarından danışır (?!))

O.N: - Bircə normal və orijinal yazını qoy ortalığa...Arada kafe yandırmağından, 11 illik məhbusluğundan da yaz!

Hakim: - Yaxşı, bəsdir, xəbərdarlığa qol çəkib gedin. Avqustun 27-də saat 16:30-da...

M.Q: - Möhtərəm hakim, bu işə baxılıb, sizə başqa sözüm vardı, olar?..

O.N: - Narahat olma, mülki qaydada baxılıbsa, indi də cinayət işi üzrə baxılacaq...

M.Q: - Sənin şikayətinlə mənə cinayət işi açacaqlar? (istehza edir)

O.N: - Cəzanı alacaqsan!...

Tərəflər bir-bir məhkəməni tərk edir...

Beləliklə, Bakı şəhəri Nizami rayon Məhkəməsində baş tutan ilk məhkəmə prosesi hakimin mücərrəd davranışları ilə bəzi suallar yaradır. Yuxarıda yer alan mənzərədən də aydın olur ki, xanım hakimin qulağı kənar telefon zənglərindəki xəbərlərlə xeyli doldurulub. Sanki, özəl tapşırıq alıb.

Hakimin verdiyi bəzi suallar və işə yanaşma tərzi bizə bunu ehtiva edir. /Demokratik.Az/

Şəkildə - Hakim Hacıyeva Mətanət İsfəndiyar qızıdır

 

Savadsız müxbirin şantaj və böhtan məqsədilə istifadə etdiyi fotoşəklin əsli və montaj forması aşağıdakı kimidir.

             


 


Oxşar xəbərlər