Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:09 - 22.08.2019  
ŞOK İFŞA! Elmar Vəliyevin xanım müavini neçə yerdən maaş alıb?
Tarix: 31-07-2019, 09:37 | Bölmə: Xəbərlər » Ölkə içi

ŞOK İFŞA! Elmar Vəliyevin xanım müavini neçə yerdən maaş alıb?Gəncə şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini, qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin sabiq müdiri Sevda Qurbanəliyeva barədə maraqlı faktlar üzə çıxır. Belə ki, 2013-cü ildə sabiq icra başçısı Elmar Vəliyevin dəstəyilə Gəncə İHB-də müavin olaraq dövlət qulluqçusuna çevrilən Sevda Qurbanəliyeva eyni zamanda bir neçə ştat üzrə məsul vəzifələr tutub. O, başçının müavini ola-ola həm Gəncə Dövlət Universitetində "Musiqi fənləri” kafedrasının müdiri, eləcə də 2011-ci ildən AMEA-nın Gəncə Regional Elmi Mərkəzində "Sənətşünaslıq" şöbəsinə rəhbərliyinə davam edib. 2007-ci ildən indiyədək Gəncə Dövlət Universitetində YAP Qadınlar Şurasının sədr müavini kimi siyasi fəaliyyəti də Sevda Qurbanəliyevanın dosyesinə yazılıb.

Bəs, adıçəkilən xanım bu qədər vəzifəni bir arada necə tutub, öhdəsindən necə gələ bilib və onun dövlət qulluqçusu ola-ola bir neçə ştat üzrə dolayı yollarla maaşlar alması hansı qanuni əsaslara söykənib?

"Demokratik.Az"-a bu barədə məktub yollayan Gəncə sakini, tanınmış ziyalı, şair-jurnalist İlham Həsənov da məhz bu suala cavab axtarır. 

İlham Həsənov məlumatlı şəxs kimi saytımıza müraciətində bildirir ki, Sevda Qurbanəliyeva Gəncə İcra Hakimiyyətində işlədiyi 6 ilə yaxın vaxt ərzində bir neçə vəzifə tutub maaş almaqla əslində vəzifəsindən sui-istifadə edib. Çünki onun həm başçının müavini kimi, həm Gəncə Dövlət Universitetinin kafedra müdiri kimi, eləcə də Gəncə Elm Mərkəzində şöbə müdiri kimi üç yerdən əməkhaqqı alması iddiaları tam təsdiqini taparsa, bu aşkar cinayət əməlidir. 

İlham Həsənov "Demokratik.Az-a məktubunda yazır ki, Sevda Qurbanəliyeva uzun illər öncə - GDU-nun sabiq rektoru Elman Məmmədovun vaxtında kafedra müdiri kimi yarıtmaz fəaliyyəti və tələbələrdən rüşvət alması faktına görə az qalsın işdən qovulmaq və həbs təhlükəsi ilə də üzləşib. Hələ o zaman bu hadisə ölkə miqyasında skandal yaradıb. Lakin, sonradan yat-yut edilib. Hamı bilir ki, həmin vaxt onu "yuxarıda oturan" ağsaqqal bir qohumu xilas edə bilib və xanım kafedra müdirliyi vəzifəsini hər vəchlə qoruyub.

Bundan başqa, İlham Həsənov Prezident cənab İlham Əliyevin 27 noyabr 2017-cil tarixli sərəncamı ilə Sevda Qurbanəliyevaya "əməkdar müəllim" fəxri adının verilməsinə də münasibət bildirib. O, bunu absurd adlandırıb. Və absurdu öz məktubunda onunla əsaslandırıb ki, O, İHB-də işlədiyi 6 illik müddətdə kafedra müdiri adını daşısa da, pedoqoji fəaliyyətdən uzaqda durub. Əsasən, aktiv dövlət qulluqçusu kimi fəaliyyət göstərib.

İlham Həsənovun sözlərinə görə, əgər, həmin illərdə Qurbanəliyeva hansısa dövlət qulluğu barədə fəxri ad alsaydı, bu başadüşülən olardı. "Başçı müavininin "əməkdar müəllim" fəxri adı alması gülünc deyilmi?!"- deyə İlham Həsənov bildirib.

ŞOK İFŞA! Elmar Vəliyevin xanım müavini neçə yerdən maaş alıb?

Əslində, Sevda Qurbanəliyevaya fəxri müəllim adının verilməsində səbəbkar kimi Elmar Vəliyevin daha çox adı çəkilir. Çünki, bu fəxri adın Sevda Qurbanəliyevaya verilməsində sabiq başçının təqdimatı mühüm rol oynayıb. Məlumat da var ki, S.Qurbanəliyeva məmur işləyə - işləyə GDU-da saathesabı dərs tədris edib, lakin, səhərdən axşamacan icra hakimiyyətində gərginlikdə çalışan birinin vaxt tapıb audutoriyalarda fənn tədris etməsi, 90 dəqiqəlik mühazirələr söyləməsi heç inandırıcı görünmür. 

Sadalanan iddialar barədə qısa jurnalist araşdırması apardıq. Nəticədə müəyyən edə bildik ki, adıçəkilən xanım 2013-2018-ci illərdə başçının müavini olaraq həqiqətən 3 vəzifəni icra edib. 

Wikipedia məlumatında Sevda Qurbanəliyeva barədə həmin faktların eynilə öz əksini tapması isə maraq və ikrah doğurur.

Rəsmi məlumatlarda xanım Qurbanəliyevanın 1991-ci ildən bu yana, düz 28 ildir ki, Gəncə Dövlət Universitetində "Musiqi fənləri kafedrası"nın müdiri olması da diqqət çəkir. Görünür, O, kafedra müdirliyinə ömürlük seçilib.

İnanırıq ki, sənətşünaslıq doktoru, professor Sevda Qurbanəliyevanın son 6 illik əmək fəaliyyəti və 3 vəzifəni necə icra etməsi, neçə ştat maaş alması aidiyyatı qurumlar tərəfindən dərindən araşdırılacaq.

Sonda, ciddi maliyyə pozuntusu baş veribsə, dövlət büdcəsini mənimsəməyə şərait yaradanların professor Sevda Qurbanəliyeva ilə birgə cəzalandırılacağına da heç bir şübhəmiz yoxdur.

Osman Nərimanoğlu 

Demokratik.Az

 

ŞOK İFŞA! Elmar Vəliyevin xanım müavini neçə yerdən maaş alıb?
ŞOK İFŞA! Elmar Vəliyevin xanım müavini neçə yerdən maaş alıb?

 


 


Xəbər 5416 dəfə oxunub






Oxşar xəbərlər

Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14461] initstartout [0.00014] initstartin [0.00058] calstart [0.00698] calend [0.00043] topnewsend [0.00272] rsssend [0.00000] ehgend [0.00502] tagsstart [0.00044] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12825]