Abşeronun "kraliça"sı gender bərabərliyini pozur?

  • 23 iyul 2019, 13:41

 

 

 

 

 

 

 

 

 

Abşeron İHB-də Prezident Administrasiyasının təlimatını saya salan yoxdur. Gender bərabərliyinin rəsmi icra strukturunda təminatı qəsdən pozulur. Digər rayonların icra strukturundan fərqli, Abşeron İHB-də xanım üçün nəzərdə tutulan və vaxtilə hazırki icra başçısı İradə Gülməmmədovanın özünün əyləşdiyi kürsü kişinin - Fuad Cəbrayılov adlı məmurun "işğalındadır".

"Demokratik.Az" bu barədə bir neçə dəfə yazsa da fakt faktlığında qalır. Nə xanım icra başçısı, nə də kişi məmur İHB-də müşahidə olunan arzuolunmaz halı aradan qaldırmaq barədə düşünmür. Bu hal yalnız təəssüf doğurur. 

 

 

 

 

 

Xatırladaq ki, Azərbaycanda rayon və şəhər icra hakimiyyətlərinə xanım müavinlərin təyinatına təxminən 2013-cü ildən başlanılıb. Prezident Administrasiyasının müvafiq göstərişi ilə hər bir rayon və şəhərdə icra başçısının müavinlərindən birinin qadın olması təmin edilib. Məlum göstəriş qısa zamanda demək olar ki, bütün ölkəboyu icra olunub və yerlərdə gender bərabərliyinin təmin olunması halı kimi müsbət qarşılanıb. Hazırda da bu təlimata xüsusi önəm verilir. Xüsusilə, İHB-nin hümanitar məsələlər üzrə müavinlərinin hamısı xanım olduğu halda, bu xoş təlimat Abşeron İHB-də pozulur.

İnanaq ki, gec də olsa, Abşeron "kraliça"sı İradə Gülməmmədova İHB-də gender balansına, PA-nın tələbinə əməl etmək üçün kişi müavinini həmcinsi ilə əvəzləməyə özündə kəramət tapacaq...

Adıkeçən hər kəsin söz haqqını tanıdığımızı bəyan edirik...

Demokratik.Az

Oxşar xəbərlər